Icma.az
close
up
RU
Azərbaycanın Xalq artisti Dinara Əliyeva Bolşoy Teatrında konsert verib

Azərbaycanın Xalq artisti Dinara Əliyeva Bolşoy Teatrında konsert verib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Moskva, 18 dekabr, AZƏRTAC

Opera müğənnisi, Azərbaycanın Xalq artisti, Bolşoy Teatrının solisti Dinara Əliyeva Bolşoy Teatrının yeni səhnəsində konsert verib. Konsert onun doğum gününə təsadüf edib.

AZƏRTAC xəbər verir ki, “Vivere l'arte” adlı konsert müğənninin karyerasında əlamətdar bir hadisə olub və dünya opera klassiklərinin əsərlərini birləşdirib. Tədbirin proqramına müğənninin peşəkar karyerasının əsas mərhələlərini və bədii prioritetlərini əks etdirən opera ariyaları və vokal əsərləri daxil edilib. Dinara Əliyevanın ifasında Cüzeppe Verdi, Cakomo Puççini, Pyetro Maskaninin operalarından ariyalar və vokal əsərləri, eləcə də rus və dünya klassiklərindən əsərləri səsləndirilib.

Jurnalistlərə verdiyi müsahibədə Dinara Əliyeva bildirib ki, Bakıda oxşar genişmiqyaslı konsert keçirməyi xəyal edir. “Artıq on beş ildir ki, Bolşoy Teatrında işləyirəm. Bu, mənim doğum günümə, eləcə də Bolşoy Teatrının 250 illik yubiley mövsümünə təsadüf edib. “Arzum belə böyük bir konserti Bakıya gətirməkdir. Çox ümid edirəm ki, Rusiya Mədəniyyət Nazirliyi və Azərbaycan Mədəniyyət Nazirliyi mənə vətənimdə belə bir tədbir keçirməyimdə kömək edəcəklər", - deyə müğənni bildirib.

Dinara Əliyeva özünün bədii özünəməxsusluğundan danışarkən vurğulayıb ki, bir azərbaycanlı olaraq Rusiyanı özünün ikinci vətəni hesab edir. “Uzun illərdir ki Rusiyanı bir çox ölkələrdə təmsil edirəm. Biz Azərbaycan müğənniləri iki belə miqyaslı dövlətin mədəniyyətlərini birləşdirən sənətimizin səfirləriyik”, - deyə o qeyd edib.

Konsertlə bağlı şərh verən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu vurğulayıb ki, Dinara Əliyevanın yaradıcılığı milli vokal məktəbi ilə dünya opera ənənəsinin üzvi birləşməsinin nümunəsidir: “Şadam ki, Azərbaycan vokal sənəti Moskvada bu qədər yüksək səviyyədə təmsil olunur. Dinara Əliyeva və Elçin Əzizov solistlərdir və Bolşoy Teatrın səhnəsində çıxış edirlər və bu, xüsusi qürur doğurur. Bu ənənə ötən əsrin əvvəllərində Moskvada keçirilən Azərbaycan İncəsənəti Onilliyi zamanı, Bülbüloğlunun Bolşoy Teatrının səhnəsində Koroğlu rolunu canlandırdığı zaman yaranıb”.

P.Bülbüloğlu vurğulayıb ki, Dinara Əliyeva müasir opera səhnəsinin ən görkəmli solistlərindən biridir: “Sevindirici haldır ki, Azərbaycan vokal məktəbi dünyanın ən nüfuzlu teatrlarından biri olan Bolşoy Teatrının səhnəsində təmsil olunur”.

Sonda o qeyd edib ki, bu cür konsertlər xalqlar arasında mədəni dialoqun möhkəmləndirilməsi üçün vacibdir və Azərbaycan musiqi məktəbinin yüksək beynəlxalq nüfuzunu təsdiqləyir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

-1 / 5

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see300

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see239

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see181

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see169

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri