Azərbaycanın və Anqolanın XİNləri arasında siyasi məsləhətləşmələr mexanizmi yaradılır Yeni Çağ Media
Yenicag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Noyabrın 12-də Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev və Anqolanın Xarici Əlaqələr Nazirliyinin Dövlət katibi Esmeralda Mendonza arasında görüş keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Yenicag.az-a bildirilib ki, görüşdə iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Azərbaycan Respublikası və Anqola Respublikası arasında siyasi məsləhətləşmələr üzrə mexanizmin yaradılmasının ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlığın əlaqələndirilməsinə və inkişafına xidmət edəcəyi vurğulanıb.
Görüşün sonunda Azərbaycan Xarici İşlər Nazirliyi ilə Anqola Xarici Əlaqələr Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 13 Noyabr 2024 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















