Ən zəngin, amma ən bədbəxt: İlon Maskın həyatının pərdəarxası MƏQAMLARI KONKRET
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dünyanın ən varlı insanı olan İlon Mask eyni zamanda ətrafındakıların gördüyü “ən bədbəxt insanlardan biridir”.
KONKRET.az xəbər verir ki, bu barədə rejissor Aleks Qibni The Hollywood Reporter-ə açıqlamasında bildirib.
Qibni yaxın gələcəkdə nümayiş olunacaq “Mask” adlı sənədli filmində sahibkarın fəaliyyətinin mənfi tərəflərini və onun Amerika siyasətinə təsirini araşdırıb. Maskla yaxın işləmiş mənbələrdən birinin sözlərinə görə, o, qarşılaşdığı ən bədbəxt insandır və bu bədbəxtliyini ətrafındakılara da ötürür.
Film həmçinin Maskın 2024-cü il seçkiləri zamanı Donald Trump-ın kampaniyasına 290 milyon dollardan çox ianə etməsini, eləcə də onun USAID proqramlarının ləğvi ilə məşğul olan gənclərdən ibarət “DOGE” komandasına rəhbərlik etməsini işıqlandırır.
X platforması və digər kanallar vasitəsilə milyonlarla amerikalının məlumatlarına çıxış əldə edən Maskın bu addımlarla özündəki daxili boşluğu doldurmağa çalışdığı vurğulanır.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 03 Sentyabr 2026 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















