Azərbaycanın xalq nağılları “Masal Masal Türkiyə” mobil tətbiqinə daxil ediləcək
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Ankara, 4 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türkiyənin Atatürk Mədəniyyət Mərkəzi arasında əməkdaşlıq çərçivəsində Türk dünyasının ortaq dəyəri olan nağıllarımızın təbliği layihəsinin həyata keçirilməsinə başlanılıb.
Azərbaycan Mədəniyyət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, Atatürk Mədəniyyət Mərkəzinin Türkiyədə mobil telefonlar üçün hazırladığı “Masal Masal Türkiyə” adlı Türk nağılları mobil tətbiqi nağılların audio səsləndirilməsi və onlara aid çəkilmiş cizgi filmlərinin nümayişi layihəsinə Azərbaycan nağıllarının da daxil edilməsi və bu istiqamətdə birgə layihənin həyata keçirilməsi razılaşdırılıb.
Qeyd edək ki, “Masal Masal Türkiyə” adlı Türk nağılları mobil tətbiqinin “Türk dünyası: Azərbaycan bölümü” hazırlanarkən Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyə türkcəsinə çevrilmiş və nəşr edilmiş “Azərbaycan masalları” adlı xalq nağıllarımızdan ibarət kitab əsas götürüləcək.
Bundan başqa, Atatürk Mədəniyyət Mərkəzinin davam edən layihəsi olan uşaq və yeniyetmələr üçün “Türk masalları” adlı onlayn portalda “Türk dünyası nağılları” adlı bölüm yaratmaq və Azərbaycan bölümünə xalq nağıllarımızın mətninin, habelə audio versiyasının əlavə edilməsi razılaşdırılıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 04 Fevral 2025 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















