Ermənistanda Azərbaycanın enerji sisteminə qoşulmaqdan narahatdırlar
Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
TRIPP layihəsi çərçivəsində Ermənistan və Azərbaycanın enerji sistemlərinin birləşdirilməsi və ya sinxronlaşdırılması iki ölkə arasında yeni elektrik xətlərinin çəkilməsi və Türkiyəyə və ya digər ölkələrə elektrik enerjisinin ötürülməsini nəzərdə tutur.
"Unikal" xəbər verir ki, bu fikirləri Ermənistanın enerji təhlükəsizliyi üzrə eksperti Artur Avetisyan "Sputnik Armenia"ya verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Azərbaycanın enerji sisteminə qoşulmaq ciddi risklərlə doludur, lakin düzgün qərarlarla bu risklər idarə oluna bilər.
"Şimal-Cənub və Şərq-Qərb layihələri paralel olaraq həyata keçirilməlidir. Hazırkı reallıqları nəzərə alsaq, birinə və ya digərinə üstünlük vermək Ermənistanı ciddi təhlükəyə ata bilər", - deyə ekspert narahatlığını bildirib.
Bundan əvvəl Baş nazir Nikol Paşinyan parlamentdə hökumət saatında Ermənistan və Azərbaycanın enerji sistemlərinin bir-birinə bağlı olacağını elan etmişdi. Bu açıqlama siyasi və ekspert dairələrində narahatlıq doğurub. Müxalifət nümayəndələri bunun Ermənistanın enerji sektorunu Azərbaycandan asılı vəziyyətə sala biləcəyindən qorxurlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 25 Yanvar 2026 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















