Icma.az
close
up
RU
Vaşinqtonda tarixi görüş: Azərbaycanın siyasi uğurlarının davamı

Vaşinqtonda tarixi görüş: Azərbaycanın siyasi uğurlarının davamı

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

“Vaşinqtonda keçirilən tarixi əhəmiyyətə malik görüş İkinci Qarabağ müharibəsi nəticəsində əldə edilmiş Zəfərin siyasi dialoq müstəvisində də ölkəmizin uğurlarının növbəti mərhələsi kimi davamı idi. Bir vaxtlar Ermənistanın və onun açıq və gizli dəstəkçilərinin dondurmağa və beləliklə, ömürlük bitirməyə çalışdığı münaqişə bəlkə də çoxlarının gözləmədiyi bir anda nəinki torpaqlarımızın azad olunması, hətta regiondakı kommunikasiyaların açılması ilə nəticələndi”. 

Bu fikirləri politoloq Elmir Səftərov Gununsesi.info-ya açıqlamasında söyləyib.

Politoloq qeyd edib ki,  Prezident İlham Əliyevin praqmatik siyasətinin, uzaqgörən strategiyanın bariz nümunəsi olan 2020-ci ildən bəri əldə etdiyimiz hərbi və siyasi uğurlarımız ildən-ilə daha da artır:

“Ağ Evdə keçirilən görüşdə gələcək nəsillərin də xatırlayacağı dövlətimizin xalqımızın maraqlarına xidmət edən siyasi fəaliyyətinin və Prezident İlham Əliyevin diplomatik məharətinin şahidi olduq. Görüş çərçivəsində əldə edilən razılaşmalar və imzalanmış bəyannamə də masada hansı güclərin olmasına baxmayaraq, Prezident İlham Əliyevin bütün addımlarının Azərbaycanın maraqlarına əsaslandığını növbəti dəfə göstərdi.  Prezident İlham Əliyevin prinsipiallığı sayəsində  2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata daxil edilmiş 9-cu bənddə də göstərildiyi kimi, Ermənistanın 

Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantıya şərait yaratmaq öhdəliyi Vaşinqtonda yenidən təsdiq edildi, bundan əlavə, İrəvan ATƏT-in Minsk qrupunun ləğv edilməsinə razı oldu.

Xatırlayırıq ki, Ermənistan 9-cu bəndin icrasından yayınsa da, Azərbaycanın uğurlu gedişatları hər şeyi köklü şəkildə dəyişdi, regiondakı reallıqları daha da aydın formada nümayiş etdirdi.  Bu baxımdan da “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətninin paraflanması Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasına ilə yekunlaşmalıdır ki, rəsmi və tam sülh sazişi də imzalansın. Ümid edirik ki, Ermənistan üzərinə düşən vəzifələri və öhdəlikləri tam şəkildə yerinə yetirəcək.

Donald Trampın görüş çərçivəsində Prezident İlham Əliyevə ünvanlandığı xoş sözlər və əldə edilmiş razılaşmalardan irəli gələn məsələlər onu deməyə əsas verir ki,  Azərbaycan Amerika əlaqələrindəki iş birliyi strateji ortaqlığa qədər irəliləyir.  Bu baxımdan bu günlərdə bəzi məsələlər də diqqətdən kənarda qala bilməz.  Belə ki, uzun illərdir ABŞ-dakı siyasi hakimiyyətə təsir mexanizmləri formalaşdıran Amerika Erməni Milli Komitəsinin (ANCA) və diaspor təşkilatlarının oyundan kənar vəziyyətə düşməsinin şahidi olduq. 

Məhz ABŞ administrasiyasının bəzi erməni təşkilatları, xüsusən də Amerika Erməni Milli Komitəsi və ona bağlı qruplar və ayrı-ayrı şəxslərin Ermənistan və ABŞ-a qarşı tənqidləri bunu deməyə əsas verir. 
Bəzi erməni qüvvələri ABŞ administrasiyasını sülh səylərinə görə tənqid etməklə qalmır, keçmiş qondarma ideologiyalarını yenidən gündəmə gətirməyə çalışırlar.

Aydındır ki, ANCA mahiyyətcə ABŞ-dakı yerli daşnaklardan təşkil olunub və Daşnaksütyunun Amerika qoludur. Amma hazırkı ABŞ administrasiyasının balanslı yanaşması həmin qrupların geosiyasi dəyişikliklərin baş verməsinə təsir mexanizmlərinin qarşısını aldı. Üç onilliklərlə davam edən münaqişəyə son qoyan razılaşma Azərbaycan və Ermənistan münasibətləri üçün irəliləyiş və Cənubi Qafqaz regionunun iqtisadi potensialını üzə çıxarmaq üçün bir fürsətdir. Bu da regionda davamlı sülhün əldə edilməsi ilə logistik və ticarət razılaşmaları sayəsində Azərbaycan və erməni xalqları üçün firavanlığa səbəb ola bilər.  

“Azadlığı Dəstəkləmə Aktına” 907-ci düzəlişin tətbiqinin dayandırılmasının da diqqətdən kənarda qalmaması görüşün ölkəmizin maraqlarına xidmət etdiyini və bizi narahat edən məqamların əks olduğunu göstərdi”. 

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Avqust 2025 08:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri