Azərbaycanın UFC azarkeşləri braziliyalı döyüşçünün xoşuna gəlib
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Nazim Bakıdakı döyüşdə yerli publika önündə çıxış etsə də, təzyiq hiss etməyəcəyimi düşünürəm".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın UFC döyüşçüsü Nazim Sadıxovla Bakıda döyüşəcək braziliyalı Nikolas Motta mətbuat konfransında deyib.
N.Sadıxovun rəqibi bildirib ki, Azərbaycandan olan UFC azarkeşləri çox qonaqpərvər və alicənabdırlar. Bu səbəbdən Nazimlə döyüşün Bakıda keçirilməsi ona əlavə təzyiq göstərməyəcək.
Qeyd edək ki, Nazim Sadıxov son döyüşünü 2024-cü il fevralın 16-da Las-Veqasda keçirib. O, braziliyalı İsmael Bonfimi texniki nokautla məğlub edərək UFC-də 10-cu qələbəsini qazanıb.
Nazim Sadıxov iyunun 21-də "Baku Crystall Hall"da təşkil olunacaq döyüşdə Nikolas Motta ilə qarşılaşacaq.
Təhməz Əsədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 18 İyun 2025 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















