Energetika Nazirliyi: Azərbaycanın Ukraynaya humanitar məqsədli yardımlarının məbləği 40 milyon dolları keçib
Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın Ukraynaya humanitar məqsədli yardımlarının ümumi məbləği 40 milyon dolları keçib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan Ukraynada yaranmış son vəziyyətlə əlaqədar olaraq bir neçə dəfə Ukrayna xalqına humanitar yardım göstərib:
“Ukraynada dağılmış elektrik təchizatının yenidənqurulması və dayanıqlı infrastrukturun yaradılması üçün 120-yə yaxın transformator və komplekt transformator məntəqəsi, 70-ə yaxın generator, 3,3 milyon metrdən çox naqil və kabellər göndərilib”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 5-də imzaladığı sərəncama əsasən, Ukraynaya humanitar yardım məqsədilə bir milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 07 Fevral 2025 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















