Icma.az
close
up
RU
Azərbaycanın “yaşıl” agentliklə qlobal tərəfdaşlığı genişlənir

Azərbaycanın “yaşıl” agentliklə qlobal tərəfdaşlığı genişlənir

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Qlobal iqlim çağırışları və enerji təhlükəsizliyi ilə bağlı risklərin artdığı bir dövrdə bərpaolunan enerji zəruri inkişaf istiqaməti hesab olunur. Bu kontekstdə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) 16-cı Assambleyasının keçirilməsi dünya dövlətlərinin enerji keçidinə verdiyi strateji əhəmiyyəti bir daha nümayiş etdirir. 

“İnsanlığı gücləndirmək: bərpaolunan enerji ilə paylaşılan rifah” şüarı altında təşkil olunan tədbirdə yüksək səviyyəli rəsmilər, enerji siyasətini formalaşdıran qərarvericilər və beynəlxalq ekspertlər bir araya gəlib. Azərbaycan da bu mühüm platformada fəal iştirak edən ölkələr sırasındadır. Azərbaycan Energetika Nazirliyi yanında Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətovanın Assambleyada iştirakı ölkəmizin qlobal enerji gündəliyinə verdiyi töhfənin göstəricisidir. 

Sessiyalar çərçivəsində bərpaolunan enerjiyə keçidin sürətləndirilməsi, iqtisadi inklüzivlik, sosial bərabərlik və insan rifahının təmin edilməsi kimi məsələlər müzakirə olunur. Eyni zamanda, “yaşıl” agentliyin “BƏƏ Konsensusu üzrə hədəflərin yerinə yetirilməsi” adlı ikinci hesabatının təqdimatı enerji sektorunda real irəliləyişlərin monitorinqi baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın IRENA ilə əməkdaşlığı uzunmüddətli və institusional xarakter daşıyır. Ölkəmiz 2009-cu ildən Agentliyin üzvüdür və 2014-cü ildə Milli Məclisin qərarı ilə IRENA-nın nizamnaməsini ratifikasiya etməklə tamhüquqlu üzv statusu qazanıb. Daha sonra, 2023–2024-cü illər üzrə IRENA Şurasına üzv seçilməsi Azərbaycanın bu təşkilat daxilində artan nüfuzunun və etimadının göstəricisi kimi qiymətləndirilir. Bu üzvlük ölkəyə qlobal enerji siyasətinin formalaşdırılmasında daha aktiv rol oynamaq imkanı yaradır.

Azərbaycanın bərpaolunan enerji strategiyası milli inkişaf prioritetlərinin ayrılmaz hissəsidir. Son illərdə ölkə iqtisadiyyatının şaxələndirilməsi, enerji balansında “yaşıl enerji”nin payının artırılması və karbon emissiyalarının azaldılması istiqamətində ardıcıl addımlar atılır. Xəzər dənizi hövzəsində külək enerjisi, Qarabağ və Şərqi Zəngəzurda Günəş enerjisi potensialı Azərbaycanın bu sahədə geniş imkanlara malik olduğunu göstərir.

Bu istiqamətdə atılan konkret addımlardan biri 8 yanvar tarixində Prezident İlham Əliyevin tədbirdə çıxış etdiyi, “Gülüstan” sarayında keçirilən “Xızı-­Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışıdır. Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilən və 240 MVt gücə malik olan bu stansiya Azərbaycanın enerji tarixində mühüm mərhələ hesab olunur. Layihə illik minlərlə ton karbon emissiyasının qarşısının alınmasına, enerji təhlükəsizliyinin gücləndirilməsinə və “yaşıl enerji” ixracı potensialının formalaşmasına töhfə verir.

IRENA platformasında müzakirə olunan mövzular — kənd təsərrüfatı və qida sistemlərində bərpaolunan enerjinin tətbiqi, geotermal enerjinin inkişafı, enerji keçidinin maliyyə səmərəliliyi və kritik materiallar — Azərbaycanın enerji gündəliyi ilə üst-üstə düşür. Ölkə rəhbərliyi bu sahələri prioritet istiqamət kimi müəyyənləşdirərək beynəlxalq tərəfdaşlarla birgə layihələrin icrasına xüsusi önəm verir.

Azərbaycanın beynəlxalq qurumla əməkdaşlığı bilik və texnologiya mübadiləsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Agentliyin analitik hesabatları, texniki dəstəyi və qlobal təcrübəsi ölkəmizin bərpaolunan enerji layihələrinin daha səmərəli planlaşdırılmasına şərait yaradır. Bu əməkdaşlıq, eyni zamanda, Azərbaycanın Avropa və Asiya arasında “yaşıl enerji körpüsü” rolunu gücləndirir.

Nəticə etibarilə, Azərbaycan–­IRENA münasibətləri qlobal enerji keçidinin real nümunəsinə çevrilir. Ölkəmizin təbii potensialı, siyasi iradəsi və beynəlxalq əməkdaşlığa açıq mövqeyi bərpaolunan enerji sahəsində dayanıqlı inkişaf üçün möhkəm zəmin formalaşdırır. Bu proses həm milli maraqlara, həm də qlobal iqlim məqsədlərinə xidmət edir.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin 16-cı Assambleyası çərçivəsində assambleyanın 17-ci sessiyasının prezidenti və dörd vitse-prezidentliyinə dair namizəd ölkələr təqdim edilib.

Coğrafi təmsilçilik və rotasiya qaydasına uyğun olaraq, assambleyanın 17-ci sessiyasına sədrlik üçün Asiya və Sakit okean regional qrupu üzrə Koreya Respublikasının namizədliyi təsdiqlənib. Assambleyanın vitse-prezidentləri isə digər dörd regional qrupun hər birindən üzv olmaqla formalaşdırılır. Vitse-prezidentlər vəzifəsinə Avropa və digərləri regional qrupundan Azərbaycanın, Afrika regional qrupundan Komor adalarının, Asiya və Sakit Okean regional qrupundan Tonqa Krallığının, Latın Amerikası və Karib dənizi regional qrupundan Qrenadanın namizədliyi təqdim edilib.

Nurlan ABDALOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Yanvar 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri