UFC qadın döyüşçünün oturduğu stulu satışa çıxarıb
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
UFC sosial şəbəkələrdə qadın döyüşçü Treysi Kortesin oturduğu stulu satışa çıxarıb.
Oxu.Az xəbər verir ki, satıcı iddia edir ki, Treysi Kortes sonuncu döyüşündə, Roz Namayunasa qarşı keçirdiyi qarşılaşmada, məhz bu stulda azı beş dəfə oturub.
Söhbət döyüş aralarında istirahət etdiyi künc stulundan gedir.
2024-cü ilin iyulunda baş tutmuş həmin döyüşdən sonra istifadə olunmuş bu oturacaq 300 dollara satışa çıxarılıb. Elanda xüsusi olaraq qeyd edilib ki, bu, Kortesin raundlararası fasilələrdə yararlandığı həmin oturacaqdır.
Qeyd edək ki, 31 yaşlı Treysi Kortes UFC-də 2019-cu ildə debüt edib və indiyədək 6 döyüş keçirib. Onun hesabında 5 qələbə və bir məğlubiyyət var. O, UFC-nin ən seksual qadın döyüşçüsü hesab edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 06 May 2025 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















