Icma.az
close
up
RU
Ermənistanın Azərbaycanın mədəni irsini mənimsəməsi beynəlxalq səviyyədə araşdırılmalıdır RƏY AZƏRTAC

Ermənistanın Azərbaycanın mədəni irsini mənimsəməsi beynəlxalq səviyyədə araşdırılmalıdır RƏY AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 13 dekabr, AZƏRTAC

Rusiyanın “Kavkazskiy Uzel” saytının dekabrın 5-dəki buraxılışında bildirilib ki, Ermənistanın bir qrup ictimai təşkilatı BMT və UNESCO-ya müraciət ünvanlayaraq, guya Azərbaycan tərəfindən Qarabağda erməni mədəni irsinin dağıdılmasının dayandırılmasını və bölgəyə missiya göndərilməsini tələb edib. Saytın məlumatına görə, noyabrın 30-da müxtəlif ölkələrdə fəaliyyət göstərən 30-dan çox erməni ictimai-siyasi və dini təşkilatı İrəvanda bir araya gələrək, Qarabağdan çıxan “qaçqınların” kollektiv şəkildə geri qayıtmaq hüququnun təmin olunmasını tələb edib. Guya Qarabağdan çıxan 100 min 632 erməninin yalnız 20 min nəfəri işlə təmin olunub, qalanları isə “vətəndaşlıq” statusu olmadığı üçün Ermənistanda iş tapmaqda çətinlik çəkirlər.

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov AZƏRTAC-a açıqlamasında bildirib ki, göstərilən statistikanın dezinformasiya olduğunu və reallığı əks etdirmədiyini sadə bir üsulla ayırd etmək olur. Onun sözlərinə görə, 1970-ci illərin arxiv məlumatlarına əsasən, Qarabağda yaşayan erməni əhalinin sayı 25-30 min nəfərdən çox olmayıb. Qarabağdan köçən digər 70-80 min nəfər isə Ermənistan hökumətinin 1988-2021-ci illərdə Suriyadan, Rusiyadan və digər ölkələrdən qanunsuz şəkildə Qarabağ və Şərqi Zəngəzur regionlarında məskunlaşdırdığı əhalidir. O ki qaldı 25-30 min erməni əhalinin Qarabağda qalmalarına, Azərbaycan Hökuməti 2022-2023-cü illərdə onların qalmaları üçün bütün şəraiti yaratdı: təhlükəsizlik, sosial problemlərin həlli və sair. Lakin onlar Azərbaycan vətəndaşlığından imtina edərək Qarabağı könüllü və birdəfəlik tərk etdilər. Eyni zamanda, köçənlərlə ləyaqətlə davranıldı, heç birinin yükləri yoxlanmadı, nə apardıqlarına baxılmadı. İndi Ermənistanın 62 ictimai təşkilatının BMT-nin Baş katibi Antonio Quterreşə və UNESCO-nun Baş direktoru Odri Azuleyə müraciət ünvanlayaraq Qarabağ və Şərqi Zəngəzur regionlarında erməni mədəni irsinin qəsdən məhv edilməsinin qarşısının alınması üçün Qarabağa missiya göndərilməsini, eləcə də bu “qeyri-qanuni” hərəkətlərin (Azərbaycan tərəfinin) qarşısının alınması mexanizmlərinin yaradılmasını tələb etmələri növbəti erməni alçaqlığından başqa bir şey deyil.

“Birincisi, Qarabağ və Şərqi Zəngəzur regionlarında (1995-2021-ci illərdə ermənilərin Azərbaycan ərazilərində tikdikləri qeyri-qanuni 15 müasir kilsədən başqa) bir ədəd də olsun ermənilərə aid mədəni irs nümunəsi yoxdur. Bu ərazilərdə olan 100-dən çox xristianlıq dövrünə aid olan mədəni-irs nümunəsinin isə nə erməni qriqoryan dininə, nə də erməni mədəniyyətinə heç bir aidiyyəti və bağlığı yoxdur. Ermənistan Azərbaycan ərazilərini işğal altında saxladıqları dövrdə Qarabağda İslam dövrü abidələrinə etdikləri nifrət qədər bu ərazilərdəki onlara aid olmayan xristianlıq dövrü abidələrinə nifrət edirdilər. Ermənilər işğal dövründə Qarabağda onlara aid olmayan xristianlıq dövrü abidələrinin bir qisminin xarici görkəmini dəyişdirib “erməni kilsəsi” və ya monastır adlandırır, bir qismini uçurub-dağıdır, bir qisminin içərisində isə mal-qara bəsləyirdilər. Adi bir misal: Ermənilər işğal dövründə Xocavənd rayonundakı Tuğ kəndi yaxınlığında erməni dilində Anapad (Bakirə qız) adlandırdıqları xristian kilsənin içərisində heyvan saxlayırdılar. Erməni işğalı zamanı, həmçinin İslam dövrü abidəsi olan Ağdam cümə məscidində heyvan saxlanılırdı. Ermənilər özlərinin olmayan mədəni irs nümunələri ilə bütün dövrlərdə bu cür rəftar ediblər və edirlər istər xristianlara aid olsun, istərsə də müsəlmanlara”, - deyə Tarix və Etnologiya İnstitunun əməkdaşı qeyd edib.

“İndi sual olunur: Ermənilər beynəlxalq missiyaları Qarabağa gətirməklə nəyi göstərmək istəyirlər? Etnik təmizləməyə məruz qoyduqları 176 min 258 ailənin xarabalığa çevrilmiş evlərini? Xarici görünüşünü dəyişdikləri 50 xristian dövrü monastır və kilsəni? Xristianlıqdan əvvəlki və xristianlıq dövrünə aid 300 bazilika, məbəd və sovməninin dağıdılmış vəziyyətdə olan xarabalıqlarını? Yoxsa, İslam dövrünə aid 72 məscid, 69 monumental heykəltəraşlıq nümunəsi, 500 türbə və qəbrüstü abidələrin qalıqlarını göstərmək fikrindədilər? İşğal dövründə zərər vurulmuş 749 arxeoloji abidəni? Ya Birinci Qarabağ müharibəsi zamanı 23 muzey və 4 şəkil qalereyasından, əhalinin şəxsi mülklərindən qarət edilərək Ermənistana aparılmış 150 min tarixi əhəmiyyətli eksponat və əşyaları? Bu məqamlar mənim üçün çoxlu suallar doğurur. Azərbaycan ərazilərində baş verən bu vandalizm hadisələri Ermənistan tərəfindən törədilmiş hüquqazidd əməllər kimi qeyd olunmalıdır. Bu fəaliyyət 1954-cü il Haaqa Konfransında qəbul edilmiş “Mədəni dəyərlərin mühafizəsi haqqında” qərarlarla ziddiyyət təşkil edir. Belə olan halda, BMT Baş Assambleyasının 2001-ci il dekabrın 12-də qəbul etdiyi 56/83 saylı “Beynəlxalq hüquqa zidd əməllərə görə dövlətlərin məsuliyyəti” qətnaməsi əsasında Ermənistana qarşı məhkəmə iddiası qaldırmaq mümkündür. Ermənilərin müraciətində başqa bir anlaşılmayan məqam odur ki, Ermənistanın 62 ictimai təşkilatı Qarabağ və Şərqi Zəngəzurda hansı erməni irsindən danışır? Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinin ermənilərə məxsusluğu barədə hansı təsdiqedici sübutlar var? Bu barədə müraciətdə heç bir məlumat verilmir. Bu halda iddia etdikləri mədəni irs nümunələrinin ermənilərə məxsusluğu bəlli deyil. Əgər bəlli deyilsə, demək ermənilər onlara məxsus olmayan mədəni irs nümunələrini mənimsəməyə çalışırlar. Bunun isə Beynəlxalq hüquqda adı cinayətdir. Müraciətdə ermənilər II Qarabağ müharibəsi dövründə Azərbaycanı “soyqırımı törətməkdə” ittiham edir. Lakin ermənilər müharibədən keçən son 4 il ərzində “soyqrımı”na məruz qalan insanların siyahılarını mətbuata təqdim edə bilməyiblər. Doğurdan da ermənilərin dedikləri kimi soyqırımı törədilmişdisə, o zaman ermənilərin və Ermənistan hökumətinin 4 il nə səbəbdən susduqlarının səbəbi anlaşılmazlıq yaradır. Belə olan halda, ermənilərin etdikləri müraciətdəki “soyqırımı” iddiası Azərbaycana qarşı ermənilər tərəfindən irəli sürülən növbəti iftiradır”, - deyə F.İsmayılov vurğulayıb.

O əlavə edib ki, Azərbaycan müxtəlif dinlərin birgə mövcudluğunu təmin edən tolerant ölkədir. Xristianlıq və İslamın mövcudluğu Azərbaycanın bütün ərazilərində, eləcə də Qarabağda və Şərqi Zəngəzurda tarixi memarlıq abidələrinin formalaşmasında əhəmiyyətli rol oynayıb. Bu, Azərbaycanda yüz illər öncə formalaşan tolerantlıq və multikultural ənənələrin əyani göstəricisidir. Ermənistanın bu mədəni irsi dağıtması və mənimsəməyə çalışması beynəlxalq səviyyədə araşdırılmalı və hüquqi qiymət verilməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Dekabr 2024 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see202

Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı

19 İyul 2025 10:50see132

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see121

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

18 İyul 2025 08:56see115

Əlixan Rəcəbovdan xanımı ilə paylaşım

18 İyul 2025 12:46see114

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi

18 İyul 2025 18:55see114

Ersin Tatar: Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb

18 İyul 2025 05:55see113

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see112

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see111

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see111

Zəngəzur dəhlizi layihəsinin icrası ilyarım ləngiyə bilər

18 İyul 2025 19:31see110

Merz Netanyahuya xəbərdarlıq edir...

18 İyul 2025 18:57see110

150 illik müharibə TƏHLİL

18 İyul 2025 15:57see110

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see110

Zelenski: Fransa Ukrayna üçün əlavə “Mirage” pilotları hazırlamağa hazırdır KONKRET

18 İyul 2025 19:20see110

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see109

Tramp BRİKS in zəiflədiyindən danışdı

19 İyul 2025 11:50see109

Ərəblərdən “Real”a 350 milyon, futbolçuya 1 milyard

18 İyul 2025 12:25see109

Orban: Macarıstan Aİ dən çıxa bilər

18 İyul 2025 08:53see109

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri