Icma.az
close
up
RU
Azərbaycanın xarici siyasəti 2025 ci ildə

Azərbaycanın xarici siyasəti 2025 ci ildə

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

2025-ci il başa çatmaq üzrədir. Bu il ərzində Azərbaycan xarici siyasətində mühüm nailiyyətlər əldə etdi. Ölkəmiz bir sıra regionlarla, dövlətlərlə münasibətlərini daha da inkişaf etdirdi, möhkəmləndirdi, beynəlxalq platformalarda daha güclü mövqeyə sahib oldu. Mərkəzi Asiya, Yaxın Şərq regionları Azərbaycanın xarici siyasət xəttində mühüm yer tutmağa başladı. Amma təbii ki, ilin ən vacib, hətta tarixi hadisəsi 8 avqust Vaşinqton sammiti oldu. Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidentinin vasitəçiliyi ilə baş tutan görüşü Cənubi Qafqazda sülhün, təhlükəsizliyin əsasını qoymuş oldu. Düzdür, Vaşinqton sammitinə qədər məhz Azərbaycanın təşəbbüsü, səyləri ilə sülh istiqamətində bir sıra vacib addımlar atılmışdı, sülh sazişi layihəsinin bəndləri tam olaraq razılaşdırılmışdır. Amma Ermənistan tərəfinin prosesi ləngitməsi, Azərbaycanın son şərtlərinin yerinə yetirilməsində konkret davranmaması münaqişənin hərtərəfli həllinə, münasibətlərin normallaşmasına və davamlı sülhə nail olmağa imkan vermirdi.

8 avqust sammiti isə qalan bütün məsələlərin razılaşdırılması ilə nəticələndi. Tərəflərin Trampın şahidliyi ilə Birgə Bəyannamə imzalamaları Cənubi Qafqazda münaqişəyə birdəfəlik son qoydu. Həmçinin ATƏT-in Minsk qrupunun buraxılması öz həllini tapdı. Zəngəzur dəhlizi - TRİPP layihəsinin həyata keçirilməsi ilə bağlı razılaşma əldə olundu.

Vaşinqton görüşü Azərbaycan-ABŞ münasibətlərində də yeni bir mərhələnin başlanğıcını qoydu. Belə ki, Tramp 907-ci düzəlişi aradan qaldırdı. 2023-cü ilin sentyabrında Qarabağdakı separatçı rejimin süqutundan sonra Bayden administrasiyasının Bakı ilə əvvəlki münasibətlərin davam etməyəcəyini bəyan etməsi və "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişi çərçivəsində Azərbaycana qarşı sanksiyaları bərpa etməsi münasibətlərdə böhranlı vəziyyət yaratdı, Vaşinqton ölkəmizə qarşı qərəzli münasibəti ilə sülh prosesində rol almaq imkanını da faktiki olaraq itirmiş oldu.

Vaşinqtonda Azərbaycan və ABŞ arasında əldə edilmiş mühüm nailiyyətlərdən biri də Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması ilə bağlı oldu. Artıq bu istiqamətdə işə başlanılıb. Strateji tərəfdaşlıq formatı bir çox vacib sahələri - qarşılıqlı sərmayə, ticarət, enerji, bağlılıq, tranzit, süni intellekt, müdafiə sahəsində kontraktlar, terrorizmlə mübarizə və s. əhatə edir.

Bundan əlavə, Azərbaycanla Mərkəzi Asiya arasındakı münasibətlər keyfiyyətcə yeni mərhələyə qoydu. Ölkəmiz cari ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə bu platformaya tamhüquqlu əsasda qoşuldu. Prezident İlham Əliyev Məşvərət Görüşündə çıxışı zamanı bildirdi ki, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır, ölkələrimizi çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir: "Biz bu əlaqələri nəinki qoruyub saxlamışıq, həm də onlara strateji tərəfdaşlıq xarakterinə malik olan yeni dinamika bəxş etmişik... Bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici bənd və körpüdür. Orta Dəhlizin inkişafı ölkələrimiz üçün strateji əhəmiyyət kəsb edir. Nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması üzrə birgə səylər yükdaşımaların həcminin artırılması, iqtisadi dayanıqlılığın gücləndirilməsi və beynəlxalq bazarlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar açır".

Göründüyü kimi, Azərbaycan geniş regionda mühüm bir aktora, sülhün, təhlükəsizliyin qarantına çevrilib.

Milli Məclisin deputatı Rasim Musabəyov "525"ə şərhində 2025-ci ili qiymətləndirib, həmçinin növbəti il üçün əsas gözləntilərini açıqlayıb. Onun sözlərinə görə, 8 avqustda Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin görüşü, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Birgə Bəyannamənin imzalanması, sülh sazişi mətninin paraflanması cari ildə ölkəmizin əldə etdiyi əsas nailiyyətlərdir: "Bunun nəticəsində ATƏT-in Minsk qrupu da ləğv edildi, faktiki olaraq sülh müqaviləsinin imzalanması istisna olmaqla təminatlı şəkildə Azərbaycan-Ermənistan münaqişəsinə son qoyuldu. Dövlətlər müəyyən balans yaratmalıdırlar ki, təhlükəsizlikləri möhkəm olsun, heç bir dövlətdən asılı vəziyyətə düşməsinlər, ən yaxın ölkə ilə belə münasibətlər bərabər şəkildə saxlanılsın. Hesab edirəm ki, bunu Azərbaycan çox uğurlu şəkildə həyata keçirir. Türkiyə ilə Azərbaycan müttəfiq dövlətlərdir və biz müttəfiqliyimizi möhkəmləndiririk. Çin ilə hərtərəfli strateji tərəfdaşlıq bəyannaməsi imzalanıb, həyata keçirilir. ABŞ-la strateji əməkdaşlığa dair layihə üzrə iş gedir. Cənab Prezident ABŞ-la münasibətləri kifayət qədər yüksək səviyyəyə qaldırıb. Tramp iştirak etdiyi və Azərbaycan Prezidentinin də olduğu bütün tədbirlərdə hər zaman ona istinad edir, ölkəmizin uğurlarından danışır, Prezidentin liderliyini dilə gətirir. Bu, əslində Azərbaycanın dövlət kimi mövqelərini xeyli möhkəmləndirir".

R.Musabəyov əlavə edib ki, Azərbaycan Pakistanla, Yaxın Şərqdə İsraillə, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı ilə münasibətlərini möhkəmləndirib: "İranla gərginlik aşağı salınıb, bunun nəticəsində də mövqelərimiz güclənir. Bunlar hamısı Azərbaycanın böyük diplomatik uğurlarıdır. Ona görə ki, biz bu dövlətlərlə nə müharibə apamışıq, nə onları nəyəsə məcbur etmişik. Bunlar düzgün qurulmuş beynəlxalq münasibətlərin, diplomatiyanın nəticəsidir. Bütün bunlar çox vacibdir. O balansı ki, Azərbaycan yaradıb, Mərkəzi Asiya dövlətləri anlayırlar ki, Azərbaycansız onların dünyaya çıxışı çox məhdud olacaq. Azərbaycan Mərkəzi Asiya platforması beşliyinə altıncı tamhüquqlu üzv olaraq daxil oldu. Bunlar hamısı ölkəmizin artan əhəmiyyətini göstərir".

Azərbaycanın beynəlxalq miqyasda aktor kimi mövqeyinə və roluna gəlincə, R.Musabəyov deyib ki, ölkəmizin qarşısında qlobal arenada iddialar dayanmır: "Bizim dövlətimizin belə bir iddialarla çıxış etməyə və öz resurslarını lazım olmayan istiqamətə sərf etmək kimi məqsədi yoxdur. Əksinə olaraq, Azərbaycan düzgün nöqtələrə öz imkanlarını yönəltdiyi halda bir dövlət kimi hörmət qazanır, bizimlə hesablaşırlar. Bir müddət əvvəl Misirdə Qəzza ilə bağlı Yaxın Şərq sülh konfransı keçirildi. Ora ABŞ Prezidenti tərəfindən dəvət alan liderlərin sayı elə də çox deyildi. Azərbaycan lideri həmin konfransa dəvət aldı. Çünki anlayırlar ki, Azərbaycan töhfə vermək imkanındadır. Bizim qloballıq iddiamız yoxdur, amma ətrafımızda Rusiyanın Azərbaycanla hesablaşması, Mərkəzi Asiya ölkələri ilə müttəfiqliyin qurulması, İranı Azərbaycanla hesablaşmağa sövq etmək və s. bunlar hamısı nəticədir. Təbii ki, Azərbaycan üçün birinci növbədə lazımdır ki, təhlükəsizliyimiz təmin olunsun. Bizimlə qonşu olan dövlətlər bu gün dünyada söz sahibi olan dövlətlərdir. Çin, ABŞ, Rusiya, Avropa İttifaqı Azərbaycanla bizim maraqlarımız ətrafında hesablaşırlar. İndi kim qlobal siyasəti necə qurur, bu, onun öz işidir, bizim ona imkanlarımızı sərf etməyə dəyməz. Ancaq təsirlərimiz təbii ki, genişdir, baxmayaraq ki, Qoşulmama Hərəkatında sədrliyi təhvil vermişik, lakin orda sözümüz də, liderliyimiz də mövcuddur. Bu da müəyyən təsirləri saxlamaq imkanları verir".

Növbəti ildə Azərbaycanın hədəf və məqsədlərinin nədən ibarət olacağına gəlincə, deputat deyib ki, bunlar dəyişməyərək, eyni qalacaq. Ona görə ki, Azərbaycanın hədəfləri uydurulmayıb, ölkəmizin geosiyasi durumundan irəli gəlir: "Yəni biz qarşımızda mücərrəd hansısa hədəflər qoymuruq. Konkret Azərbaycanın təhlükəsizliyini möhkəmləndirən və iqtisadi inkişafımıza, mədəni əlaqələrimizə xidmət edən hədəflər var. Həmin hədəflər qalır və onlar rasionaldırlar, yəni Azərbaycanın milli maraqlarına cavab verirlər, buna görə də davam edəcək. Sadəcə olaraq prioritetlərin sıralanmasında dəyişiklik ola bilər. Hesab edirəm ki, bu gün Azərbaycan öz siyasətində daha çox Mərkəzi Asiya və Yaxın Şərqi önə çəkir. Ona görə ki, uzun müddət Azərbaycanın siyasəti daha çox Cənubi Qafqazda cəmləşmişdi. Müəyyən mənada Rusiya ilə münasibətlər və Avropayönümlü idi. İndi isə Azərbaycan Mərkəzi Asiyaya üstünlük verir. Cənab Prezidentin son səfərlərinə diqqət yetirəndə böyük hissəsi həm Yaxın Şərqə, həm də Mərkəzi Asiya dövlətlərinə həyata keçirilib. Türkiyə təbii, ənənəvi olaraq müttəfiqimizdir. Prezident bəyan etdi ki, biz özümüzə başqa ailə axtarmırıq, bizim ailəmiz Türk ailəsidir. Azərbaycan bu ailənin möhkəmlənməsində düşünürəm ki, öz fəaliyyətini davam etdirəcək və daha da gücləndirəcək".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Dekabr 2025 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see287

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see267

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see248

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see248

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see239

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see238

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see224

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see219

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see207

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see202

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see201

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see196

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see196

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see191

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see191

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see185

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see182

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see180

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see169

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri