Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Azərbaycanın tarixi Zəfəri və konstitusion dövlətçiliyin yeni mərhələsi

Azərbaycanın tarixi Zəfəri və konstitusion dövlətçiliyin yeni mərhələsi

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Konstitusiya Günü xalqımızın suveren iradəsini, hüquqi və demokratik dövlət quruculuğu yolunda qətiyyətini əks etdirən əlamətdar tarixdir. Azərbaycan dövləti və xalqı bu tarixi nailiyyəti çətin sınaqlardan keçərək əldə edib.

Xalq Cümhuriyyəti dövründə əsas qanununu qəbul edilə bilməyən Azərbaycanın Konstitusiya quruluşu tarixi SSRİ-nin tərkibində olduğu dövrə təsadüf edir. 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilən ilk Konstitusiyamıza sonrakı illərdə bir neçə dəfə əlavə və dəyişikliklər olunsa da, yenə də ümummilli məsələlərlə bağlı kifayət qədər boşluqlar qaldı. Yalnız Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə onun iradəsi və təşəbbüsü sayəsində Azərbaycanın tarixi, milli ənənələrini özündə əks etdirən Konstitusiya sənədi hazırlandı, dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması ilə xarakterizə olunan sənəd kimi tarixə düşdü.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiya quruculuğu tarixi də Ulu Öndərin adı ilə bağlıdır. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə hakimiyyətdə olan təsadüfi və səriştəsiz qüvvələrin yarıtmaz idarəçiliyi nəticəsində ana qanun qəbul olunmadı.
Heydər Əliyevin ikinci hakimiyyəti dövründə 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası müasir dövlət quruculuğu prosesini tənzimləyən, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sahələrdə köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənədə çevrildi.
İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alan Ulu Öndərin imzaladığı 1995-ci il 15 dekabr tarixli Fərmana əsasən, noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi elan edildi.
1998-ci ildə Konstitusiya nəzarəti orqanı olan Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması isə Konstitusiyanın aliliyinin təminatı, hər kəsin əsas hüquq və azadlıqlarının müdafiəsi yönündə mühüm hüquqi sistemi formalaşdırdı. Ali konstitusiya ədalət mühakiməsi orqanı olan Konstitusiya Məhkəməsi qəbul etdiyi məhkəmə aktları ilə milli hüquq sisteminin inkişafına, hüquq tətbiqetmə təcrübəsinə öz töhfəsini verməkdədir.
Azərbaycanda müasir inkişaf meyarları – ictimai münasibətlərin, hüquqi, siyasi, sosial və iqtisadi vəziyyətin sürətlə dəyişməsi, əldə olunan uğurların möhkəmləndirilməsi Konstitusiyanın təkmilləşdirilməsini labüd etdiyindən ötən illərdə Əsas Qanunda bir sıra əhəmiyyətli əlavə və dəyişikliklər edilib.
2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, onların məsuliyyətinin daha da artırılmasına yönəlmişdir. Son dəyişikliyə əsasən, idarəetmə sistemində vitse-prezidentlik institutu yaradılıb, bu, dövlət və hakimiyyət idarəetmə mexanizmində funksional institut olaraq yeni idarəetmə modelinin təcəssümünə çevrilib.
Azərbaycan Konstitusiyası hər bir vətəndaş üçün azadlıq, ədalət və bərabərlik ideallarının təminatıdır. Konstitusiyamızın 48 maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilib ki, bu da insan haqlarına olan xüsusi diqqətin təzahürüdür. Sənəddə dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunub.
2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində əldə edilmiş tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsi ilə Azərbaycanın Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olub.
Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Eləcə də, Prezidentin təşəbbüsü ilə Konstitusiyanın 30 illiyi yubiley medalı təsis olunub, medal dövlətçiliyimizin və hüquqi inkişaf yolunun simvollarından biridir. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın uzun və çətin tarixi yolunun məntiqi nəticəsi, suveren iradəsinin hüquqi ifadəsidir. Buna görə də hər il noyabrın 12-də qeyd olunan Konstitusiya Günü təkcə tarixi bir tarix deyil, həm də qanunun aliliyinə, azadlıq, ədalət və bərabərlik ideallarına sadiqliyin təntənəsidir.

Ramid Namazov
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Noyabr 2026 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see306

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see304

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see286

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see286

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see285

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see284

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see278

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see278

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see274

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see270

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see250

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see249

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see246

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see241

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see240

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see239

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see238

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see235

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see231

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see231
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri