Icma.az
close
up
RU
Azərbaycanın sülh rəmzi “Xarı Bülbül” Madriddə çiçək açdı FOTO

Azərbaycanın sülh rəmzi “Xarı Bülbül” Madriddə çiçək açdı FOTO

Yenicag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Madrid, 25 fevral 2025-ci il – Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin təşəbbüsü ilə 2023-cü ildə xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə İspaniyanın mötəbər Madrid Kral Nəbatat Bağına (Real Jardín Botánico de Madrid) hədiyyə edilmiş “Xarı bülbül” gülü ilk dəfədir ki, İspaniya torpağında çiçək açıb. 

Yenicag.az xəbər verir ki, Vətən müharibəsindəki qələbəmizin simvolu, Azərbaycanın ayrılmaz Qarabağ bölgəsinin rəmzinin qürbətdə çiçək açması əlamətdar hadisə olmaqla yanaşı, Azərbaycanın sülhə sadiqliyinin və İspaniya ilə dərin mədəni əlaqələrinin təntənəsidir.

Azərbaycan xalqının zəngin mədəniyyətinin, şərəfli tarixi və əzmkarlığının təcəssümü olan “Xarı bülbül” gülünün çiçəklənməsi Kral Nəbatat Bağının elmi işçiləri və burada çalışan mütəxəssislər arasında böyük maraq və sevinclə qarşılanıb.

“Xarı bülbül”ü “Azərbaycanın füsunkar təbiətinin Madriddəki bir parçası” kimi xarakterizə edən Kral Nəbatat Bağının direktoru María-Paz Martín Esteban Səfirliklə əlaqə saxlayaraq bu xoş xəbəri bölüşüb və qeyd edib ki, valehedici zərifliyə malik “Xarı bülbül” gülünün çiçəkləməsi nəbatat bağının bu il qeyd olunan 270-ci yubileyi üçün ən gözəl hədiyyələrdən biridir və botanika bağının ecazkar eksponatlarından hesab olunur. Onun sözlərinə görə, “Xarı bülbül” gülü rəsmi olaraq botanika kataloqunda xüsusi güllər bölməsində qeydiyyata alınacaqdır.

Öz gözəlliyi, zərifliyi və unikallığı ilə hər kəsi heyran etmiş bu gülün məhz indi çiçək açması sanki 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları və onların havadarlarının xalqımıza qarşı törətdikləri dəhşətli faciənin – bəşəriyyət tarixində ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımının 33-cü anım ildönümünün və bu faciənin qurbanlarının əziz xatirələrinə hörmət və ehtiramın təzahürüdür. Şübhəsiz ki, bu hadisə həm də, Cənubi Qafqaz regionunda uzun illərdən bəri gözlədiyimiz sülh və əmin-amanlıq carçısı kimi erməni işğalından azad edilmiş torpaqlarımıza geri qayıdan soydaşlarımızın sevincini, həyat eşqini və gələcəyə ümidlərini əks etdirir.

Qeyd edək ki, bitki xüsusiyyətləri nəzərə alınaraq, “Xarı bülbül” gülü nəbatat bağında səhləbkimilər fəsiləsinin digər növlərinin yetişdirildiyi xüsusi istixanada saxlanılacaq və yaz ayları ərzində nəbatat bağının ziyarətçiləri, Madrid şəhərinin sakinləri və ölkəyə səyahət edən qonaqlar üçün nümayiş olunacaq.

Xatırladaq ki, Kral Fernando VI tərəfindən 17 oktyabr 1755-ci il tarixində verilmiş sərəncamla Manzanares çayı yaxınlığında yaradılmış İspaniyanın Kral Nəbatat Bağı möhtəşəm biomüxtəlifliyi bir araya gətirən canlı muzeydir. Bağ sonradan 1781-ci ildə hazırki yerinə – Təbiət Elmləri Muzeyinin yanındakı “Paseo del Prado”ya köçürülüb. Bağda dünyanın bir çox regionlarından 5500-dən çox flora nümunəsinə rast gəlmək olar.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 25 Fevral 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri