Icma.az
close
up
RU
Azərbaycanın sülh və əməkdaşlıq siyasətinə sadiqliyinin növbəti təzahürü

Azərbaycanın sülh və əməkdaşlıq siyasətinə sadiqliyinin növbəti təzahürü

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tacikistanın paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının növbəti iclası keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Səfər çərçivəsində dövlət başçısının həm iclasdakı çıxışı, həm də ikitərəfli görüşləri böyük diqqət doğurub.

Prezident İlham Əliyev çıxışında MDB çərçivəsində əməkdaşlığın və tərəfdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan birliyin üzv dövlətləri ilə qarşılıqlı hörmət, bərabərlik və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlərin inkişafında maraqlıdır. Prezident İlham Əliyev qeyd edib ki, regionda sabitlik, təhlükəsizlik və iqtisadi inteqrasiya prosesləri ancaq qarşılıqlı etimad və konstruktiv dialoq sayəsində mümkün ola bilər.

Dövlətimizin başçısı həmçinin, MDB məkanında birgə layihələrin həyata keçirilməsinin, iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsinin vacibliyini xüsusi qeyd edib. Cənab Prezident, Azərbaycanın bu istiqamətdə təşəbbüskar mövqe tutduğunu, xüsusilə də enerji, nəqliyyat və tranzit sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün konkret addımlar atdığını diqqətə çatdırıb.

Ölkə başçısı çıxışında Azərbaycan və Tacikistan arasında dostluq, qarşılıqlı etimad və dəstək ruhunda formalaşmış münasibətlərin yüksək səviyyəsindən danışıb.Prezident İlham Əliyev vurğulayıb ki, iki ölkə arasında əlaqələr ortaq tarixi, mədəni dəyərlərə və qarşılıqlı maraqlara əsaslanır.

Dövlət başçısı Tacikistan Prezidenti Emoməli Rəhmonla keçirilən görüşdə siyasi dialoqun, iqtisadi və humanitar əməkdaşlığın daha da genişləndirilməsi məsələlərini müzakirə edib. Tərəflər qarşılıqlı səfərlərin, mədəni tədbirlərin və biznes forumların əlaqələrin inkişafına töhfə verdiyini bildiriblər.

Prezident İlham Əliyev çıxışında beynəlxalq münasibətlərdə ədalət, suverenlik və ərazi bütövlüyü prinsiplərinin qorunmasının vacibliyini bir daha vurğulayıb. O qeyd edib ki, Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri regional sülhün və təhlükəsizliyin möhkəmləndirilməsidir.

Dövlət başçısı MDB məkanında dövlətlərin daxili işlərinə qarışmamaq, bir-birinin suverenliyinə hörmətlə yanaşmaq və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinin qorunmasının birliyin gələcək inkişafı üçün əsas şərt olduğunu bildirib.

İclas zamanı Prezident İlham Əliyev Azərbaycanın MDB məkanında iqtisadi əməkdaşlıqda fəal iştirak etdiyini vurğulayıb. O, enerji, nəqliyyat-logistika və innovasiya sahələrində təcrübə mübadiləsinin və birgə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib. Bununla yanaşı, humanitar sahədə təhsil, elm və mədəniyyət əlaqələrinin dərinləşdirilməsinin xalqlar arasında yaxınlaşmaya xidmət etdiyini bildirib.

Prezident İlham Əliyev çıxışında MDB çərçivəsində keçirilən idman oyunlarının ölkələr arasında əməkdaşlıq, qarşılıqlı hörmət və dostluq münasibətlərini möhkəmləndirən mühüm vasitə olduğunu vurğulayıb. O bildirib ki, bu cür tədbirlər yalnız idman nailiyyətlərini nümayiş etdirməklə kifayətlənmir, həm də gənc nəsildə vətəndaşlıq, komanda ruhu və sağlam rəqabət hissi formalaşdırır.

Dövlət başçısı MDB Oyunlarının həm də gənclərin inkişafı, milli və beynəlxalq təcrübə mübadiləsi üçün əvəzsiz platforma olduğunu qeyd edib. O vurğulayıb ki, bu oyunlar gəncləri həm fiziki cəhətdən, həm də mənəvi olaraq inkişaf etdirir, onlarda əməkdaşlıq, ədalətlilik və liderlik keyfiyyətlərini formalaşdırır.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan MDB Oyunlarının təşkili və bu sahədə iştirakını hər zaman dəstəkləyir və bu istiqamətdə təşəbbüskar mövqe nümayiş etdirir.

Prezident İlham Əliyevin Düşənbə səfəri və MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışı Azərbaycanın regional və beynəlxalq arenada sülh, əməkdaşlıq və qarşılıqlı hörmət siyasətinə sadiqliyinin növbəti göstəricisidir. Bu səfər həm Azərbaycan–Tacikistan münasibətlərinin, həm də MDB çərçivəsində çoxşaxəli əməkdaşlığın inkişafına mühüm töhfə verib.

Çingiz İbrahimov

YAP Göyçay rayon təşkilatının əməkdaşı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see820

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see262

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see225

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see204

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see199

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see195

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see193

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see176

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see150

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see149

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see142

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see141

Südü heç vaxt soyuducunun qapısında saxlamayın Səbəb açıqlandı

26 Noyabr 2025 20:48see137

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see137

Oğlunun toyunda geyindiyi açıq saçıq paltardan DANIŞDI

27 Noyabr 2025 17:17see133

Gündə 4 fincan içmək qocalmanı yavaşladır

28 Noyabr 2025 05:05see131

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see129

KL: Samsunspor səfərdən 1 xalla dönür

28 Noyabr 2025 02:26see129

Yağlısı infarkta aparır Yağsızı min bir dərdə dərmandır

27 Noyabr 2025 01:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri