Azərbaycanın Ukraynadakı səfirliyinin raket zərbəsinə məruz qalması qəbuledilməzdir
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Prezident İlham Əliyev Azərbaycanın Ukraynadakı səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib.
Redaktor.az xəbər verir ki, Azərbaycan dövlət başçısı bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı bildirib.
Prezident İlham Əliyev bununla əlaqədar ciddi narahatlığını ifadə edib, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən diplomatik nümayəndiliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb.
Qeyd edək ki, 14 noyabr tarixində təqribən gecə saat 01:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən biri Azərbaycan səfirliyinin razisinə düşüb. Bununla bağlı Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Bununla bağlı ona kəskin etiraz bildirilib və müvafiq nota təqdim edilib. Son partlayış nəticəsində Səfirliyin ərazisinin hasarının bir hissəsinin tamamilə dağılıb, konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və Səfirliyin konsulluq şöbəsinin zədələnib, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 14 Noyabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















