Icma.az
close
up
RU
Azərbaycanın xarici dövlət borcu: Hara və nə zaman qaytarılmalıdır?

Azərbaycanın xarici dövlət borcu: Hara və nə zaman qaytarılmalıdır?

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

1 yanvar 2025-ci il tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 27 mlrd. 380,2 mln. manat təşkil edib.
Demokrat.az
xəbər verir ki, Valyuta.Az-ın Maliyyə Nazirliyindən əldə etdiyi məlumatlara əsasən, ümumi dövlət borcunun 8 mlrd. 720,5 mln. manatı (5 mlrd. 129,7 mln. ABŞ dolları) xarici dövlət borcunun, 18 mlrd. 659,7 mln. manatı daxili dövlət borcunun payına düşüb.
Xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olub: 
* ABŞ dolları – 86,1 % 
* Avro – 5,8 %
* XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,4 %
* Yapon yeni – 3,1 %, 
* Digər valyutalar – 1,6 %
8 mlrd. 720,5 mln. manatlıq xarici dövlət borcunun kreditorlar üzrə bölgüsü aşağıdakı kimidir:
* Asiya İnkişaf Bankı - 1 mlrd. 801,4 mln. dolları və ya 3 mlrd. 62,4 mln. manatı 
* Avrobond üzrə investorlar  - 1 mlrd. 387,3 mln. dollar və ya 2 mlrd. 358,4 mln. manat
* Dünya Bankı - 811,8 mln. dollar və ya 1 mlrd. 380,1 mln. manat
* İslam İnkişaf Bankı - 256,1 mln. dollar və ya 435,4 mln. manat
* Avropa Yenidənqurma və İnkişaf Bankı - 249,3 mln. dollar və ya 423,8 mln. manat
* Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi - 157,1 mln. dollar və ya 267,1 mln. manat
* Asiya İnfrastruktur və İnvestisiya Bankı - 92,9 mln. dollar və ya 157,9 mln. manat
* Digər kreditorlar - 373,8 mln. dollar və ya 635,4 mln. manat.
Bundan savayı ölkənin valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı) 71,0 mlrd. ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 14 dəfə üstələyib. 
Məlumata əsasən, xarici dövlət borcunun 49 %-i 5 ilə qədər olan müddətdə, 44,9 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 6,1 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Mart 2025 23:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see717

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see557

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see554

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see320

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see314

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see308

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see273

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see269

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see263

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see262

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see262

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see261

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see260

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see257

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see235

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see215

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see210

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see206

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri