Azərbaycanın Ukraynaya humanitar yardımlarının həcmi 40 milyon ABŞ dollarını keçib
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu günə qədər Ukraynaya göndərilmiş yardımların həcmi 40 milyon ABŞ dollarını keçib. İndiyədək 3,4 milyon metrdən çox naqil və kabel, 70 generator, 134 ədəd transformator və komplekt transformator məntəqəsi yola salınıb.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənov deyib.
O qeyd edib ki, avadanlıqlar göndərilərkən qarşı tərəfin istəyi və tələbatı nəzərə alınır: “Prezident İlham Əliyevin 5 fevral 2025-ci il tarixli Sərəncamı ilə Ukraynaya elektrik avadanlıqlarından ibarət humanitar yardımın göstərilməsi məqsədilə 1 milyon ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılıb. Yardımın birinci hissəsi 7 fevral tarixində göndərilib. Humanitar yardım 17 ədəd transformator və 52 min metr naqil və kabellərdən ibarətdir. Bu günə qədər göndərilmiş yardımların həcmi 40 milyon ABŞ dollarını keçib. İndiyədək 3,4 milyon metrdən çox naqil və kabel, 70 generator, 134 ədəd transformator və komplekt transformator məntəqəsi yola salınıb. Ukraynaya göndərdiyimiz elektrik avadanlıqları müharibə nəticəsində zərər dəymiş elektrik enerjisi infrastrukturunun bərpası üçün istifadə olunur. Avadanlıqların göndərilərkən onların istəyi nəzərə alınır. Sərəncam çərçivəsində göndərilən yardımlar bununla yekunlaşır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 12 Fevral 2025 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















