Icma.az
close
up
RU
“Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da...”

“Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da...”

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanda keçirilən son seçkilərin ilkin nəticəsi onu deməyə əsas verir ki, Ermənistan cəmiyyəti müharibə və revanşizm siyasətinə deyil, sülhə, normallaşmaya və regional əməkdaşlıq perspektivlərinə üstünlük verdi. Uzun illər ölkənin siyasi gündəmini müəyyən edən radikal və revanşist qüvvələrin növbəti dəfə seçicilərdən lazımi dəstək ala bilməməsi Ermənistan cəmiyyətində yeni siyasi düşüncənin formalaşdığını göstərir.

Son illərdə regionda baş verən hadisələr, xüsusilə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi Ermənistanın siyasi və ictimai həyatında ciddi dəyişikliklərə səbəb olub. Müharibə dövrünün çağırışları artıq cəmiyyət üçün cəlbedici görünmür. Ermənistan vətəndaşları getdikcə daha çox iqtisadi inkişaf, təhlükəsizlik, kommunikasiyaların açılması və regional inteqrasiya kimi məsələləri ön plana çıxarırlar.

Lakin seçkidə əldə edilən nəticə hələ yekun məqsəd deyil. Əksinə, bu nəticə Ermənistan hakimiyyəti qarşısında yeni öhdəliklər və məsuliyyətlər yaradır. Seçicilərin verdiyi mandat konkret addımlarla doğruldulmalıdır. İlk növbədə, Ermənistan Azərbaycanla sülh sazişinin imzalanmasına mane olan hüquqi və siyasi problemlərin aradan qaldırılması istiqamətində addımlar atmalıdır. Xüsusilə Azərbaycanın dəfələrlə vurğuladığı kimi, Ermənistan Konstitusiyasında və digər hüquqi sənədlərdə Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılması vacib məsələlərdən biri olaraq qalır. Davamlı və uzunmüddətli sülh yalnız qarşılıqlı ərazi bütövlüyünün birmənalı şəkildə tanınması əsasında mümkündür.

Digər mühüm məsələ revanşist ideologiyanın siyasi gündəmdən tamamilə çıxarılmasıdır. Ermənistan hakimiyyəti cəmiyyətə aydın mesaj verməlidir ki, regionda yeni qarşıdurma ssenarilərinin heç bir perspektivi yoxdur və ölkənin gələcəyi əməkdaşlıq, iqtisadi inkişaf və qonşularla normal münasibətlərdən keçir.

Bununla yanaşı, sərhədlərin delimitasiya və demarkasiya prosesinin sürətləndirilməsi, nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması, humanitar təmasların genişləndirilməsi və qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsi də sülh prosesinin vacib elementləridir. Bu addımlar həm iki ölkə arasında münasibətlərin normallaşmasına, həm də bütün regionun iqtisadi potensialının açılmasına xidmət edə bilər.

Seçkilərin nəticələrində Azərbaycanın rolunu xüsusi qeyd etməliyik. Son illərdə Azərbaycanın həyata keçirdiyi hərbi, siyasi və diplomatik siyasət regionda yeni reallıqlar formalaşdırıb. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, separatizmə son qoyması, eyni zamanda müharibədən sonra sülh təşəbbüsü ilə çıxış etməsi Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib.

Əslində, bu gün Ermənistan siyasi elitasının gündəmində sülh müqaviləsi, sərhədlərin tanınması və regional əməkdaşlıq məsələlərinin yer alması məhz bölgədə yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Müharibənin mütləq qalibi olan Azərbaycan sülh təklif etdi, əməkdaşlıq və kommunikasiyaların açılması ideyasını irəli sürdü. Bu yanaşma beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qarşılandı və regionun gələcəyi üçün əsas istiqamətə çevrildi.

Bu mənada Ermənistandakı seçkilərin nəticələrini dolayısı ilə Azərbaycanın son illərdə həyata keçirdiyi uğurlu siyasətin nəticələrindən biri kimi də qiymətləndirmək daha doğru olar. Yeni reallıqlar fonunda Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi anlayır ki, bölgədə sabitlik və inkişafın alternativi Azərbaycanla münasibətlərin normallaşdırılmasından keçir.

Könül Nurullayeva,

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://adalet.az
archiveBu xəbər 08 İyun 2026 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri