Icma.az
close
up
RU
Tahir Mirkişili: Azərbaycanın suverenliyinin tam təmin edilməsi tariximizin şanlı səhifəsidir

Tahir Mirkişili: Azərbaycanın suverenliyinin tam təmin edilməsi tariximizin şanlı səhifəsidir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 16 sentyabr, AZƏRTAC

Dünyada heç də bütün xalqlar müstəqil dövlətini yaratmaq xoşbəxtliyinə nail ola bilməyib. Azərbaycan xalqı iqtisadi, siyasi, hərbi çətinliklərə, işğala və parçalanmalara baxmayaraq əsrlər boyu dövlətçilik arzusunu və mübarizəsini davam etdirib. Heç bir qüvvə xalqımızın iradəsini, əzmini sındıra bilməyib. Əsrlər boyu apardığımız mübarizə tariximizə kədərli, qürurlu, acılı-şirinli - əlamətdar günlər bəxş edib. Təqvimimizdə elə günlər var ki, həmin gün dövlətimizin, xalqımızın taleyi həll olunub. 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günü də belə əlamətdar tarixlərdən biridir. Bu gün Azərbaycan xalqının əsrlər boyu davam edən müstəqillik, ərazi bütövlüyü uğurunda göstərdiyi əzmin, mübarizənin, dövlətçilik iradəsinin təntənəsidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili deyib. Onun sözlərinə görə, dövlət suverenliyi xalqın öz taleyinə sahib çıxmaq, daxili və xarici siyasətdə müstəqil olmaq, beynəlxalq münasibətlərdə bərabərhüquqlu tərəf kimi çıxış etmək imkanlarını təmin edən ali dəyərdir: “Xalqımız, dövlətimiz bu dəyərə hər zaman xüsusi önəm verib.

Qədim dövrlərdən bəri müxtəlif imperiyaların işğalına məruz qalsaq da, milli varlığımızı, dilimizi, mədəniyyətimizi və dövlətçilik ənənələrimizi itirməmişik, qoruyub saxlamışıq. Biz hər zaman hökmdarı, rəhbəri olan xalq olmuşuq. 1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdi. Müstəqilliyimizin ilk illərində ölkəmiz ciddi təhlükələrlə, itkilərlə üzləşdi. Ermənistanın hərbi təcavüzü, daxili siyasi böhranlar, iqtisadi çətinliklər dövlətin varlığını təhdid edirdi. Belə mürəkkəb dövrdə xalqın milli birliyi, müstəqillik arzusu və təbii ki, Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi, peşəkarlığı Azərbaycanın dövlətçiliyini yox olmaqdan xilas etdi”.

Deputat bildirib ki, Azərbaycan xalqı 1991-ci ildə müstəqilliyini bərpa edəndən sonra ərazi bütövlüyünün təmin edilməsi və müstəqilliyinin gücləndirilməsi uğrunda daim mübarizə aparıb: “Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdi, işğal altında olan torpaqlarımızın böyük hissəsini azad etdi. Nəticədə, Azərbaycan BMT-nin qətnamələrini özü icra etdi, beynəlxalq hüququn aliliyini təmin etdi. Bu qələbə Azərbaycan dövlətçiliyinin və xalqın milli iradəsinin gücünün nümayişi idi. Yaddaşlarda əbədi qalacaq 44 günlük Vətən müharibəsində parlaq qələbədən sonra Azərbaycan Ermənistana sülh təklif etdi. Prezident İlham Əliyev İrəvanı bu tarixi fürsətdən istifadə etməyə, suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi bağlamağa çağırdı. Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi bu çağırışı düzgün dəyərləndirə bilmədi, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarını tam şəkildə yerinə yetirmək əvəzinə, təxribatlar törətməkdə davam etdi. Amma Azərbaycan dövləti buna göz yuma, problemin həllini gələcək nəsillərin öhdəsinə buraxa bilməzdi. 2023-cü il sentyabrın 19-20-də, cəmi 23 saat ərzində separatçı qüvvələr tərk-silah edildi, qanunsuz qurum özünü buraxdığını elan etdi. Bununla da Azərbaycanın suverenliyi bütün ərazilərdə tam bərpa olundu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu əməliyyat beynəlxalq hüquqa, dövlətin daxili qanunvericiliyinə və suveren hüquqlarına tam uyğun idi. Bu hadisə Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ açdı. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə sentyabrın 20-si Dövlət Suverenliyi Günü elan edildi. Bu qərar təkcə tarixi hadisələrin rəsmiləşdirilməsi deyil, həm də gələcək nəsillərə dövlətçilik məfhumunun əhəmiyyətini aşılayan mühüm addımdır. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətimizin milli kimliyinin, hüquqi-siyasi dayaqlarının möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addım oldu.

Bu gün Azərbaycan suveren dövlət kimi dünya birliyində layiqli mövqe tutur. Ərazi bütövlüyümüz tam təmin olunub, sərhədlərimiz üzərində tam nəzarət bərpa olunub. Bu, ölkəmizin iqtisadi inkişafına, regional və beynəlxalq əməkdaşlıqda mövqelərinin güclənməsinə, xalqımızın rifahına geniş imkanlar açır”.

Deputat qeyd edib ki, 30 ildən artıq davam edən və danışıqlar yolu ilə həll edilməyən bir münaqişə Azərbaycanın beynəlxalq hüquqa söykənən hərbi əməliyyatları nəticəsində öz ədalətli həllini tapdı: “Dünya, hətta Ermənistanın özü Azərbaycanın qələbəsini nəinki tanıdı, hətta bu münaqişədə İrəvanın günahkar olduğu, vasitəçilik missiyasını üzərinə götürən ATƏT Minsk qrupunun fəaliyyətsizliyi etiraf olundu. Ölkəmizə qarşı haqsızlıq etmiş, qərəz nümayiş etdirmiş qüvvələr Azərbaycanın gücü qarşısında geri çəkilməyə məcbur oldular. Bütün bunlar Azərbaycanın uzaqgörən lideri, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin, ordumuzun gücü, xalqımızın iradəsi, birliyi nəticəsində mümkün oldu. Bu gün Azərbaycan suveren dövlətdir. İşğaldan azad edilmiş torpaqlarda dalğalanan üçrəngli bayrağımızın altında özümüzü qürurlu, güclü, xoşbəxt sayırıq. Vaxtilə separatçıların at oynatdığı Xankəndidə bu gün gənclərimiz təhsil alırlar. Xankəndidə qısa müddət ərzində Qarabağ Universitetinin yaradılması və istifadəyə verilməsi olduqca təqdirəlayiqdir. Prezidentin də qeyd etdiyi kimi, yaxın gələcəkdə Xankəndi tələbə, gənclik şəhəri olacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Sentyabr 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see499

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see226

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see212

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see204

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see196

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see192

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see192

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see180

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see166

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see158

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see151

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri