Icma.az
close
up
RU
Azərbaycanın sülh və əməkdaşlıq təşəbbüsləri dünya birliyi tərəfindən dəstəklənir

Azərbaycanın sülh və əməkdaşlıq təşəbbüsləri dünya birliyi tərəfindən dəstəklənir

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu çərçivəsində “Euronews” televiziyasına müsahibə verib.Müsahibəsində dövlətimizin başçısı olduqca mühüm məqamlara, xüsusi önəm daşıyan məsələlərə toxunub.

Prezident İlham Əliyevin bu müsahibəsi Azərbaycanın artan gücünü və beynəlxalq arenada müstəqil siyasət yürütmək əzmini bir daha nümayiş etdirdi.
Müsahibədə Azərbaycan Prezidenti Forumun əhəmiyyətini vurğulayaraq, onun qlobal gündəlikdə mühüm məsələlərin müzakirəsi üçün aparıcı beynəlxalq platformalardan birinə çevrildiyini qeyd edib.
Cənab İlham Əliyev, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib və onun beynəlxalq miqyasda nüfuz qazandığını bildirib. O, Forum iştirakçılarının müxtəlif ölkələrdən olan 50-dən artıq fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçılarından ibarət olduğunu və onların böyük təcrübə və biliyə malik olduqlarını qeyd edib.
Dövlət başçısı müsahibəsində Azərbaycanın enerji sektorunda uğurlarına toxunaraq, ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində rolunu vurğulayıb. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini və bu sahədə əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Prezident İlham Əliyev bildirib ki, bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır.
Müsahibə zamanı dövlət başçısı Azərbaycanın milli maraqlarını qorumaq, regional və beynəlxalq münasibətlərdə öz mövqeyini gücləndirmək məsələlərinədə toxundu.
Azərbaycanın öz daxili gücünə arxalanması mesajını verən cənab İlham Əliyev dünyada münaqişələrin artığı bir dönəmdə təkcə Qarabağ münaqişəsinin öz həllini tapdığını diqqətə çatdıraraq bildirib: “Biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik. Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq”.
Dövlət başçısının “Euronews” televiziyasına verdiyi bu müsahibə Azərbaycanın beynəlxalq arenada artan rolunu və Qlobal Bakı Forumunun əhəmiyyətini bir daha nümayiş etdirir.

Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Mart 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see272

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see204

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see182

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see170

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see167

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see144

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see143

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see140

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see137

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see136

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see136

Dalğalan, Vətənimin hürriyyət carçısı!

05 Noyabr 2025 11:48see134

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see133

İxrac etdiyimiz yağ daxildə satılandan niyə ucuzdur?

05 Noyabr 2025 08:31see133

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see131

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see128

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see125

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see125

Deputat: “AMEA nın 80 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb“

05 Noyabr 2025 12:49see124

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri