Icma.az
close
up
RU
Uğurlu sənayeləşmə siyasəti Azərbaycanın iqtisadi qüdrətini artırır ŞƏRH

Uğurlu sənayeləşmə siyasəti Azərbaycanın iqtisadi qüdrətini artırır ŞƏRH

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 29 yanvar, AZƏRTAC

Hər bir ölkənin inkişafında iqtisadi amil əsasdır. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması isə dayanıqlı inkişafı şərtləndirən mühüm amildir. Azərbaycanın inkişaf modelinin dünyaya nümunə kimi təqdim edilməsi bütün bu məqamlara aydınlıq gətirir. Özünün zəngin enerji resurslarından səmərəli istifadə etməsi bu gün Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi liderliyini qorumasında özünün aydın ifadəsini tapır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana bundan sonra da möhtəşəm uğurlar qazandıracaq. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin ciddi səyləri nəticəsində imzalanan “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynadı. Azərbaycanın bu gün böyük investisiya cəlbediciliyinə malik ölkə kimi nüfuz qazanmasında bu müqavilənin rolu əvəzsizdir. Heç şübhəsiz, Azərbaycan bu sazişlə bünövrəsi qoyulan əməkdaşlıq əlaqələrinin çoğrafiyasının genişlənməsi ilə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Bütövlükdə enerji diplomatiyamızın uğurları davamlıdır. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması, 2020-ci ilini sonunda Cənub Qaz Dəhlizi layihəsinin tam tərkibdə istifadəyə verilməsi, Azərbaycanın yaşıl enerjiyə keçidlə hazırda dünyanın diqqətində olması bu günümüzə və gələcəyimizə hesablanan inkişaf strategiyasının uğurlarıdır. Dövlətimizin başçısı İlham Əliyev iqtisadiyyatın inkişafında neft-qaz sektorunun rolunu daim önə çəkir və bu çağırışı da edir ki, iqtisadiyyatın şaxələndirilməsi prioritet məsələlərdəndir.

Ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara və yerli resurslara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, habelə regionlarda iqtisadi fəallığın və məşğulluğun daha da artırılması bu gün qarşıda dayanan əsas hədəflərdəndir. Prezident İlham Əliyevin bu günlərdə imzaladığı “Qərb Sənaye Parkının yaradılması haqqında” Fərmanı da bu istiqamətdə atılan addımlar sırasındadır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

O qeyd edib ki, dövlətimizin başçısının iştirakı ilə yanvarın 27-də Sumqayıt Sənaye Parkında sənaye müəssisələrinin təməlqoyma və açılış mərasimlərinin keçirilməsi bu sahənin ölkənin uzunmüddətli iqtisadi inkişaf strategiyasında prioritet istiqamət kimi müəyyənləşdirildiyini bir daha təsdiqlədi. Azərbaycanın müxtəlif regionlarında sənaye parklarının və sənaye məhəllələrinin yaradılması, həmin iqtisadi subyektlərdə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün əlverişli mühitin formalaşdırılması iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi məqsədilə ölkədə reallaşdırılan uğurlu sənayeləşmə siyasətinin nəticəsidir. Sənaye zonaları biznes subyektlərinin innovativliyinin və istehsalın səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan məhsul istehsalının təşviqində, ixrac potensialının genişləndirilməsində, eyni zamanda, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Hazırda ölkədə Sumqayıt, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Hacıqabul, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” daxil olmaqla 8 sənaye parkı fəaliyyət göstərir. Naxçıvan Sənaye Parkının, eləcə də Gəncə şəhəri və Şəmkir rayonu ərazisində yeni Qərb Sənaye Parkının yaradılması istiqamətində işlər görülür. Bütün bunlarla yanaşı, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri də istehsal və sahibkarlıq fəaliyyətinin inkişafına töhfə verir.

Yeni sənaye müəssisələri və qeyri-neft sektorunun inkişafı Azərbaycanın iqtisadi gücünü artırır

V.Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin Sumqayıta səfəri çərçivəsində Sumqayıt Sənaye Parkında “Azermirror” MMC-nin güzgü vərəqələrin istehsalı zavodunun açılışı oldu. Bu statistik rəqəmlər açıqlandı ki, hazırda ölkəmizdə mövcud sənaye zonalarında 104 müəssisə istehsal fəaliyyətinə başlayıb. Sənaye zonalarında indiyədək ümumilikdə 19,4 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 6,1 milyard manatlıq hissəsi ixrac olunub. Hazırda istehsal olunan məhsullar dünyanın 70 ölkəsinə ixrac edilir. Layihələr çərçivəsində 8800-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Faktiki olaraq 6135 nəfər işlə təmin edilib. Səfər zamanı, həmçinin Sumqayıt Sənaye Parkında “Bakı Karton və Qutu Fabriki” MMC-nin karton və qutu taralarının istehsalı müəssisəsinin açılış, “Nun” MMC-nin polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlqoyma mərasimi keçirildi. Göründüyü kimi, yeni sənaye sahələrinin formalaşdırılması, rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilir.

Milli Məclisin deputatı bildirib ki, bu gün bütün regionlarımızın, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin malik olduğu potensialdan səmərəli istifadəni özündə ehtiva edən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” uğurla icra edilir. Ümumilikdə dövlətimizin başçısının ölkəmizin dayanıqlı inkişafının təmin edilməsinə yönələn addımları ardıcıllığı ilə diqqəti cəlb edir. Hər bir sənəd yol xəritəsi olmaqla yanaşı, mövcud imkanların təqdimatıdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının, 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının uğurlu icrası əldə olunan nəticələrdən aydın görünür. Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı kimi dəyərləndirən Prezident İlham Əliyevin regionlara davamlı səfərləri bu sənədlərdən irəli gələn vəzifələrin uğurlu icrasını şərtləndirir.

V.Rəhimzadə vurğulayıb ki, bu gün Azərbaycan yalnız neft-qaz deyil, qeyri-neft sektorunun inkişafı ilə də dünyanın diqqətindədir. İqtisadi inkişaf Azərbaycanın dünyanın müxtəlif ölkələr ilə əməkdaşlıq əlaqələrinin günbəgün möhkəmlənməsini təmin edir. Bu günlərdə 56-cı Davos Dünya İqtisadi Forumunda dövlət başçısı İlham Əliyevin dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlərin say tərkibi bunu bir daha sübut edir.

Deputat qeyd edib ki, bu gün dünyanın diqqətini Azərbaycana yönəldən, dövlətimizin beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirən tarixi sülh sazişi ölkəmizin əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsində əhəmiyyətli rol oynayacaq. Bu gün regionda dayanıqlı sülhün, inkişafın tərəfdarı olan və bunu real addımları ilə təsdiqləyən Azərbaycana beynəlxalq baxış yüksək səviyyədədir. Azərbaycanın iqtisadi, siyasi, diplomatik mərkəz kimi dünyanın diqqətində olması, Prezident İlham Əliyevin qlobal çağırışlarla bağlı Azərbaycanın mövqeyini müxtəlif platformalardan beynəlxalq ictimaiyyətə çatdırması yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə ölkəmizin artan rolunun, söz sahibliyinin nümayişidir. Bugünkü reallıqlarımız Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışının təqdimatıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:45
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Yanvar 2026 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see442

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see279

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see207

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see189

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see187

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see183

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see179

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see179

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see177

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see160

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see158

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see157

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see150

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see148

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see140

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri