Azərbaycanla İran arasında mühüm iclas başladı KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
Bakıda iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Azərbaycan-İran Dövlət Komissiyasının 17-ci iclası keçirilir.
KONKRET.az xəbər verir ki, Komissiyanın həmsədrləri Azərbaycan Respublikası tərəfindən Baş nazirin müavini Şahin Mustafayevin və İran İslam Respublikası tərəfindən yol və şəhərsalma naziri xanım Fərzanə Sadeqin sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri iştirak edirlər.
Məlumata əsasən, Komissiyanın iclasında iki ölkə arasında iqtisadiyyat, nəqliyyat, energetika sahələrində layihələrin icra vəziyyəti müzakirə olunacaq. Xüsusilə, Şimal–Cənub Nəqliyyat Dəhlizinin potensialının tam reallaşdırılması baxımından Rəşt–Astara dəmiryolu xəttinin tikintisi, eyni zamanda iki ölkə üçün prioritet hesab edilən “Xudafərin” və “Qız Qalası” SES-ləri, eləcə də “Ordubad” – “Marazad” SES-ləri layihələri çərçivəsində əməkdaşlıq məsələləri iclasın gündəliyini təşkil edəcək. İclasda Ağbənd-Kəlalə körpüsünün tikintisinin tamamlanmasından sonra körpünün istismara verilməsi müddətinin də müzakirə ediləcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:205
Bu xəbər 23 Fevral 2026 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















