Icma.az
close
up
RU
Şuşa Şəhəri Günü müasir tariximizin şanlı səhifəsidir ŞƏRH

Şuşa Şəhəri Günü müasir tariximizin şanlı səhifəsidir ŞƏRH

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2020-ci ilin 27 sentyabr tarixində Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatları nəticəsində işğal altında olan tarixi torpaqlarımız azad olundu, həmin ərazilərimiz düşmən əsarətindən qurtarıldı. Bu zəfərimizin sayəsində ərazi bütövlüyümüz bərpa edildi və bu qələbə tariximizə qəhrəmanlıq salnaməsi kimi daxil oldu. Şanlı tariximizə 44 günlük Vətən müharibəsi adı ilə daxil olan haqq uğrundakı savaşımız, əslində dünyada sülhün və ədalətin zəfər çalmasının təntənəsi idi.

Azərbaycan Ordusu tarixi qələbəsinə imza atmaqla 30 ilə yaxın erməni təcavüzkarlarının işğalına, etnik təmizləmə, vandalizm əməllərinə məruz qalan ata-baba yurdumuzu əsarətdən xilas etdi. Dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə ən ali beynəlxalq tribunalarındakı çıxışlarında bəyan edirdi ki, Azərbaycan tarixi torpaqlarını güzəştə getməyəcək, işğaldan azad edəcək və ərazi bütövlüyümüz bərpa ediləcək. Artıq qüdrətli Azərbaycan öz tarixi, əbədi və əzəli torpaqları uğrunda mübarizə və müharibə apararaq ərazi bütövlüyünü bərpa edib. Xüsusilə vurğulamaq lazımdır ki, dövlətimiz və xalqımız bu müharibəni ləyaqətlə aparıb və zəfər çalıb. İşğalçı Ermənistan dövlətinin Vətən müharibəsi zamanı çoxsaylı müharibə cinayətləri törədərək, cəbhəboyu ərazilərdən uzaq məsafələrdə yerləşən dinc vətəndaşlarımızın yaşadığı şəhər və kəndləri raket atəşinə tutması və onları öldürməsi ermənilərin əsl xislətini bir daha ortaya qoyur. Azərbaycan dövləti isə müharibədən öncə aparılan sülh danışıqlarında olduğu kimi, müharibə zamanı və post müharibə dövründə də beynəlxalq hüquq normalarına uyğun davranıb, heç bir mülki şəhər və ya infrastruktur obyekti hədəf olaraq seçilməyib.
Vətən müharibəsində düşmən, eləcə də onun havadarları, bütün dünya dövlətimizin, xalqımızın və ordumuzun həmrəyliyini və qüdrətini gördü. Düşmən və onun havadarları anladı ki, Azərbaycan dövlətinin və xalqının iradəsini heç bir qüvvə sındıra bilməz. Vətən müharibəsində əldə olunmuş qələbə üçün canını fəda etmiş, bizlərə bu sevinci yaşadan qəhrəman övladlarımızın əziz xatirəsini ehtiramla və minnətdarlıqla anırıq. Tarixi zəfərimizin dövlət səviyyəsində qeyd edilməsi məqsədilə dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə 8 noyabr – Şuşa şəhərimizin işğaldan azad olunduğu gün hər il ölkəmizdə Zəfər Günü kimi yüksək səviyyədə qeyd edilir. Sərəncamda da qeyd edildiyi kimi, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin İkinci Qarabağ müharibəsindəki qələbəsini təmin edən mühüm amillər oldu. Prezident İlham Əliyevin bu qələbəni qeyd etmək üçün xüsusi bayram gününün təsis edilməsi barədə sərəncam imzalaması isə tariximizə dərin hörmət və şəhidlərimizə ehtiram hissindən qaynaqlanır.

Vüsar İsmayılov
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Noyabr 2026 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see319

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see307

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see303

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see299

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see299

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see295

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see287

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see283

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see278

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see277

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see253

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see252

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see246

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see245

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see244

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see239

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see233

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see232

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see230

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri