Icma.az
close
up
RU
Azərbaycanın tarixi missiyasının davamı

Azərbaycanın tarixi missiyasının davamı

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


"Bakı bu gün olduqca önəmli və mötəbər bir tədbirə ev sahibliyi edir. Söhbət İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının (PUIC) 20-ci Sessiyasından gedir. Təsadüfi deyil ki, bu tədbir Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olmasından 35 illiyi ilə üst-üstə düşdü".
Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, bu il Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olmasından 35 il ötür:
"Onu da qeyd etməliyik ki, İƏT Azərbaycanın müstəqilliyinin bərpasından sonra qoşulduğu ilk beynəlxalq təşkilatlardan biri sayılır. Bugünkü toplantıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqının sədrliyi İndoneziyadan Azərbaycana keçib. Sessiyanın rəsmi açılış mərasimində çıxış edən İttifaqın Baş katibi Muhammed Xurayçi Niyass, İslam dünyasında dayanıqlı və inklüziv inkişafın təşviqi məqsədilə keçirilən konfransa göstərdiyi yüksək himayəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürümü bildirərək qeyd etdi ki, bu, Prezident İlham Əliyevin İslam əməkdaşlığına verdiyi dəyərin bariz nümunəsidir və eyni zamanda, Bakının bu cür genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi üçün etibarlı və fəal rolunu bir daha nümayiş etdirir".
Komitə sədri qeyd edib ki, hazırda dünyada köhnə beynəlxalq nizamın dağıldığı, yeni çoxmərkəzli düzənin formalaşmaqda olduğu bir mərhələdə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının (PUIC) Bakıda keçirilməsi Azərbaycanla yanaşı, bütün Türk-İslam dünyası üçün də mühüm və dəyərli hadisədir:
"Çünki bu gün beynəlxalq münasibətlərdə uçurum və ədalətsizlik getdikcə daha da dərinləşir, müharibə və konfliktlər xalqları tükəndirir. Bütün bunlar isə qlobal ərzaq təhlükəsizliyinə və enerji təminatına birbaşa təsir göstərir. Bu proses bir tərəfdən İslam dünyasının qarşısında böyük imkanlar açır, digər tərəfdən isə İslam aləmi də ciddi çağırışlarla üz-üzə qalmaqdadır. Odur ki, münaqişə və müharibələrin qarşısının alınması, qlobal sülh və əməkdaşlığın təşəkkül tapması indi hamımız üçün zəruridir. Bunun üçünsə fikir ayrılıqlarının kıənara qoyulması və dialoqdan ən optimal vasitə kimi istifadə olunması vacibdir. Bizim ölkəmiz bu sahədə nümunəvi təcrübəyə malikdir. Azərbaycan qlobal dialoqa önəmli töhfələr verən ölkələrdən biridir. Biz bu gün təkcə Cənubi Qafqazda sülh gündəliyinin müəllifi kimi deyil, həm də regionumuzdan kənarda bir sıra beynəlxalq məsələlərin nizama salınmasında təşəbbüskar və ya mediator rolunda çıxış edir, regional və qlobal gərginliklərin həlli məqsədilə keçirilən görüşlərə ev sahibliyi edirik".
AHK sədrinin sözlərinə görə, Azərbaycanın bu təşəbbüslərinin gücü məhz onun kollektiv və ardıcıl bir platformaya çevrilə bilməsindədir:
"Bugünkü tədbir də Azərbaycanın hazırda İslam dünyası üçün bir ideoloji "lokomotiv" rolunu oynadığını göstərir. Prezident İlham Əliyev də tədbir iştirakçılarına ünvanladığı müraciətdə bu məqama toxunaraq bildirdi ki, "İslamofobiyanın narahatedici şəkildə getdikcə yayıldığı bir dövrdə Azərbaycanın bu konfranslara ev sahibliyi etməsi dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi və dinimizlə bağlı stereotiplərin aradan qaldırılması baxımından böyük əhəmiyyət kəsb edir. Milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan və dünyada milyardlarla insan üçün mənəvi dayaq və bələdçi rolunu oynayan İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilmişdir".
Ümumən götürsək, Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına ünvanladığı müraciət Azərbaycanın İslam dünyasındakı yerini, siyasi prinsiplərini və qlobal çağırışlara münasibətini göstərən olduqca əhəmiyyətli bir sənəddir. Dövlətimizin başçısının sözügedən müraciətində İƏT-lə 35 illik əməkdaşlıq müddətini xüsusi olaraq vurğulaması, Azərbaycanın müstəqillik qazandıqdan sonra İslam dünyası ilə inteqrasiyaya nə qədər strateji önəm verdiyinin təsdiqidir. Azərbaycan burada sadəcə bir üzv kimi deyil, İslam həmrəyliyinin gücləndirilməsinə töhfə verən və beynəlxalq platformalarda öz dəstəyini hər zaman hiss edən bir dövlət kimi çıxış edir. İşğal illərində İƏT-in Azərbaycanın ərazi bütövlüyünə verdiyi qətiyyətli dəstəyin xatırlanması, bu təşkilatın Azərbaycan üçün sadəcə bir dialoq meydanı deyil, həm də mühüm siyasi-diplomatik arxa qapı olduğunun göstəricisidir.
Müraciətdə İslamofobiya ilə qlobal mübarizəyə xüsusi yer ayrılması da təsadüfi deyil. Azərbaycan Prezidenti İslamofobiyanı təkcə müsəlmanlara deyil, bütövlükdə dinc birgəyaşayışa və beynəlxalq təhlükəsizliyə təhdid kimi xarakterizə etməkdə tamamilə haqlıdır. Qurani-Kərimin yandırılması kimi hadisələrin "ifadə azadlığı" kimi maskalanmasına qarşı çıxış etməsi və Qərbdəki bəzi institutların (Avropa Parlamenti, AŞPA) İslamı "təhlükə mənbəyi" kimi təqdim etmək cəhdlərini açıq şəkildə qınaması, Azərbaycanın müstəqil xarici siyasət kursunun bir parçasıdır. Azərbaycan burada özünü "dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqçisi" kimi mövqeləndirərək, İslam dünyasının hüquqlarının müdafiəsində aparıcı və təşəbbüskar ölkə statusunu təsdiqləyir.
Ermənilərin ölkəmizə və xalqımıza qarşı törətdikləri kultursid və urbisidin ifşası da müraciətin ən mühüm məqamlarından biridir. Prezidentin işğal dövründə məscidlərin tövlə kimi istifadə edilməsi və məhv edilməsi faktlarını bir "vandalizm aktı" kimi qabartması, məsələni sadəcə lokal dağıntı deyil, bəşəriyyətə və İslam dininə qarşı təhqir kimi təqdim edir. ICESCO və İƏT-in missiyalarının bu vandalizmi qeydə alması, Azərbaycanın beynəlxalq ictimaiyyətə bu cinayətləri sübutlarla təqdim etməsinin əyani nəticəsidir. Bu, təkcə keçmişin hesabatı deyil, həm də gələcəkdə bu cür cinayətlərin qarşısının alınması üçün bir xəbərdarlıqdır".
Əlisahib Hüseynov onu da diqqətə çatdırıb ki, dövlətimizin başçısı, həmçinin işğal dövründə İƏT üzvü olan dost və qardaş ölkələrin Azərbaycana dəstəyini də yüksək qiymətləndirib:
"İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik. İƏT Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzü zamanı və postmüharibə dövründə qətiyyətli mövqe nümayiş etdirərək, işğalı şiddətlə qınayan, Azərbaycanın haqq işini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən, azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərini alqışlayan qətnamələr və bəyanatlar qəbul etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İƏT çərçivəsində Təmas Qrupunun fəaliyyətini xüsusilə vurğulamaq istərdim. Biz qardaş ölkələrin bu münasibətini yüksək qiymətləndiririk". Ümumilikdə isə, Prezidentin bu müraciəti həm İslam dünyasına "birliyimizi qorumalıyıq" mesajı, həm də Qərb dairələrinə "bizim dəyərlərimizlə hesablaşmalısınız" çağırışıdır. Azərbaycan burada özünü mədəniyyətlər arasında körpü rolunda təqdim edərək, İslamofobiya ilə mübarizədə dünyaya ədalət və dözümlülük dərsi verir. Bu müraciət, daha əvvəlki şərhlərimizdə vurğuladığımız Azərbaycanın regiondakı "geosiyasi memar" və "əsas tranzit mərkəzi" rolunu mənəvi-ideoloji müstəvidə tamamlayır. Prezident İlham Əliyev bir tərəfdən ölkənin iqtisadi-logistik gücünü (Xəzər layihələri, enerji dəhlizləri) artırırsa, digər tərəfdən də İslam dünyası ilə olan mənəvi bağlarını və mədəni-dini irsini qorumaqla, Azərbaycanın yumşaq gücünü (soft power) gücləndirir. Bu, Azərbaycanın tarixi missiyasının davamıdır".
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 24 İyun 2026 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri