Icma.az
close
up
RU
Azərbaycanın veteran hakimi: “Referilərin səhvləri cəzasız qalmamalıdır”

Azərbaycanın veteran hakimi: “Referilərin səhvləri cəzasız qalmamalıdır”

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Hakim səhvləri cəzasız qalmamalı, rəqabət mühiti yaradılmalıdır”.

Bu sözləri ümumittifaq dərəcəli referi Rüstəm Rəhimov Azərbaycanda hakimliyin mövcud vəziyyəti barədə danışarkən deyib.

AFFA Veteranlar İttifaqının sədr müavini bildirib ki, hakim səhvləri yalnız Azərbaycanda deyil, digər ölkələrin çempionatlarında da müşahidə olunur.

“İtaliyada, İspaniyada və digər ölkələrdə də hakim səhvləri olur. Azərbaycan futbolunda hakimliyin ideal vəziyyətdə olduğunu demək düzgün olmaz. Hakimlər hər zaman səhvlər ediblər və bu, futbolda təbii haldır”, - deyə o, AZƏRTAC-a açıqlamasında söyləyib.

R.Rəhimov VAR sisteminin tətbiqindən sonra bəzi hallarda anlaşılmaz qərarların ortaya çıxdığını qeyd edib: “Bəzən VAR kömək edir, bəzən isə gözlənilən effekti vermir. Belə olan halda bütün məsuliyyəti baş hakimin üzərinə atmaq doğru deyil. Bu sistem üzərində daha çox işlənməlidir ki, səhvlərin sayı azalsın”.

Veteran referi AFFA Hakimlər Komitəsinin fəaliyyətinə də toxunub: “Hazırda komitəyə Rəhim Həsənov rəhbərlik edir. O, peşəkar və işini yaxşı bilən mütəxəssisdir. Ona şərait yaradılmalıdır ki, fəaliyyətini davam etdirsin. Ümumilikdə, Hakimlər Komitəsi hazırda səylə çalışır. Ölkədə gənc və perspektivli hakimlər yetişir. Tural Qurbanovun briqadasına UEFA tərəfindən beynəlxalq təyinat verilməsi bunun göstəricisidir. Bu cür hakimlərə daha çox şans verilməli, onlar dəstəklənməlidir”.

O, hakim səhvlərinin gizlədilməməsinin önəmindən danışıb: “Səhvlər açıq şəkildə müzakirə olunmalıdır. Rəqabət mühiti yaradılmalıdır ki, hakimlər inkişaf etsinlər. Əgər səhvlər cəzasız qalarsa, bu, məsuliyyət hissini azaldır. Hakimlər bilməlidir ki, səhv edəcəkləri təqdirdə onları əvəz edə biləcək digər namizədlər var. Hazırda ölkədə yüksəksəviyyəli hakimlərdən biri də Əliyar Ağayevdir və bu da ümumi rəqabət mühitinə müsbət təsir göstərir. Ölkə çempionatlarında oyunların sayı çoxdur və onları idarə etmək üçün daha çox peşəkar hakimlərə ehtiyac var. Buna görə həm rəqabət artırılmalı, həm də yeni hakimlər yetişdirilməlidir”.

R.Rəhimov, həmçinin hakimliklə bağlı səslənən şübhəli məqamların diqqətlə araşdırılmasının vacibliyini vurğulayıb: “Bəzən klub rəhbərləri tərəfindən müxtəlif iddialar səsləndirilir və bu, müəyyən şübhələr yaradır. Lakin konkret faktlar olmadan nəsə demək düzgün deyil. Bu cür məsələlər mütləq şəkildə araşdırılmalı, təhlil edilməli və nəticədə düzgün qərarlar verilməlidir”.

Xatırladaq ki, AFFA tərəfindən FIFA referisi Əliyar Ağayevin Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilən "Turan Tovuz" - "Zirə" (0:2) matçında iki epizodda səhv qərar verdiyi təsdiqlənib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 06 Aprel 2026 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see668

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see559

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see317

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see314

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see286

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see283

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see271

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see271

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see248

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see244

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see240

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see239

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see238

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see237

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see232

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see232

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see227

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see211

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri