Daha bir fenomen Rusiyanı tərk etdi: Ölmək üçün...
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Afonya” kimi tanınan videobloger Andrey Afonin Rusiyanı tərk edərək İndoneziyada yaşamaq qərarından danışıb.
Globalinfo.az xəbər verir ki, o, bu məsələyə “YouTube”da həmkarı Əmiran Sərdarovla söhbətində aydınlıq gətirib.
“Mən əslində Baliyə ölmək üçün gəlmişəm. Sadəcə burada qalmaq üçün birtərəfli bilet almışdım. Məndə şiş tapdılar. Lakin sonra özünü yaxşı hiss etdim, bir müddət sonra müayinə üçün Moskvaya uçdum. Ultrasəs müayinəsi şişin yoxa çıxdığını göstərdi”, – deyə o bildirib.
Bundan əvvəl Balidə yaşayan məşhur bloger Dmitri Larin Rusiyaya qayıtmaq istəmədiyini bəyan edibş O, qərarını siyasi səbəblərlə əsaslandırıb və qeyd edib ki, geri qayıtmağın mənası yoxdur.
Leyla Əlisoy
Globalinfo.az


