Azərbaycanla Gürcüstan arasında əmək və sosial müdafiə sahələrində əlaqələr genişləndirilir AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 18 noyabr, AZƏRTAC
Bakıda keçirilən COP29 tədbiri çərçivəsində Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Gürcüstanın işğal olunmuş ərazilərdən məcburi köçkünlər, əmək, səhiyyə və sosial işlər naziri Mixeil Sarjveladzenin görüşü olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycanla Gürcüstan arasında əlaqələrin ikitərəfli dostluq və strateji tərəfdaşlıq prinsipləri əsasında bütün sahələrdə inkişaf etməkdə olduğu vurğulanıb.
Görüşdə, həmçinin Azərbaycanda son illər aparılan sosial islahatlar və əldə olunan nailiyyətlər barədə məlumat verilib. DOST konsepsiyasının üstünlükləri, habelə əmək, məşğulluq, sosial müdafiə sahələrində rəqəmsal texnologiyaların geniş tətbiqi sahəsində görülən işlər diqqətə çatdırılıb. Bu sahələrdə ikitərəfli əməkdaşlığın və təcrübə mübadilələrinin qarşılıqlı faydalı olduğu qeyd edilib. Əmək, məşğulluq və sosial müdafiə sahələrində iki nazirlik arasında əlaqələrin genişləndirilməsi imkanları da müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 18 Noyabr 2024 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















