Icma.az
close
up
RU
Xərçəng xəstəliyinin əməliyyatı və müalicəsi niyə icbari tibbi sığortaya salınmır? Müzakirə

Xərçəng xəstəliyinin əməliyyatı və müalicəsi niyə icbari tibbi sığortaya salınmır? Müzakirə

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Rəsmi statistikaya görə, Azərbaycanda hər il orta hesabla 10 min nəfərə yaxın insan xərçəng xəstəliyindən vəfat edir. Ölkədə bu xəstəlikdən əziyyət çəkənlərin sayı 70 min nəfərə yaxındır.
Amma bu xəstəliyin müalicəsini, əməliyyatını icbari tibbi sığortaya daxil etmirlər.

Mövzu ilə bağlı Gununsesi.info -ya deputat Razi Nurullayev bildirib ki, Milli Məclisin Səhiyyə Komitəsində, eyni zamanda aidiyyəti digər qurumlarda bu məsələ daima müzakirə olunub:

“Parlamentdə də bununla bağlı ictimai dinləmə keçirilib, bu məsələlər qaldırılıb. Bir neçə dəfə biz də danışmışıq. Bununla bağlı həm Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, (TƏBİB) həm də, İcbari tibbi sığorta rəsmiləri bu sahədə müəyyən işlərin aparıldığını deyir. Dövlət büdcəsindən də vəsaitlər müəyyən qədər ayrılır, amma onkoloji xəstəliklərlə bağlı cərrahi və əməliyyatların edilməsi, müalicə və s. bağlı daha böyük vəsaitlər tələb olunur. Aidiyyəti qurumların dediyi budur ki, işlər aparılır və yaxın zamanlarda bunların həll olunması ilə bağlı konkret addımlar atılacaq. Biz hər dəfə bunu istəyirik deyirik ümid edirəm ki, artıq yaxın zamanlarda mərhələli şəkildə olsa da, bununla bağlı müəyyən konkret addımlar atılacaq”.

Deputat vurğulayıb ki, onkoloji xəstəxanalarda müəyyən qrup insanlara endirimlər edilir, amma nə qədər endirimlər olunsa da, yenə də qiymətlər onların cibinə uyğun deyil:

“Bu gün onkoloji xəstəliklərin həm müalicəsi, həm cərrahi əməliyyatları baha başa gəlir. Bir çox insanların da bunu etməyə gücləri çatmır. Onkoloji xəstəxanalarda da, insanlara müəyyən endirimlər edilir, amma nə qədər endirimlər olunsa da, yenə də qiymətlər insanların cibinə uyğun deyil. Bizə bununla bağlı müraciətlər edirlər. Mənim öz seçicilərim müraciət edən zaman biz fərdi qaydada onkoloji xəstəxananın rəhbərliyinə müraciət edirik, onlar da müraciətlərə  tam olaraq müsbət cavablar veriblər və öz hesablarına onların müalicəsini, yaxud cərrahi əməliyyatlarını yerinə yetiriblər. Amma təbii ki, bunların hamısını hər dəfə təəssüf ki, etmək olmur.

Qeyd edim ki, Səhiyyə komitəsinin sədri hörmətli Əhliman Əmiraslanov da daima bu məsələni diqqətdə saxlayır, parlamentdə deyir, Səhiyyə Komitəsində müzakirə olunur. TƏBİB və tibbi sığorta agentliyi, səhiyyə naziri ilə müzakirə olunur və müsbət siqnallar alınıb. Ümid edək ki, yaxın zamanlarda bununla bağlı konkret müsbət nəticə görə biləcəyik”.

Sosioloq Üzeyir Şəfiyev bildirib ki, Azərbaycanda çox təəssüflər olsun ki, onkoloji xəstəliklər geniş yayılıb:

“Sizin də vurğuladığınız kimi 70 mindən yuxarı rəsmi qeydiyyata almış onkoloji xəstə var. Bu çox ciddi rəqəmdir. Hələ bu müraciət edən və qeydiyyata alınanların sayıdır. Xəstəliyin bax bu statistikası deməyə əsas verir ki, bunun çox ciddi səbəbləri var. Şübhəsiz bunun səbəblərini sahə mütəxəssisləri daha yaxşı bilər. Ancaq güman edirəm ki, bu elə bir xəstəlikdir ki, bu xəstəliyin öhdəsindən xəstəliyə tutulmuş şəxs çətin gələ bilər. Burda mütləq və mütləq dövlətin himayəsinə ehtiyac var, dövlətin dəstəyinə ehtiyac var.

Azərbaycan Respublikasının Konstitusiyasında da qeyd olunur ki vətəndaşın sağlamlığı dövlətin təminatı altındadır. Konstitusiyamızın 16 – cı maddəsində sosial inkişaf fəslində də qeyd olunmuşdur ki, dövlət vətəndaşın sağlamlığı təhlükəsizliyini, onun rifahının təminatçısıdır. Bu baxımdan da dövlət həm vətəndaşın sağlamlığının təhlükəsizliyinin təminatı üçün təminat verir.

Sosioloq vurğulayır ki, bu xəstəliklərin müalicəsində dövlət vətəndaşın təminatçısıdır:

“2011 -ci il dekabrın 30 -da sosial xidmətlər haqqında qəbul olunmuş qanunda da qeyd olunur ki, şəxs çətin həyat şəraitinə düşürsə və o çətin həyat şəraitindən təklikdə çıxmağa çətinlik çəkirsə, mütləq sosial xidmətə alınmalıdır. Dövlətin sosial qayğısı ilə əhatə olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikasında 2006-cı ildə onkoloji yardım haqqında qəbul olunmuş qanunda da birmənalı şəkildə qeyd olunur ki, məhz bu xəstəliklərin müalicəsində dövlət vƏtəndaşın təminatçısıdır və dövlət hesabına təmin etməlidir. Amma çox əfsuslar olsun ki, bu gün məhz onkoloji xəsətliklər icbari tibbi sığorta  siyahısında deyil. Ona görə vətəndaşlar bundan çox əziyyət çəkirlər. Çünki bu çox bahalı bir müalicə tələb edir. Vətəndaşların da buna imkanı yoxdur”.

Üzeyir Şəfiyevin sözlərinə görə, burada 2 mühüm məsələ aktuallıq kəsb edir:

“Belə bir vəziyyətdə 2 mühüm məsələ aktuallıq kəsb edir. Biri Azərbaycanda  hospis fəaliyyəti (ümidsiz xəstələrin layiqli xidmət və qayğı ala biləcəkləri səhiyyə müəssisələridir-red)  və palliativ yardımla (ağır (aktiv, proqressiv şəkildə irəliləmiş, inkişaf etmiş) xəstəliyi olan insanlara xüsusi tibbi yardımdır-red) bağlı yanaşma qanunvericilik bazasında təkmiləşmə və yeniliyə ehtiyac var. Azərbaycanda onkoloji və digər sağalmaz xəstəliklərin statistikası imkan verir ki, deyək ki, Azərbaycanda polliativ yardım artıq işlək bir formada Respublkia səviyyəsində fəaliyyət göstərməlidir. Bu tip xəstələr palliativ yardımla əhatə olunmalıdır. Bununla bağlı digər ölkələrdə olduğu kimi hospislər olmalıdır. Eyni zamanda onkoloji xəstəliklərin də, məhz dövlət hesabına, müalicəsi başlanmalı, çünki Azərbaycanda bu xəstəliyin müalicəsi vətəndaşın imkanı xaricindədir. Çünki çox bahalı bir müalicə mexanizmidir”.

Sosioloq qeyd edir ki, ölkədə onkoloji xəstəliklərlə yanaşı, göz və ürək-damar xəstəliklərinin müalicəsi də dövlət hesabına reallaşdırılsın:

“Həm onkoloji xəstəliklər, eyni zamanda göz və ürək -damar xəstəlikləri Azərbaycanda geniş yayılmış xəstəliklərdir. Bu tipli geniş müalicəsi çətin xəstəliklər çox yaxşı olar ki, dövlət hesabına reallaşdırılsın. Çünki bizim dövlətimiz həm də sosial dövlət adlanır.  

Ölkə başçımız Azərbaycanı 2013-cü ildən etibarən sosial dövlət elan edib. Sosial rifah dövlət quruculuğu getdiyi bir prosesdə hesab edirəm ki, bu onkoloji xəstəliklərin və digər geniş yayılmış müalicəsi bahalı olan xəstəliklərin dövlət hesabına həyata keçirilməsi sosial sifarişdir, zərurətdir. Çünki vətəndaşların bu xəstəlikərin müalicəsində imkanları indiki müalicə qiymətlərinə uyğun deyil. Güman edirəm ki, bununla bağlı həm ictimaiyyət , hətta parlamentarilər arasında, parlamnetdə də müzakirə olunub. Parlamentarilərin də  səsləndirdiyi kimi bu, məhz icbari tibbi sığorta altına alınmalıdır və bununla bağlı əlavə institulaşmaya ehtiyac var. Qeyd etdiyim ki, hospislər açılmalı, palliativ yardım mərkəzləri olmalıdır. Çünki Azərbyacnda bu xəstəlik çox geniş yayılmışdır”.

Günel Həsənova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 İyul 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri