Azərbaycanla İranın qarşılıqlı münasibətlərində yeni dövr başlanır ŞƏRH
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 30 aprel, L.Muradzadə, AZƏRTAC
Azərbaycanla İranı tarixi dostluq telləri bağlayır. Xalqlarımız arasında həmişə qardaşlıq, qarşılıqlı anlaşma münasibətləri olub. Bu, Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkian arasında keçirilən görüşdə xüsusilə qeyd olundu və çox mühüm sabitləşdirici amildir.
Bu fikirləri AZƏRTAC-a Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfərinin yekunlarını şərh edərkən ifadə edib.
Ekspert qeyd edib: “Bu gün biz faktiki olaraq Azərbaycanla birgə irimiqyaslı layihələr həyata keçirməyə hazır olan ölkə ilə əməkdaşlıq edirik. Bunlar nəqliyyat kommunikasiyaları, enerji və təhlükəsizliklə bağlıdır. İran Prezidentinin Bakıda olduğu müddətdə çoxlu sayda saziş və müqavilə imzalanıb. Bu, çox vacibdir”.
Politoloqun fikrincə, yəqin ki, Tehran keçmiş hadisələrdən nəticə çıxarıb. O əlavə edib: “Hesab edirəm ki, bu qənaətlər İranla münasibətlərimizdə yeni eranın başlanmasına xidmət edib. İnanıram ki, bu əlaqələr, imzalanmış ikitərəfli sazişlər Azərbaycan ilə İran arasında sülhə, təhlükəsizliyə, sabitliyə və qarşılıqlı münasibətlərin möhkəmlənməsinə xidmət edəcək”.
Xatırladaq ki, aprelin 28-də İran Prezidenti Məsud Pezeşkian Azərbaycanda rəsmi səfərdə olub. Birgünlük olmasına baxmayaraq, səfər mühüm hadisələrlə yadda qaldı. İran Prezidentinin Azərbaycanın dövlət başçısı İlham Əliyev ilə görüşü olub, həmçinin geniş tərkibdə müzakirələr aparılıb. Səfər zamanı iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub, Azərbaycan-İran biznes forumu keçirilib, ticarət dövriyyəsinin artırılması məsələləri, nəqliyyat və enerji sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 30 Aprel 2025 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















