Icma.az
close
up
RU
Azərbaycanın suverenliyinin tam təmin edilməsi tariximizin şanlı səhifəsidir”

Azərbaycanın suverenliyinin tam təmin edilməsi tariximizin şanlı səhifəsidir”

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

“Dünyada heç də bütün xalqlar özünün siyasi, mədəni tarixinə, taleyinə sahib çıxmaq və müstəqil dövlətini yaratmaq xöşbəxtliyinə nail ola bilməyib. Azərbaycan xalqı iqtisadi, siyasi, hərbi çətinliklərə, işğala və parçalanmalara baxmayaraq əsrlər boyu dövlətçilik arzusu və mübarizəsi əsrlər boyu davam etdirib. Heç bir qüvvə xalqımızın iradəsini, əzmini sındıra bilməyib. Əsrlər boyu apardığımız mübarizə tariximizə kədərli, qürurlu, acılı, şirinli - əlamətdar günlər bəxş edib. Təqvimimizdə elə günlər var ki, həmin gün dövlətimizin, xalqımızın taleyi həll olunub. Məhz sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü də belə əlamətdar tarixlərdən biridir. Bu gün Azərbaycan xalqının əsrlər boyu davam edən müstəqillik, ərazi bütövlüyü uğurunda uğrunda göstərdiyi əzmin, mücadilənin, dövlətçilik iradəsinin təntənəsidir”.Bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.

Onun sözlərinə görə, dövlət suverenliyi xalqın öz taleyinə sahib çıxmaq, daxili və xarici siyasətdə müstəqil olmaq, beynəlxalq münasibətlərdə bərabərhüquqlu tərəf kimi çıxış etmək imkanlarını təmin edən ali dəyərdir: “Xalqımız, dövlətimiz bu dəyərə hər zaman xüsusi önəm verib.
Qədim dövrlərdən bəri müxtəlif imperiyaların işğalına məruz qalsaq da, milli varlığımızı, dilimizi, mədəniyyətimizi və dövlətçilik ənənələrimizi itirməmişik, qoruyub saxlamışıq. Biz hər zaman hökmdarı, rəhbəri olan xalq olmuşuq. 1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdi. Müstəqilliyimizin ilk illərində ölkəmiz ciddi təhlükələrlə, itkilərlə üzləşdi. Ermənistanın hərbi təcavüzü, daxili siyasi böhranlar, iqtisadi çətinliklər dövlətin varlığını təhdid edirdi. Belə mürəkkəb dövrdə xalqın milli birliyi, müstəqillik arzusu və təbii ki, Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi, peşəkarlığı Azərbaycanın dövlətçiliyini yox olmaqdan xilas etdi”.
Tahir Mirkişili qeyd edib ki, Azərbaycan xalqı 1991-ci ildə müstəqilliyini bərpa edəndən sonra ərazi bütövlüyünün təmin edilməsi və müstəqilliyinin gücləndirilməsi uğrunda daim mübarizə aparıb: “Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdi, işğal altında olan torpaqlarımızın böyük hissəsini azad etdi. Nəticədə, Azərbaycan BMT-nin qətnamələrini özü icra etdi, beynəlxalq hüququn aliliyini təmin etdi. Bu qələbə Azərbaycan dövlətçiliyinin və xalqın milli iradəsinin gücünün nümayişi idi. Yaddaşlarda əbədi qalacaq 44 günlük Vətən müharibəsində parlaq qələbədən sonra Azərbaycan Ermənistana sülh təklif etdi. Prezident İlham Əliyev İrəvanı bu tarixi fürsətdən istifadə etməyə və suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi bağlamağa çağırdı. Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi bu çağırışı düzgün dəyərləndirə bilmədi, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarını tam şəkildə yerinə yetirmək əvəzinə, təxribatlar törətməkdə davam etdi. Amma Azərbaycan dövləti buna göz yuma, problemin həllinin gələcək nəsillərin öhdəsinə buraxa bilməzdi. 2023-cü il 19-20 sentyabrda - cəmi 23 saat ərzində separatçı qüvvələr tərksilah edildi, qanunsuz qurum özünü buraxdığını elan etdi. Bununla da Azərbaycanın suverenliyi bütün ərazilərdə tam bərpa olundu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu əməliyyat beynəlxalq hüquqa, dövlətin daxili qanunvericiliyinə və suveren hüquqlarına tam uyğun idi. Bu hadisə Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ açdı. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 sentyabr - Dövlət Suverenliyi Günü elan edildi. Bu qərar təkcə tarixi hadisələrin rəsmiləşdirilməsi yox, həm də gələcək nəsillərə dövlətçilik məvhumunun əhəmiyyətini aşılayan mühüm addımdır. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətimizin milli kimliyinin, hüquqi-siyasi dayaqlarının möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addım oldu. Bu gün Azərbaycan suveren dövlət kimi dünya birliyində layiqli mövqe tutur. Ərazi bütövlüyümüz tam təmin olunub, sərhədlərimiz üzərində tam nəzarət bərpa olunub. Bu, ölkəmizin iqtisadi inkişafına, regional və beynəlxalq əməkdaşlıqda mövqelərinin güclənməsinə, xalqımızın rifahına geniş imkanlar açır”.
Milli Məclisin deputatı onu da bildirib ki, Azərbaycanın beynəlxalq hüquqa söykənən hərbi əməliyyatları nəticəsində 30 ildən artıqdır davam edən və danışıqlar yolu ilə həll edilməyən bir münaqişə öz ədalətli həllini tapdı: “Dünya, hətta Ermənistanın özü Azərbaycanın qələbəsini nəinki tanıdı, hətta bu münaqişədə İrəvanın günahkar olduğu, vasitəçilik missiyasını üzərinə götürən ATƏT Minsk qrupunun fəaliyyətsizliyi etiraf olundu. Ölkəmizə qarşı haqsızlıq etmiş, qərəz nümayiş etdirmiş qüvvələr Azərbaycanın gücü qarşısında geri çəkilməyə məcbur oldular. Bütün bunlar Azərbaycanın uzaqgörən lideri, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin, Ordumuzun gücü, xalqımızın iradəsi, birliyi nəticəsində mümkün oldu. Bu gün Azərbaycan suveren dövlətdir. İşğaldan azad olunmuş torpaqlarda dalğalanan üzrəngli bayrağımızın altında özümüzü qürurlu, güclü, xöşbəxt sayırıq. Ötən ilə qədər separatçıların at oynatdığı Xankəndidə bu gün gənclərimiz təhsil alırlar. Xankəndidə qısa müddət ərzində Qarabağ Universitetinin yaradılması və istifadəyə verilməsi olduqca təqdirəlayiqdir. Cənab Prezidentin də qeyd etdiyi kimi, yaxın gələcəkdə Xankəndi tələbə, gənclik şəhəri olacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Sentyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see228

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see228

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see223

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see221

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see201

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see196

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see195

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see183

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see179

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see173

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see164

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see162

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see160

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see157

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see145

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see145

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri