Icma.az
close
up
RU
Azərbaycanın yeni sənaye strategiyası

Azərbaycanın yeni sənaye strategiyası

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Müasir dövrdə iqtisadi dayanıqlılığın əsas şərtlərindən biri təbii sərvətlərdən səmərəli istifadə etməklə yanaşı, onların emalını və yüksək əlavə dəyər yaradan məhsulların istehsalını təmin etməkdir. Bu baxımdan, Azərbaycanın qeyri-neft sektorunun inkişafı, sənayenin şaxələndirilməsi və yeni istehsal sahələrinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır.

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirənin keçirilməsi də bu baxımdan mühüm hadisədir. Dövlət başçısının çıxışında dağ-mədən və metallurgiya sənayesinin Azərbaycanın qeyri-neft sektorunun inkişafında yeni və perspektivli istiqamət olduğu vurğulanıb.
Dövlət Proqramının əsas məqsədlərindən biri ölkənin mineral-xammal potensialının müasir texnologiyalar əsasında araşdırılması, mövcud yataqların istismara cəlb edilməsi və hasilatdan emala qədər tam istehsal zəncirinin yaradılmasıdır. Proqram çərçivəsində 5 mindən çox yeni daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Mineral ehtiyatların iqtisadi potensiala çevrilməsi
Azərbaycanın zəngin mineral ehtiyatları ölkənin sənaye potensialının genişləndirilməsi üçün mühüm imkanlar yaradır. İşğaldan azad edilmiş ərazilərdə yerləşən qızıl, mis və molibden yataqlarının istismara cəlb edilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında mövcud yataqların inkişaf etdirilməsi ilə yanaşı, müasir geoloji kəşfiyyat üsullarından istifadə etməklə yeni ehtiyatların müəyyənləşdirilməsi də nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işlərinin genişləndirilməsi də Dövlət Proqramının mühüm istiqamətlərindəndir.
Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağının istismara hazırlanması da qarşıda duran əsas layihələr sırasındadır. Bu yatağın istifadəyə verilməsi ölkənin mineral-xammal bazasının genişləndirilməsi və yeni emal imkanlarının yaradılması baxımından əhəmiyyətli ola bilər.
Qərb Sənaye Parkı və yeni istehsal zənciri
Dağ-mədən sənayesinin inkişafında Qərb Sənaye Parkı xüsusi rol oynayacaq. Burada Daşkəsən filiz yatağının və yaxın ərazilərdəki digər resursların emalı əsasında zənginləşdirmə, pelet və briketlənmiş dəmir istehsalı kimi sahələrin yaradılması nəzərdə tutulur.
Beləliklə, məqsəd yalnız filiz hasil etmək deyil, onun ölkə daxilində emalını təmin etməklə yüksək əlavə dəyər yaratmaq, sənaye kooperasiyasını genişləndirmək və ixrac potensialını artırmaqdır.
Metallurgiya sənayesində isə alüminium istehsalının inkişaf etdirilməsi əsas istiqamətlərdən biridir. Qarşıdakı dövrdə istehsalın 100 min tona çatdırılması və yeni zavodların yaradılması nəzərdə tutulur.
Ekoloji təhlükəsizlik əsas prioritetlərdəndir
Dağ-mədən sənayesinin inkişafı ilə yanaşı, ətraf mühitin qorunması da Dövlət Proqramının mühüm prinsiplərindən biridir. Mədən və emal layihələrinin həyata keçirilməsi zamanı ekoloji ekspertizanın yüksək standartlara uyğun aparılması, müasir texnologiyalardan istifadə və təbiətə təsirin minimuma endirilməsi əsas tələb kimi qarşıya qoyulur.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın əsas sərvətlərindən biri onun təbiətidir. Bu səbəbdən iqtisadi inkişafla ekoloji təhlükəsizliyin uzlaşdırılması xüsusi əhəmiyyət daşıyır.
Regional inkişaf və məşğulluq
Dağ-mədən və metallurgiya sənayesinin inkişafı yalnız sənaye istehsalının artmasına deyil, regionların sosial-iqtisadi inkişafına da mühüm töhfə verə bilər. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda yeni müəssisələrin yaradılması məşğulluğun artırılmasına, yerli iqtisadi fəallığın genişlənməsinə və Böyük Qayıdış prosesinin iqtisadi əsaslarının möhkəmləndirilməsinə xidmət edəcək.
Yeni istehsal müəssisələrinin fəaliyyəti nəqliyyat, logistika, xidmət və digər əlaqəli sahələrin inkişafına da əlavə imkanlar yaradacaq. Eyni zamanda, sənaye potensialının genişlənməsi ölkənin ixrac imkanlarının və dövlət büdcəsinə daxilolmaların artmasına şərait yaradacaq.
Yeni sənaye mərhələsinə doğru
Azərbaycanın son illərdə həyata keçirdiyi sənayeləşmə və iqtisadi şaxələndirmə siyasəti yeni mərhələyə qədəm qoyur. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı bu mərhələnin mühüm istiqamətlərindən biridir.
Burada əsas məqsəd təbii sərvətlərin yalnız hasil edilməsi deyil, onların ölkə daxilində emal olunması, yüksək əlavə dəyər yaradılması və tam istehsal zəncirinin formalaşdırılmasıdır.
Bu baxımdan, yeni Dövlət Proqramı Azərbaycanın mineral-xammal potensialının iqtisadi dövriyyəyə daha geniş cəlb olunmasına, qeyri-neft sənayesinin gücləndirilməsinə, regionların inkişafına, yeni iş yerlərinin yaradılmasına və ixrac imkanlarının genişləndirilməsinə hesablanmış mühüm strateji sənəd kimi diqqəti cəlb edir.

Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Sentyabr 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri