Icma.az
close
up
RU
Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək ŞƏRH

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi strateji yanaşmalar ölkənin aqrar sektorunun gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm dövlət siyasəti sənədi kimi qiymətləndirilməlidir. Dövlət başçısının çıxışında ərzaq təhlükəsizliyinin təmin olunması, aqrar istehsalda rəqəmsallaşmanın genişləndirilməsi, torpaq ehtiyatlarının elektron idarə edilməsi, süni intellekt və peyk texnologiyalarının tətbiqi, su resurslarından səmərəli istifadə və urbanizasiya proseslərinin düzgün tənzimlənməsi kimi məsələlərin ön plana çıxarılması Azərbaycanın uzunmüddətli iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov səsləndirib.

Deputat bildirib ki, son illər Azərbaycan kənd təsərrüfatının inkişafına yalnız iqtisadi artım amili kimi deyil, milli təhlükəsizlik, sosial sabitlik və regional inkişaf baxımından kompleks yanaşma nümayiş etdirir. Bu yanaşmanın əsas məqsədi daxili istehsal imkanlarını artırmaqla ölkənin ərzaq təminatını daha da gücləndirmək və qlobal çağırışlara qarşı dayanıqlılığı yüksəltməkdir.

Zaur Şükürov qeyd edib ki, dünyada müşahidə olunan geosiyasi dəyişikliklər, beynəlxalq logistika zəncirlərində baş verən pozuntular, iqlim dəyişiklikləri və qlobal ərzaq bazarlarında qeyri-sabitlik kənd təsərrüfatının strateji əhəmiyyətini daha da artırır. Bu şəraitdə kənd təsərrüfatında müasir idarəetmə və innovativ texnologiyaların tətbiqi artıq seçim deyil, zərurətə çevrilib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin müşavirədə xüsusi diqqət çəkdiyi məsələlərdən biri torpaq fondunun daha səmərəli idarə olunması və torpaqların elektron pasportlaşdırılmasıdır. Bu mexanizm torpaq resurslarının istifadəsinə nəzarətin gücləndirilməsi, məhsuldarlığın artırılması və kənd təsərrüfatında planlaşdırmanın daha effektiv qurulması baxımından mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, aqrar sektorda süni intellekt və peyk texnologiyalarının tətbiqi fermerlər üçün yeni imkanlar yaradır. Müasir rəqəmsal sistemlər vasitəsilə torpaqların vəziyyətinin monitorinqi, suvarma proseslərinin optimallaşdırılması, məhsul proqnozlarının hazırlanması və risklərin idarə olunması daha operativ həyata keçirilə biləcək: “İyunun 11-də Milli Məclisdə parlamentin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birgə təşkil etdiyi dinləmələr də dövlət başçısının müəyyən etdiyi strateji prioritetlərin qanunvericilik və institusional müstəvidə dəstəklənməsinə xidmət edir. Dövlət Proqramı çərçivəsində kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi, məhsuldarlığın yüksəldilməsi, emal sənayesinin inkişafı, əlavə dəyər yaradan istehsalın genişləndirilməsi və ixrac imkanlarının artırılması əsas hədəflər kimi müəyyən olunub”.

Zaur Şükürov bildirib ki, kənd yerlərində həyat səviyyəsinin yüksəldilməsi və məşğulluğun artırılması dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. Son illərdə regionlarda yol, su, enerji və sosial infrastruktur layihələrinin həyata keçirilməsi kənd əhalisinin rifahına birbaşa təsir göstərib.

Deputat əlavə edib ki, urbanizasiya proseslərinin düzgün idarə olunması da dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Regionlarda iqtisadi fəallığın artırılması, kənd təsərrüfatı biznesinin inkişafı, kənd turizminin genişləndirilməsi və müasir yaşayış mühitinin yaradılması əhalinin iri şəhərlərə həddindən artıq axınının qarşısının alınmasına töhfə verir.

“Azərbaycanın aqrar sahədə həyata keçirdiyi ardıcıl siyasət göstərir ki, ərzaq təhlükəsizliyi, regional inkişaf, ekoloji balans və sosial rifah bir-birindən ayrılmaz istiqamətlərdir. Prezident İlham Əliyevin müəyyən etdiyi yeni strateji yanaşmalar ölkəmizin kənd təsərrüfatını daha rəqabətqabiliyyətli edəcək, kənd əhalisinin rifahını yüksəldəcək və Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək”, – deyə deputat vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2026 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri