Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun heyətinin təxliyəsi başa çatıb
Icma.az, Apa.az saytına istinadən bildirir.
Azərbaycanın İranın Təbriz şəhərindəki Baş Konsulluğunun heyətinin təxliyəsi başa çatıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
Ayxan Hacızadə qeyd edib ki, Tehrandakı səfirliyimizin heyətinin isə böyük hissəsi təxliyə edilib.
Qeyd edək ki, dünən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında Azərbaycanın Tehrandakı səfirliyinin, eyni zamanda, Təbrizdəki Baş konsulluğunun əməkdaşlarının təxliyəsi ilə bağlı tapşırıqlar verildiyini bəyan edib.
Bu mövzuda digər xəbərlər:Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş konsulluğunun təxliyəsi ilə bağlı tapşırıq verildi
06 Mart 2026 14:03
Azərbaycanın Təbrizdəki yeni baş konsulu fəaliyyətə başladı
03 Dekabr 2025 19:04
Prezident Azərbaycanın Təbrizdəki baş konsulunu təyin edib
27 Oktyabr 2025 16:39
Azərbaycanın Təbrizdəki baş konsulu avtomobil qəzası nəticəsində ölüb
23 May 2026 22:32
Azərbaycanın Aktaudakı baş konsulluğunun nümayəndələri qəza baş verən ərazidədirlər
25 Dekabr 2024 12:07
Baxış sayı:158
Bu xəbər 07 Mart 2026 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















