2025 ci il Azərbaycanın xarici siyasəti baxımından fəallıqla yadda qaldı
Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
“2025-ci il Azərbaycan Respublikasının xarici siyasəti baxımından fəallıq, praqmatizm və strateji balansın qorunması ilə yadda qalan bir il kimi xarakterizə oluna bilər. Ölkə bu dövrdə həm regional, həm də beynəlxalq müstəvidə milli maraqlara əsaslanan, müstəqil və çoxvektorlu xarici siyasət kursunu ardıcıl şəkildə davam etdirmişdir”.
Bunları Newscenter.az-a AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov deyib. O bildirib ki, ilin əsas diplomatik istiqamətlərindən biri Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması və dayanıqlı sülhün təmin olunması prosesi olmuşdur:
“2025-ci il ərzində aparılan birbaşa danışıqlar və beynəlxalq platformalarda keçirilən görüşlər sülh gündəliyinin irəliləməsinə töhfə vermişdir. Bu proses Azərbaycanın postmünaqişə dövründə regional sabitliyin əsas təşəbbüskarı kimi çıxış etdiyini bir daha nümayiş etdirmiş, ölkənin konstruktiv və məsuliyyətli aktor imicini gücləndirmişdir. Eyni zamanda, uzun illər aktual olmuş bəzi köhnəlmiş beynəlxalq vasitəçilik mexanizmlərinin gündəmdən çıxarılması istiqamətində mövqenin irəli sürülməsi Azərbaycanın yeni regional reallıqlara əsaslanan diplomatik yanaşmasını əks etdirmişdir”.
Rəşad Bayramov qeyd edib ki, beynəlxalq müstəvidə Azərbaycan Qərb və Şərq ölkələri ilə balanslı münasibətlər siyasətini qorumuş, ABŞ, Avropa İttifaqı, Türkiyə, İslam dünyası və Asiya ölkələri ilə əməkdaşlığı paralel şəkildə inkişaf etdirmişdir.
Süleyman
Bu mövzuda digər xəbərlər:“Azərbaycanın xarici siyasəti əlamətdar vektorlarla yadda qaldı”
24 Dekabr 2024 12:57
Azərbaycanın balanslaşdırılmış xarici siyasəti
06 May 2025 11:09
2025 ci il ölkəmiz üçün məhsuldar il olaraq yadda qaldı
15 Dekabr 2025 11:30
Azərbaycanın 2025 ci il üçün “İdman səfirləri” bəlli olub
18 Mart 2025 19:56
Azərbaycanın xarici siyasəti yeni mərhələyə keçməlidir
09 Yanvar 2025 13:21
Baxış sayı:69
Bu xəbər 15 Dekabr 2025 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















