Icma.az
close
up
RU
Azərbaycanın siyasi reallığı və mədəni gerçəkliyinin dünya miqyasında təsdiqi

Azərbaycanın siyasi reallığı və mədəni gerçəkliyinin dünya miqyasında təsdiqi

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Elnarə Akimova

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Azərbaycan dünya əhəmiyyətli bir tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) - ev sahibliyi edir. Yer kürəsinin qlobal problemi dünyanın 196 ölkəsindən gəlmiş 72 min qonağın, eləcə də 80 ölkənin dövlət başçılarının - prezidentlərin, vitse-prezidentlərin və baş nazirlərin - dünya liderlərinin iştirakı ilə Azərbaycanda müzakirə olunur. Bu, Azərbaycanın siyasi tarixində bənzərsiz və fövqəladə hadisədir. Bu, qlobal iqlim probleminin müzakirəsi ilə yanaşı Azərbaycanın dünyaya təqdimatı kimi də tarixi əhəmiyyət kəsb edən müstəsna məqamdır.

Bu gün Azərbaycan dünyanın ən qlobal probleminin müzakirə olunduğu məkandır. COP29-un yüksək səviyyədə təşkili Azərbaycanın siyasi reallığı və mədəni gerçəkliyinin, perspektivinin dünya miqyasında təsdiqidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılışında etdiyi tarixi çıxış müasir Azərbaycan tarixinin daha bir mühüm səhifəsidir. “Yaşıl gündəliyimiz, həmçinin Azərbaycanın müxtəlif bölgələrini əhatə edir. Beləliklə, Azərbaycanın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib və bu, ərazimizin, demək olar ki, dörddəbir hissəsidir”, - deyən Cənab Prezidentin sözləri Yaşıl enerji sahəsində də Azərbaycanın yüksək göstəricilərə nail olduğuna və bundan sonra daha yüksək göstəricilərə nail olacağına inamı təsdiqləyir. Prezidentin “Dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!” sözləri xalqımıza ayrıca qürur hissi yaşatdı. Hər zamankı kimi, dəmir iradə, sarsılmaz güc, sərrast düşüncə, güclü məntiq bu dəfə də öz sözünü dedi və ölkə başçısı "sözümüz imzamızdır" qətiyyətini növbəti dəfə meydana qoymuş oldu.

Liderlər Sammitinin açılış mərasimindən sonra tədbir iştirakçılarına göstərilən mədəbi proqram da Azərbaycan mədəniyyətinin nəfis təqdimatı kimi dəyərləndirilə bilər. Proqram bütün detalları ilə dərindən düşünülmüş və yüksək sənətkarlıqla hazırlanmışdır. Xarici dövlətlərin başçılarına xüsusən, dahi Azərbaycan şairi Nizaminin sözlərinə əslən Şuşalı olan dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaratdığı “Sevgili canan” romansının, eləcə də, Alim Qasımovun ifasında “Sarı gəlin” mahnısının təqdim olunması Azərbaycan mədəniyyətinin mühüm zəfəri kimi dərk olunmalıdır.

COP29 çərçivəsində keçirilən bütün tədbirlər dünyanın diqqət mərkəzindədir.

Bəli, bu Azərbaycanın uğur hekayəsidir. Amma bu uğur hekayəsini Azərbaycan bəşəriyyətin xilası naminə ortaq meyarlarla birləşən, təəssübkeşlik və can yanğısı sərgiləyən tərəflərlə birlikdə yazır. Yaşıl Zonada “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda keçirilən konfransda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dediyi “COP29 siyasi hücumlar arenası deyil. O, iqlim böhranı qarşısında hamımızın birləşdiyi məkandır”, - fikirləri də dünya miqyaslı bu tədbirin siyasi mahiyyətinə bir daha aydınlıq gətirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Noyabr 2024 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see347

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see234

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see175

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri