Icma.az
close
up
RU
Ermənilərin soyqırımı cinayəti cəzasız qalmamalıdır

Ermənilərin soyqırımı cinayəti cəzasız qalmamalıdır

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Fevralın 26-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunan “Xocalının dünyaya çatan harayı” mövzusunda elmi sessiya keçirilib.

Mərasimi giriş sözü ilə açan muzeyin direktoru, akademik Rafael Hüseynov 1992-ci ilin fevralında baş vermiş Xocalı faciəsinin miqyasından, dəhşətli nəticələrindən, siyasi və hüquqi mahiyyətindən danışıb. Bildirib ki, Xocalı faciəsi ermənilərin xəstə təfəkkürdən doğan niyyətlərinə çatmaq üçün Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı səhifəsi, qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində baş vermiş bir vəhşilik aktıdır. Xocalı qətliamı dünya tarixində dinc əhalinin qətli kimi dərin iz qoymuş soyqırımı hadisələrinin ən sonuncusudur.

Muzeyin direktoru Xocalının qabaqcadan hazırlanmış plana əsasən işğal olunduğunu söyləyib. Rafael Hüseynov qeyd edib ki, 1991-ci ilin noyabrında artıq şəhərə gedən bütün yollar ermənilər tərəfindən nəzarətə götürülmüş, ətrafla əlaqə kəsilmiş, insanlar çətin vəziyyətdə qalmışdı. Xocalılardan bəziləri şəhəri tərk etsə də, təxminən 2500 insan öz doğma evlərində qalmışdı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn bütün normalarını pozaraq, mühasirədə olan Xocalı şəhərinin dinc sakinlərinə qarşı ağır hərbi texnikadan istifadə edərək, görünməmiş qəddarlıqla soyqırımı həyata keçirmişdir.

Uzun illərdir Azərbaycan dövlətinin Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş apardığını deyən məruzəçi bildirib ki, bütün dünyanın gözü qarşısında baş vermiş bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib və 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunub. O, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılmasının Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətdə hər zaman mühüm yer tutduğunu vurğulayıb, artıq dünyanın 18 parlamentinin Xocalı faciəsini soyqırımı hadisəsi kimi tanıdığını söyləyib.

Rafael Hüseynov, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətindən danışıb. Qeyd edib ki, Xocalı faciəsi barədə dünya ictimaiyyətinə dolğun və geniş məlumatlar verilməsində beynəlxalq kampaniyanın fəaliyyəti yüksək qiymətə layiqdir.

O, 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, güclü ordumuzun rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində tarixi ədalətin bərqərar olduğunu, 2023-cü ilin sentyabrında birgünlük antiterror tədbirləri nəticəsində isə ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa olunduğunu bildirib. Məruzəçi hazırda Xocalıda yeni həyatın başlandığını, genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını, Böyük Qayıdışa dair Dövlət Proqramının uğurla həyata keçirildiyini qeyd edib.

25 fevral 2025-ci il tarixində ölkə Prezidenti İlham Əliyevin “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” sərəncam imzaladığını vurğulayan akademik Bakıda soyqırımlarımızın tarixini əks etdirən muzeyin yaradılmasının da zəruri olduğunu bildirib. O, soyqırımı muzeylərinin Azərbaycan xalqının gələcək nəsilləri üçün qan yaddaşının qorunmasına və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşməsinə xidmət edən mükəmməl tarixi abidə oduğunu söyləyib.

Natiq sonda Xocalı faciəsini dünyada daha yaxşı tanıdılması üçün yeni bədii əsərlərin yazılmasına, filmlərin çəkilməsinə diqqət yetirməyin vacibliyini vurğuladı.

Mərasim muzeyin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Nuranə Əsədullayevanın “Xocalı faciəsinin ədəbiyyat və mədəniyyətdə əksi”, mədəni irs və mənbəşünaslıq şöbəsinin laborantı Zenfira Əliyevanın “Xocalı faciəsi Azərbaycan bəstəkarlarının əsərlərində” məruzələri və muzeyin Xurşidbanu Natəvan adına Qarabağ filialının elmi işçisi Rəhman Baxşəliyevin çıxışları ilə davam edib.

Qabil YUSİFOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Fevral 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri