Icma.az
close
up
RU
Azərbaycanın tolerantlıq ənənələri bütün Cənubi Qafqaz üçün örnəkdir

Azərbaycanın tolerantlıq ənənələri bütün Cənubi Qafqaz üçün örnəkdir

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Bu gün Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keeçirilir. Tədbir “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusuna həsr edilib. Günümüz üçün olduqca əhəmiyyətli mövzudur. Dini maarifləndirmə hazırda müsəlman ölkələri üçün də, Qərb dünyası üçün də aktualdır. Qərbdə dini maarifləndirmənin əks təbliğat formasında aparılması anti-İslam meyllərinin, ksenofobiyanın güclənməsinə, dini dözümsüzlüyün baş qaldırmasına səbəb olur. Qərb mediası tərəfindən İslam dininin terrorla əlaqələndirilməsi də əks təbliğatın və islamofobiyanın bir parçasıdır. Həmçinin, ayrı-ayrı Avropa ölkələrində "Quran"ın yandırılması, İslam Peyğəmbərinin karikaturalarının çəkilib KİV üzərindən tirajlanması da ksenofobiyanın təzahürüdür. Bütün bunlar Qərbdə tolerantlığın və multikulturalizm ənənələrinin yoxa çıxdığını göstərir.
Eyni zamanda, müsəlman ölkələrində də dini maarifçilik sahəsində təsirli addımların atılmasına ciddi ehtiyac var. Bu gün İslam dininin düzgün təbliğ edilməməsi çoxlu ixtilaflara, məzhəb qarşıdurmalarına səbəb olur. İslam dininin birləşdiricilik, həmrəylik keyfiyyətləri arxa plana keçir. Bu isə dindən daha çox dağıdıcı amil kimi istifadə etmək istəyən qüvvələrin işinə yarayır. Onlar dindən parçalanma vasitəsi kimi istifadə etməyə çalışırlar. Beləliklə, din amili həm ayrı-ayrı ölkələrdə daxili sabitliyin pozulması və cəmiyyətdə qarşıdurmaların baş qaldırması üçün dağıdıcı element kimi istifadə olunur, həm də bütövlükdə İslam dünyasında həmrəylik tendensiyalarının güclənməsinin qarşısı alınır. Ona görə də bu gün müsəlman ölkələrində din xadimlərinin və nüfuzlu dini tədris ocaqlarının, ilahiyyat məktəblərinin qarşısında duran mühüm məsələlərdən biri də məhz dini maarifçiliyin düzgün aparılmasıdır. İslam dininin vəhdət dini olduğu gerçəyi cəmiyyətin bütün fərdlərinə və təbəqələrinə aşılanmalıdır.
Bu məsələ bu gün bizim ölkəmiz üçün də kifayət qədər aktualdır. Elmi əsaslara söykənən effektiv dini maarifləndirmənin təşkili hazırda Azərbaycan hökuməti tərəfindən prioritet məsələ kimi daim diqqət mərkəzində saxlanılır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də bu gün “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan din xadimləri Forumunun iştirakçılarına ünvanladığı müraciətdə dinin cəmiyyət həyatında yerinin və rolunun düzgün qiymətləndirilməsi, mənəvi-əxlaqi tərbiyə işinin təkmilləşdirilməsi, dini təhsil və maarifləndirmə istiqamətində fəaliyyətin gücləndirilməsinin günümüzün zəruri məsələlərindən biri olduğunu qeyd edib. Dövlətimizin başçısı bu sahədə din xadimlərinin üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb.
Azərbaycan tarixən ayrı-ayrı dini etiqad və inanclara mənsub icmaların əmin-amanlıq şəraitində yaşadığı bir ölkə kimi tanınır. Tolerant ölkə imicimiz bütün dünya tərəfindən qəbul edilir. Çünki ölkəmizdə qarşılıqlı etimada və birgəyaşayışa əsaslanan çoxmillətli və çoxkonfessiyalı mütərəqqi milli, dini və mədəni münasibətlər sistemi formalaşıb. Cəmiyyətimizdə etnik-mədəni müxtəliflik və zəngin multikulturalizm dəyərləri mövcuddur. Azərbaycan sözün əsl mənasında mədəniyyətlərarası və dinlərarası əməkdaşlıq, dialoq məkanına çevrilib. Bizim toplumda ksenofobiya, ekstremizm, məzhəbçilik kimi mənfi təzahürlərə az rast gəlinir.
İnancından və milli mənsubiyyətindən asılı olmayaraq insanlarımız arasında xoşgörü və həmrəylik meylləri kifayət qədər güclüdür. Dövlət başçısı da din xadimlərinə ünvanladığı sözügedən müraciətində vurğulayıb ki, cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması, zəngin multikulturalizm dəyərlərinin təbliği və təşviqi dövlət siyasətimizin başlıca istiqamətlərindən biridir. Ölkəmizdə din siyasəti demokratik, hüquqi, dünyəvi dövlətçilik prinsiplərinə və beynəlxalq normalara uyğun həyata keçirilir. Biz bu təcrübəni ictimai-siyasi sabitliyin və həmrəyliyin vacib amili kimi qiymətləndiririk. İnanırıq ki, milli birliyə və vətəndaş həmrəyliyinə zəmin yaradan milli-mənəvi dəyərlərimizin birləşdirici, bütünləşdirici missiyası bundan sonra da uğurla davam edəcək. Azərbaycanın tolerantlıq ənənələri bütün Cənubi Qafqaz üçün örnəkdir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 23 Dekabr 2024 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see372

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see223

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see217

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see200

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see192

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see184

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see179

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see176

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see173

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see151

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see139

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see138

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see137

“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

04 Yanvar 2026 22:01see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see133

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri