Icma.az
close
up
RU
Azərbaycanın və Ermənistanın 2025ə büdcələri kim nəyi hədəfləyib

Azərbaycanın və Ermənistanın 2025ə büdcələri kim nəyi hədəfləyib

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyata malik olan ölkəsidir; delimitasiya və demarkasiya prosesi normal getsə, gələn ildən hərbi-təhlükəsizlik xərclərinin azalacağını müşahidə edə bilərik

Ermənistan parlamenti “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini təsdiqləyib. Erməni mediası xəbər verir ki, layihə 66 lehinə, 30 əleyhinə olmaqla qəbul olunub.

Rəsmi məlumata görə, 2025-ci ilin dövlət büdcəsi 5,1%-lik iqtisadi artım proqnozuna əsaslanır. Büdcədə gəlirlərin 2 trilyon 837 milyard dram (7 milyard 131 milyon ABŞ dolları), xərclərin isə 3 trilyon 441 milyard dram (8 milyard 649 milyon ABŞ dolları) olacağı nəzərdə tutulub.

Dövlət büdcəsi kəsirinin ÜDM-in 5,5%-ni təşkil edəcəyi qeyd edilir. Hərbi xərclər 20 faiz artırılaraq, təxminən 1.7 milyard dollar həcmində müəyyən edilib.

Gələn il üçün Azərbaycanın büdcəsi isə artıq iki oxunuşdan keçib. Tezliklə üçüncü oxunuşdan da keçməklə təsdiqlənəcək. 2025-də hərbi büdcəmizin Ermənistandan təxminən 3 dəfə çox olacağı gözlənilir.

Qeyd edək ki, dekabrın 5-də İlham Əliyev Bakıda keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təşviqi” II beynəlxalq konfransının iştirakçılarına müraciətində Ermənistanın sülhə meylli olmamasından narahatlığını ifadə edib. “Dərin kök salmış düşmənçilik, Ermənistan Konstitusiyasında əks olunmuş ərazi iddiaları və davam edən hərbiləşmə davamlı sülh perspektivlərinə mane olur,” - dövlət başçısı vurğulayıb.

Yəni əslində kapitulyant ölkə sülhdən çox müharibə hazırlığı içindədir...

Vüqar Bayramov

Milli Məclisin deputatı Vüqar Bayramov “Yeni Müsavat”a şərhində Ermənistanın büdcəsi və iqtisadi artımla bağlı bir neçə məqama diqqət çəkdi: “Ermənistanın büdcəsində xarici borclanmanın, eyni zamanda ianə və qrantların payında artımlar var. Praktiki olaraq, Ermənistanın xarici borcunun ÜDM-dəki payı 60 faizə yaxınlaşır. Bu, Müstəqil Dövlətlər Birliyində (MDB) ən kritik göstəricilərdən hesab olunur. Digər məqamlardan biri iqtisaddiyyatdakı artımın daha çox reeksport və sanksiyalardan yayınma üzərində qurulmasıdır. Bu da qısamüddətli artıma gətirib çıxarır. Nəzərə alsaq ki, Ermənistanın reeksportu Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra kəskin artsa da, bu iqtisadiyyatın strukturuna və həcminə təsir göstərsə də, təsirləri qısamüddətlidir. Reeksport və sanksiyalardan yayınma olmasa idi, Qərb də buna göz yummasa idi, Ermənistanda fərqli iqtisadi artım göstəriciləri müşahidə oluna bilərdi”.

Ermənistan və Azərbaycan büdcələrini müqayisə edən V.Bayramov qeyd etdi ki, Azərbaycan 2025-ci ildə 16,9 milyard manatlıq sosial xərcləri Ermənistanın ümumi büdcəsindən 67 faiz çoxdur: “Bu, ölkələrin fiskal gəlirləri və fiskal xərclərini müqayisə etmək imkanı qazandırır. Göründüyü kimi, büdcələr müqayisəolunmazdır, sosial xərclər tamamilə fərqlidir. O ki qaldı hərbi xərclərin artırılmasına, Ermənistan silahlanmağa üstünlük verir. Eyni zamanda bir sıra ölkələr Ermənistanı xüsusilə son iki ildə ciddi şəkildə silahlandırırlar. Bu da Azərbaycan üçün milli təhlükəsizlik və müdafiə qabiliyyətinin gücləndirilməsini daha da prioritetləşdirib. Yəni, sosial və digər prioritet ayırmalar nöqteyi-nəzərindən büdcələrin həcmi fərqlidir. Bu da nəticə etibarilə ondan xəbər verir ki, Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyatına və fiskal gəlirlərinə malik olan ölkəsidir”.

Natiq Cəfərl

Respublikaçı Alternativ Partiyasının (ReAL) partiyasının sədri Natiq Cəfərli isə “Yeni Müsavat”a mövzunu belə şərh etdi: “Əlbəttə ki, Azərbaycanla Ermənistanın hərbi xərcləri müqayisəolunmaz dərəcədədir. Azərbaycanın təhlükəsizlik xərcləri Ermənistanınkından dəfələrlə çoxdur. Ermənistanın hərbi xərclərinin artmasının digər səbəbi yeni bir situasiyanın yaranmasıdır. Ermənistan-Azərbaycan arasında delimitasiya və demarkasiya olunmamış yeni sərhəd zolağı yaranıb. Sözügedən sərhəd zolağında onlar yeni kommunikasiyalar qurmalıdırlar. Sərhədləri ya ruslar qoruyurdu, ya da müharibədən öncə işğal altında olduğu üçün sərhədi qorumaq ehtiyacı yox idi. Artan hərbi xərclər sərhəd zolağında qoruyucu kommunikasiya işlərinin görülməsinə sərf olunacaq. Bu, Ermənistan üçün hərbi üstünlük demək deyil. Bu mümkün də deyil. Azərbaycanın büdcəsi, maliyyəsi, ordu arsenalı, hərbi qüvvəsi və hazırlığı Ermənistandan qat-qat üstündür. Sülh müqaviləsinin imzalanmasına doğru irəliləyişlər var, əgər delimitasiya və demarkasiya prosesi normal getsə, gələn ildən hər iki ölkədə hərbi-təhlükəsizlik xərclərinin azalacağını müşahidə edə bilərik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Dekabr 2024 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see696

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see537

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see486

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see355

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see338

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see289

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see275

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see269

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see256

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see233

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see229

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see228

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see228

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see215

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see215

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see209

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see192

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see188

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see186

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri