Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Azərbaycanın uğurlu inkişaf modeli iqtisadi müstəqilliyimizi daha da gücləndirəcək ŞƏRH AZƏRTAC

Azərbaycanın uğurlu inkişaf modeli iqtisadi müstəqilliyimizi daha da gücləndirəcək ŞƏRH AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 9 yanvar, AZƏRTAC

Azərbaycanın uğurlu inkişaf modeli iqtisadi müstəqilliyimizi daha da gücləndirəcək. Dünyada müşahidə olunan geosiyasi gərginliklər və qlobal iqtisadiyyatda artan qeyri-müəyyənliklər fonunda Azərbaycan iqtisadiyyatının inkişafının davam etməsi ölkənin iqtisadi siyasətini dövrün tələblərinə uyğunlaşdırmaq və yaranan mövcud imkanlardan istifadə etmək bacarığının nəticəsidir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti Sevil Mikayılova deyib.

“Hazırkı qlobal iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 4 faiz, qeyri-neft sektoru 6 faizdən çox, o cümlədən qeyri-neft sənayesi isə 7 faizdən çox artıb və hazırkı müsbət dinamikanın növbəti illərdə də davam edəcəyi gözlənilir. Bu isə onu göstərir ki, artıq özünü dünyada etibarlı neft-qaz tədarükçüsü kimi sübut edən Azərbaycan, həmçinin qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atır, yaşıl iqtisadiyyatı inkişaf etdirməklə bu sektorda da etibarlı tərəfdaş olmaq niyyətindədir. Təsadüfi deyil ki, bu gün “ACWA Power”, “Masdar” kimi aparıcı şirkətlər Azərbaycanda mühüm yaşıl enerji layihələri həyata keçirirlər və öz bizneslərini ölkəmizdə daha da genişləndirmək niyyətlərini ifadə edirlər”, - deyə o vurğulayıb.

S.Mikayılova qeyd edib ki, Azərbaycanın qaz ixracı coğrafiyasının da genişlənməsi iqtisadi artım tempini yüksəldən mühüm amildir. “Hazırda Azərbaycan qazı 12 ölkəyə ixrac edilir və gələcəkdə interkonnektorlar vasitəsilə Avropada təbii qaz alıcılarımızın sayının daha da artmasının şahidi olacağıq. Digər tərəfdən, ixrac coğrafiyasının genişlənməsi Avropanın aparıcı neft-qaz şirkətlərinin Azərbaycan bazarına daxil olmasını təmin edir. Bu da, öz növbəsində, Azərbaycanın Avropa bazarında mövqeyinin getdikcə daha da güclənməsini şərtləndirir”- deyə deputat qeyd edib.

Ölkənin maliyyə vəziyyətindən danışan Sevil Mikayılova vurğulayıb ki, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinə böyük vəsaitin sərf olunmasına baxmayaraq, valyuta ehtiyatlarında artım müşahidə olunur. “Hazırda Azərbaycanın valyuta ehtiyatları 72 milyard dollardır ki, bu da il ərzində 5 milyard dollardan çox artım deməkdir. Bu, ehtiyatların düzgün idarə edilməsindəki uğurlu yanaşmanın təsdiqidir. Bundan başqa, əminliklə demək olar ki, xarici borcumuzun azaldılması istiqamətində atılan addımlar dünyanın bir çox inkişaf etmiş ölkələri üçün nümunə ola bilər. Belə ki, hazırda Azərbaycanın xarici borcu ÜDM-in sadəcə 7,2 faizini təşkil edir, valyuta ehtiyatlarımız isə xarici borcumuzdan 14 dəfə çoxdur. Bu, ölkənin maliyyə siyasətinin dayanıqlığını və iqtisadi müstəqilliyin təmin edilməsi istiqamətində aparılan uğurlu islahatların bariz nümunəsidir”, - deyə o bildirib.

Deputanın sözlərinə görə, Azərbaycanın iqtisadi inkişafı bir sektordan asılı deyil, müxtəlif sahələrə əsaslanan, davamlı və balanslaşdırılmış iqtisadi siyasətdir və getdikcə möhkəmlənən iqtisadi müstəqilliyin göstəricisidir: “Bu müstəqillik qeyri-neft sektoru, sənaye, kənd təsərrüfatı və xidmət sahələrinin inkişafı ilə yanaşı, ölkənin enerji təhlükəsizliyinə və diversifikasiyasına yönəlmiş strateji tədbirlərdən irəli gəlir. İqtisadiyyatın yalnız neft-qaz sektoru ilə məhdudlaşmaması, qeyri-neft sektorunun ÜDM-dəki payının getdikcə artması, ixrac coğrafiyasının genişlənməsi və yerli istehsalın gücləndirilməsi Azərbaycanın xarici təsirlərə qarşı dayanıqlılığını artırır. Bu yanaşma iqtisadi göstəricilərdə müşahidə edilən yüksək artım tempini dəstəkləyir və iqtisadiyyatın gələcəkdə də inkişafını təmin edən əsas amillərdən biri olaraq çıxış edir. Nəticədə, Azərbaycanın iqtisadi müstəqilliyi yalnız maliyyə sabitliyinin qorunmasına deyil, həm də iqtisadiyyatın müxtəlif sahələr üzrə diversifikasiyasına, strateji layihələrə yatırılan vəsaitlərə və dayanıqlı inkişaf modelinə əsaslanaraq daha da möhkəmlənir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Yanvar 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see526

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see250

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see241

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see241

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see230

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see224

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see223

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see205

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see201

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see200

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see174

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see173

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see172

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see170

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see157

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri