Icma.az
close
up
RU
Menu

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

Benzema “Arsenal”a məsləhət bilinib

Azərbaycanın 2025 ci ildə fərqlənən SƏFİRLƏRİ

Azərbaycanın 2025 ci ildə fərqlənən SƏFİRLƏRİ

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Səfirlər dövlətin xaricdəki əsas təmsilçiləridirlər. Onlar yalnız rəsmi münasibətlərin qorunması ilə kifayətlənmir, eyni zamanda ölkənin milli maraqlarının müdafiəsi, siyasi mövqelərinin izahı və beynəlxalq imicinin formalaşdırılmasında mühüm rol oynayırlar. Səfirlər dövlət başçısının və hökumətin müəyyən etdiyi xarici siyasət kursunu beynəlxalq platformalarda həyata keçirən şəxslərdir.

Onlar eyni zamanda, siyasi dialoqun qurulması, böhran və gərginliklərin yumşaldılması, iqtisadi və ticarət əlaqələrinin inkişafı, enerji, təhlükəsizlik və nəqliyyat kimi strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm funksiyalar yerinə yetirirlər. Bu diplomatlar fəaliyyət göstərdikləri ölkələrin siyasi dairələri, parlamentləri, analitik mərkəzləri, media və ictimaiyyətilə davamlı ünsiyyət quraraq ölkələrinin mövqelərini düzgün və effektiv şəkildə çatdırmağa çalışmalıdırlar.

Müasir dövrdə səfirlərin rolu klassik diplomatiya çərçivəsindən kənara çıxaraq ictimai, mədəni və informasiya diplomatiyasını da əhatə edir. Dezinformasiya və informasiya müharibələrinin artdığı bir şəraitdə səfirlər ölkələrinin həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq kimi mühüm vəzifə daşıyıralr. Bu baxımdan, peşəkar, çevik düşünən, yerli reallıqları və cəmiyyətin psixologiyasını anlayan səfirlər xarici siyasətdə uğur qazana bilirlər.

Başa vurduğumuz 2025-ci ildə Azərbayacnın hansı səfirlərinin fəaliyyəti daha diqqətçəkən olub?


Modern.az bu sualla ekspertlərə müraciət edib.


Siyasi şərhçi Nazim Cəfərsoy bildirib ki, 2025-ci ilin nəticələri bir neçə səfirin adını önə çıxarır:

“İlk növbədə ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədovu qeyd edə bilərəm. Bunu onun Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında oynadığı rola görə deyə bilərik. Çünki ölkələr arasında münasibətlərdə hər iki tərəfin diplomatlarının fəaliyyəti xüsusi rol oynayır.

İkinci xüsusi qeyd edilməsi gərəkən diplomat məncə, Amedrikadakı səfirimiz Xəzər İbrahimdir. Onun Tramp dönəmində münasibətlərin tənzimlənməsi prosesindəki rolu, Vaşinqton sammitinin təşkilindəki fəaliyyəti, Azərbaycan-ABŞ münasibətlərinin inkişafına verdiyi qatqı yadda qalıb.

Azərbaycanın İrandakı səfirimi Əli Əlizadənin də adını qeyd etmək olar. O, Azərbaycan-İran münasibətlərindəki gərginliyin yumşalmasında xüsusi rol oynayıb.

Azərbaycanın münasibətlərində xüsusi strateji əhəmiyyət kəsb edən istiqamətlərdən biri Pakistanla əlaqələrdir. Pakistandakı səfirimizin bu proseslərdə aktivləşməsini, son dövrlər Pakistanın Azərbaycana marağının artmasını və bu ölkə rəhbərliyinin bir neçə dəfə Bakıya səfər etməsini nəzərə alsaq, Xəzər Fərhadovu xüsusi qeyd etmək lazımdır.

Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynovu da bu kontekstdə qeyd etmək olar. Strateji tərəfdaşlıq münasibətlərinin inkişafı istiqamətində atılan addımlar fonunda son bir–bir yarım il ərzində Azərbaycanla Çin arasında ciddi proseslər baş verib. Bu proseslər fonunda Azərbaycanın ötən il Astanada Çinlə imzaladığı müqavilədə diplomatların da rolu olub.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin də adını qeyd etmək olar. Son dövrlər Azərbaycan-Özbəkistan münasibətlərinin inkişaf tendensiyasını nəzərə alsaq, burada şübhəsiz ki, ölkə başçısının və xarici işlər nazirinin xüsusi aparıcı rolu var. Amma bu proseslərin dövlətimizin maraqlarına uyğun aparılmasında həmin ölkədəki səfirin də rolu mövcuddur. Sıralama etsək, Qırğızıstandakı, sonra isə Qazaxıstandakı səfirmizi də qeyd etmək olar”.


Sosial Tədiqiqatlar Mərkəzinin Departament müdiri Əziz Əlibəyliyə görə, fərqlənən diplomatlar aşağıdakılardır:
"Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahimi xüsusilə qeyd etmək olar. Azərbaycan-ABŞ münasibətlərinin prioritet istiqamətlər üzrə inkişafında Xəzər İbrahim mühüm rol oynayıb.

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev də unudulmamalıdır. O, Azərbaycan-Rusiya münasibətlərinin gərgin olduğu bir vaxtda bu posta təyin olunub. Səfirimiz gərgin dövrü idarə etmiş diplomat kimi çətin mərhələdə Azərbaycanın mövqeyini ardıcıl, prinsipial və yüksək səviyyədə müdafiə edə bilib, siyasi dialoq çağırışlarını lazımi formada ortaya qoyub.

Hesab edirəm ki, Bosniya və Herseqovinadakı səfirimiz Vilayət Quliyevə TAP və TANAP layihələri istiqamətində kilid şəxslərdən biri kimi baxmaq olar. Vilayət Quliyev yüksək diplomatik səviyyəsi, elmi, təhsil və mədəni təşəbbüsləri ilə tanınan şəxsdir.

Bu kontekstdə adını çəkəcəyim şəxslərdən biri də Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayevdir. O, Ermənistanın Baş naziri Nikol Paşinyanla panel müzakirəsində mühüm tezislər səsləndirərək, həm dinlərarası dialoq və multikulturalizm, həm də ictimai diplomatiya baxımından uğurlu nümunə ortaya qoyub. Nəsimi Ağayev uzun illər dezinformasiya və informasiya müharibəsində Azərbaycanı unikal şəkildə müdafiə edib.

Daha sonra Bünyad Hüseynovun adını çəkmək lazımdır. Azərbaycan–Çin münasibətləri qlobal miqyasda mühüm əhəmiyyət daşıyır və dünyanın aparıcı güc mərkəzlərindən biri ilə əlaqələrdən söhbət gedir. Bünyad Hüseynov Azərbaycanla Çin arasında strateji münasibətlərinin qurulmasında, müqavilələrin imzalanmasında mühüm rol oynayıb. 

Şübhəsiz ki, İrandakı səfirimiz Əli Əlizadəyə də böyük simpatiya var. O, İran-Azərbaycan münasibətlərinin yaxın tarixində mühüm rol oynayıb.
Elə hesab edirəm ki, Türkiyə-Azərbaycan münasibətlərini bu ölkədəki səfirimiz Rəşad Məmmədovun fəaliyyəti üzərindən qiymətləndirmək də yerinə düşər. Azərbaycan–Türkiyə münasibətləri hərbi, siyasi, diplomatik və beynəlxalq platformalarda birgə fəaliyyət baxımından yüksək keyfiyyətlə seçilir.

Elin Süleymanov Böyük Britaniyada Azərbaycanın mühüm təmsilçisidir və iki ölkə arasındakı dostluğun əsas simalarından biri hesab olunur. Xüsusilə təhsil, ictimai və mədəni diplomatiya sahəsində ən fəal nümayəndələrdəndir.
Tahir Tağızadənin adını çəkməmək olmaz. Hesab edirəm ki, Azərbaycan-Macarıstan münasibətlərinin strateji səviyyəyə yüksəlməsində Tahir Tağızadə xüsusi rol oynayır.

Azərbaycan-Pakistan münasibətləri bu gün çox yüksək səviyyədədir. Bu baxımdan Xəzər Fərhadov Pakistanda Azərbaycanın yumşaq gücünün, investisiya və turizm simasının formalaşmasında mühüm rol oynayır.

Leyla Abdullayevanın adını da xüsusi qeyd etmək lazımdır. Bu gün Azərbaycan-Fransa münasibətləri kritik mərhələdən keçir. Yaxın keçmişdə qarşıdurmalar, qalmaqallar və qlobal səviyyədə anlaşılmazlıqlar müşahidə olunub. Belə bir dönəmdə Leyla Abdullayeva kimi peşəkar diplomatın Azərbaycanı təmsil etməsi, gərginliyin azaldılması və siyasi dialoqun qurulması istiqamətində atdığı addımlar kifayət qədər əhəmiyyətlidir.

Hesab edirəm ki, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayevin də adı mütləq qeyd olunmalıdır. Azərbaycanın antiterror tədbirləri həyata keçirdiyi dövrdə Təhlükəsizlik Şurası və Baş Assambleya səviyyəsində ölkəmizə qarşı mövqe formalaşdırmaq cəhdləri olub. Lakin Azərbaycanın qlobal miqyasda apardığı uğurlu xarici siyasətin və BMT-də koordinasiyanın həyata keçirilməsi məhz Tofiq Musayev kimi peşəkar diplomatların üzərinə düşüb.

Eyni zamanda, Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayevin də adı bu kontekstdə xüsusi qeyd olunmalıdır".


Politoloq Elxan Şahinoğlu: "İki növ diplomatlar və səfirlər var. Səfirlərin bir qismi çalışdıqları ölkə ilə öz ölkəsi arasında sıx əlaqələrin qurulmasına çalışır, işlədikləri ölkənin mediası və ictimai rəyə təsiri olan siyasi ekspertlərlə sıx əlaqələr qurur, müsahibələr verirlər. Digər qrupa aid olan səfirləri isə aldıqları yüksək məvacibdən başqa heç nə düşündürmür, çalışdıqları ölkədə sadəcə zaman keçirirlər. Azərbaycanın xarici ölkə səfirləri arasında birincilər olduğu kimi, ikincilər də az deyil.
Təəssüf ki, ölkəsinin təbii maraqlarını güdmək əvəzinə, qeyri-qanuni biznes fəaliyyəti ilə məşğul olan diplomatlarımıza da rast gəlmişik. Səfir səviyyəsində şərab biznesi ilə məşğul olanlardan tutmuş, övladının çalışdığı ölkədə biliyi olmadan diplomat etməsinə yardmçı olan səfirlərimiz də olub. Məsələn, Ukraynadakı keçmiş səfir Elmira Axundova müharibə başlayan kimi Kiyevi tərk etməyə üstünlük verdi.
Onun yerinə təyin olunan səfir Seymur Mərdəliyev isə təyinatını aldıqdan dərhal sonra fəaliyyətə başladı və əldə etdiyim məlumata görə, son dərəcə fəal diplomatlarımızdandır.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun adını fəal səfirlər sırasında çəkmək istəyirəm.
Bu ilin sentyabr ayında Azərbaycanın Bolqarıstandan geri çağrılan səfiri Hüseyn Hüseynovun adının biabırçı qalmaqala qarışmasını da xatırlatmaq lazım gəlir. Halbuki, onun xanımı Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın fəaliyyətini müsbət qiymətləndirirəm. Fransada Azərbaycan əleyhinə olan siyasi qüvvələrin və bu ölkədə güclü erməni lobbisinin varlığı məlum faktdır. Buna baxmayaraq, Leyla Abdullayeva Fransa-Azərbaycan münasibətlərinin normallaşması üçün əlindən gələni edir. Onun Fransa mediasına açıq olması da təqdirəlayiqdir. Leyla xanım Xarici İşlər Nazirliyinin mətbuat katibi olarkən də aktiv idi.
Ümumiyyətlə, XİN-nin mətbuat katibi vəzifəsi həmin postda çalışan diplomatdan daimi aktivlik və hazırcavablıq tələb edir. Təsadüfi deyil ki, XİN-də mətbuat katibləri olmuş diplomatlar sonradan mühüm vəzifələrə təyin olunublar. Buna baxmayaraq, ərlə arvadın eyni zamanda səfir kimi fəaliyyət göstərmələrini doğru saymıram".


Polotoloq Natiq Miri: "Səfirlərin konkret fəaliyyəti ilə bağlı rəsmi məlumatlar heç bir media vasitəsilə açıqlanmır. Sadəcə müəyyən müşahidələr əsasında fikirlər söyləmək mümkündür. Səfirlərin arasında ABŞ-də fəaliyyət göstərən Xəzər İbrahim haqqında müsbət fikirlər söyləmək olar. Çünki o, çox sadə, eyni zamanda işgüzar diplomat kimi görünür. Xəzər bəy həm də medianın içərisindən çıxmış, jurnalistlərin həyat fəlsəfəsini, çətin iş prinsipini bilən adamdır. Çünki uzun müddət XİN-in mətbuat xidmətinin rəhbəri olub. Bu baxımdan onun haqqında müsbət fikirlər formalaşıb.

Digərləri haqqında müsbət fikir söyləmək mənim üçün çətindir. Çünki konkret informasiyaya bələd deyiləm. Avropa Birliyi ölkələrində fəaliyyət göstərən diplomatik korpus nümayəndələri var ki, açığı, onlar haqqında da hansısa fikir söyləmək həqiqətən çətindir.

44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə çox maraqlıdır ki, Avropa Birliyinin əksər dövlətləri ağız-ağıza verərək ölkəmizə qarşı düşmən cəbhəsi formalaşdırmışdılar. Bu isə Azərbaycan diplomatik korpuslarının Avropada sanki ümumiyyətlə fəaliyyət göstərmədiyi təəssüratını yaradırdı. 
İstər post-sovet məkanı, istər Avropa, istərsə də müsəlman ölkələrində qabarıq fəaliyyəti ilə özünü göstərən və Azərbaycanı layiqincə təmsil edən diplomat görmürəm. Ona görə də açığı, bu yöndə ən ciddi islahatların məhz bu sahədə aparılmasına ehtiyac var. Məsələn, mən türk dövlətlərindəki səfirlərimizin fəaliyyətini də qənaətbəxş hesab etmirəm.

Məsələ burasındadır ki, bu təkcə Azərbaycanla bağlı deyil. Azərbaycan Prezidentinin siyasi uğurları ilə hər şeyin üzərini örtmək olmaz. Azərbaycan Prezidenti hər kəsin yerinə işləməli deyil. Bu baxımdan böyük yük Xarici İşlər Nazirliyinin və onun diplomatik korpuslarının üzərinə düşür. Söhbət siyasətdən anlayan, fəaliyyət göstərdiyi dövlətin xalqının dilini bilən, sosial və mədəni tədbirlərində iştirak edən, media ilə mütəmadi çalışan diplomatlardan gedir.

Uzun müddət fəaliyyət göstərən diplomatik korpus nümayəndələri var ki, onlar çoxdan geri çağırılmalıdırlar. Bu məsələnin maliyyə tərəfini diqqətlə araşdırsanız, onlarla yanlışlar ortaya çıxacaq. Bir diplomatın uzun müddət eyni ölkədə qalması arzuolunan hal deyil. Mən düşünürəm ki, bu məsələdə tez-tez dəyişikliklərin olması daha məqsədəuyğundur. Elə strateji nöqtələr var ki, orada peşəkar, Azərbaycanı sevdirə biləcək diplomatlara ehtiyac var.

Adamlar var ki, siyasətin “s” hərfindən belə xəbərləri yoxdur. Kiminsə xalası diplomatdır deyə onu mütləq diplomatik korpusun nümayəndəsi təyin etmək lazımdırmı? Bu yöndəki yanlışları aradan qaldırmaq lazımdır.

Əlbəttə, Avropa Birliyi Azərbaycanın əməkdaşlıq etdiyi ən böyük siyasi və iqtisadi məkanlardan biridir. Avropa perspektivli məkandır. Azərbaycan Avropanın enerji və digər təhlükəsizlik məsələlərində ciddi şəkildə iştirak edir. Eyni zamanda, 27 ölkədən ibarət bir güc mərkəzindən söhbət gedir. Orada diplomatik fəaliyyət elə qurulmalıdır ki, Avropa Parlamentində oturanlar Azərbaycana erməni prizmasından baxmasınlar. Əgər baxırlarsa, deməli, bizim səfirlərin çox ciddi qüsurları var.

Necə olur ki, kriminal erməni maliyyəsi bu dairələri təsir altına ala bilir? Bizim oradakı səfirlərimiz sadəcə “milçəkləri qovmaqla”mı məşğuldur? Mütəmadi olaraq anti-Azərbaycan qətnamələri nədən qaynaqlanır? Ya məlumatsızlıqdan, ya da alınıb-satılma halları olduğu üçün. Biz də bir yol tapmalıyıq. Avropa Şurası Parlament Assambleyası kimi qurumlar niyə anti-Azərbaycan mərkəzlərinə çevrilir? Deməli, bu yöndə fəaliyyəti gücləndirmək lazımdır.

Qazaxıstandakı səfrimizlə bağlı nisbətən müsbət nələrsə demək olar. Bəlkə Avropa ölkələrindən Azərbaycanın Macarıstandakı səfirini də bura əlavə etmək olar".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:286
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Dekabr 2025 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see339

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see281

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see246

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see242

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see236

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see235

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see232

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see226

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see226

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see223

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see217

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see217

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see205

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see205

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see204

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see202

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see200

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see196

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

04 Sentyabr 2026 02:22see188

Benzema “Arsenal”a məsləhət bilinib

04 Sentyabr 2026 04:39see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri