Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Bakının çoxvektorlu siyasəti: Estoniya ilə münasibətlərin tarixi əsaslara söykənir

Bakının çoxvektorlu siyasəti: Estoniya ilə münasibətlərin tarixi əsaslara söykənir

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müasir beynəlxalq münasibətlər fonunda Azərbaycanın xarici siyasəti balanslı və çoxşaxəli yanaşma üzərində qurulub. Ölkəmiz regional və qlobal güclərlə əməkdaşlığı milli maraqlara uyğun şəkildə inkişaf etdirir. 2025-ci ilin əvvəlindən etibarən Azərbaycan-Avropa İttifaqı dialoqunda da canlanma müşahidə olunur. Bu xüsusda Estoniya ilə münasibətlər xüsusi önəm daşıyır. Estoniya Xarici İşlər naziri Marqus Tsahkna Azərbaycanın regionda mühüm rolunu vurğulayıb və yüzlərlə azərbaycanlının Estoniya universitetlərində təhsil aldığını qeyd edib. Bu dinamika Azərbaycan-Avropa münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir.


Politoloq Azad Məsiyev Sherg.az-a açıqlamasında Azərbaycanın xarici siyasətinin uzun illərdir ki, balanslaşdırılmış yanaşma prinsipi üzərində qurulduğunu qeyd edib:


"Bu siyasət həm iqtisadi, həm də siyasi sahədə çoxşaxəli əməkdaşlıqları əhatə edir. Azərbaycan eyni vaxtda Şimaldan Rusiya ilə, Cənubdan İranla, Qərbdən Avropa və ABŞ-la, Şərqdən Çin və Asiya ölkələri ilə qarşılıqlı maraqlara əsaslanan əlaqələr qurur. Bu yanaşma ölkənin milli maraqlarının qorunması və regional sabitliyin təmin olunması baxımından uğurlu model sayılır. Avropa İttifaqı ilə münasibətlər Azərbaycanın xarici siyasətində mühüm yer tutur. Xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu danılmazdır. 20-dən artıq Avropa ölkəsi ilə təbii qaz tədarükü və enerji əməkdaşlığı üzrə müqavilələr uğurla icra olunur. İqtisadi və siyasi maraqların bir-birinə sıx bağlı olduğu müasir dövrdə Avropa ilə əməkdaşlıq Azərbaycanın xarici siyasət doktrinasının əsas istiqamətlərindən biridir.

Avropa qurumları ilə münasibətlər bəzən gərginliklərə də məruz qalsa da, Azərbaycan Avropada dostlarının sayını artırmağa çalışır. Bu, xüsusilə AŞPA kimi platformalarda ölkəmizə qarşı qərəzli yanaşmaların qarşısının alınması üçün vacibdir. Estoniya Xarici İşlər Nazirinin Azərbaycana səfəri və Estoniyanın Bakıda səfirliyinin açılması bu istiqamətdə atılmış mühüm addımlardan biridir". 


Analitik Estoniya ilə münasibətlərin tarixi əsaslara söykəndiyini vurğulayıb:

"Bu gün hər iki ölkə üçün qarşılıqlı faydalı əməkdaşlıq perspektivləri mövcuddur. Estoniya kimi Baltik ölkələri Avropa İttifaqında fəal mövqe tutur və bu baxımdan Azərbaycanla əlaqələrin genişlənməsi həm Bakının, həm də Tallinin maraqlarına cavab verir. Estoniya rəsmisinin Azərbaycanın qonşularla dinc yanaşı yaşama prinsipinə sadiq qalması barədə bəyanatı, Azərbaycanın bu sahədəki siyasətinin beynəlxalq aləmdə müsbət qarşılandığını göstərir.

Azərbaycan qonşularla münasibətlərində konstruktiv və balanslı siyasət yürüdür. Rusiya və İranla münasibətlərdə qarşılıqlı hörmət prinsipi əsas tutulur, ölkəmiz öz ərazisində bu ölkələrə qarşı istifadə ediləcək hər hansı fəaliyyətə icazə vermir. Eyni zamanda, Azərbaycan 30 il ərzində ərazilərini işğala məruz qoyan Ermənistana qarşı da revanşist deyil, sülh təşəbbüsləri ilə çıxış edir. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti Ermənistanla sülh sazişi üçün 5 baza prinsip irəli sürüb. Son olaraq, Qazaxıstanın taxılının Ermənistan üzərindən Azərbaycan tranziti ilə daşınmasına razılıq verilməsi, Bakının bu istiqamətdə real addımlar atdığını göstərir".


Ekspert Azərbaycanın heç bir tərəfdaşla əməkdaşlığını üçüncü dövlətlərə qarşı yönəltmədiyini bildirib: 

"Məsələn, Azərbaycan-Estoniya əməkdaşlığı Rusiya əleyhinə, Azərbaycan-İsrail münasibətləri İran əleyhinə və ya Azərbaycan-Türkiyə əlaqələri Ermənistan əleyhinə hesablanmayıb. Bütün bu münasibətlər qarşılıqlı maraqlara və sülhə xidmət edir. Azərbaycanın xarici siyasəti təkcə regionla məhdudlaşmır. Prezident İlham Əliyevin ABŞ-yə səfəri, eləcə də Misirdə keçirilən beynəlxalq toplantılarda iştirakı, Azərbaycanın həm regional, həm də qlobal məsələlərdə fəal mövqe tutduğunu göstərir. Ölkəmiz Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB kimi platformalarda iştirakla yanaşı, Avropa İttifaqı ilə də aktiv əməkdaşlıq edir. Bu, Azərbaycanın geosiyasi tarazlıq siyasətinin əsas göstəricilərindəndir. Nəticə etibarilə, Azərbaycan böyük güclərin maraqlarını uzlaşdırmaqla, öz milli və dövlət maraqlarını ön planda tutaraq, balanslaşdırılmış, çoxtərəfli və sabit xarici siyasət kursunu davam etdirir. Bu siyasət həm regionda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, həm də ölkənin beynəlxalq nüfuzunun artmasına xidmət edir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Oktyabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see289

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see225

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see211

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see207

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see204

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see188

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see159

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see158

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri