Icma.az
close
up
RU
Azərbaycanın zəfəri təkcə Ermənistanın deyil, onların arxasında dayananların da məğlubiyyətidir RƏY

Azərbaycanın zəfəri təkcə Ermənistanın deyil, onların arxasında dayananların da məğlubiyyətidir RƏY

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"44 günlük Vətən müharibəsi və antiterror əməliyyatındakı Azərbaycanın zəfəri təkcə Ermənistanın deyil, onların arxasında duranların da acı və alçaldıcı məğlubiyyətidir".

Moderator.az xəbər verir ki, bunu “Report”a açıqlamasında politoloq, professor Əlimusa İbrahimov deyib.

O qeyd edib ki, əgər kimsə yenidən Azərbaycanın gücünü sınamaq istəyirsə, biabır olacaq:

"Azərbaycan layiq olduğu uğuru qazanıb. İlham Əliyevin Zəfər günü münasibəti ilə olan çıxışında Azərbaycan xalqı üçün çox maraqlı müraciətlər səsləndirdi. O, çıxışında növbəti ildönümünü keçirdiyimiz zəfərin heç də asan başa gəlmədiyi və millət, xalq, dövlət rəhbərliyi birliyinin ən bariz nümunəsi olduğunu bir daha bəyan edib. Azərbaycan xalqı bu Zəfəri 30 il gözləyib. 30 illik həsrətin sonu məhz Azərbaycan şanlı ordusunun fədakarlığı sayəsində baş verdi. Bizim xalq buna layiq idi və layiq olduğu uğuru qazanıb”.

Politoloq Ermənistanın Fransa və onunla eyni düşüncədə olan ölkələrin yardımı sayəsində silahlanması siyasətini davam etdirməsinə münasibət bildirib:

“Dövlət başçısı xarici siyasətdə bizi gözləyən hadisələrə də toxunaraq Ermənistanın bu gün apardığı silahlanma siyasətinə də ciddi münasibət bildirib. Şübhəsiz ki, bu silahlanma sonda Azərbaycana qarşı yönələ bilər. Buna görə də İlham Əliyev çıxışında Ermənistan və onun havadarlarının niyyətlərini açaraq onları bu hərəkətdən geri dönməyə çağırıb. Ali Baş Komandan Ermənistanın silahlandırma siyasətindən əl çəkməli olduğunu və bizimlə rəqabət aparmaq gücündə olmayacaqlarını vurğulayıb”.

Professor İlham Əliyevin xəbərdarlıqlarına digər qüvvələrdən daha çox Ermənistanın qulaq asmalı olduğunu qeyd edib:

“İlham Əliyev öz çıxışında bu gün Ermənistanın müharibə ritorikasının və aktlarının arxasında məhz xarici qüvvələrin dayandığını açıq bəyan edərək həmin qüvvələrə də xəbərdarlıq edib. Amma İrəvan bu xəbərdarlıq və 44 günlük müharibədən lazımi nəticə çıxaracaqmı? Hər halda onun gələcək addımları müəyyən fikir söyləməyə imkan verəcək. Çünki sonda yenə də əziyyət çəkənlər özü olacaq".

Ə.İbrahimov Ermənistanın bugünkü acınacaqlı halının səbəbkarının Fransa kimi hegemonluq edən dövlətlər olduğunu vurğulayıb:

“Fransa kimi hegemonluq edən dövlətlər 30 il ərzində öhdələrinə götürdüyü vəzifəni yerinə yetirməyərək Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasına nail ola bilmədilər və nəticədə Ermənistan bu günkü acınacaqlı vəziyyətə düşdü. Əgər onlar öz destruktiv funksiyalarını davam etdirəcəklərsə, yenə də uduzan tərəf Ermənistan olacaq. Ermənistan üçün isə sonrakı peşmançılıq heç bir fayda verməyəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Noyabr 2024 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri