Icma.az
close
up
RU
Suriya İranın səhvini təkrarlamayacaq: Azərbaycanla bağlı

Suriya İranın səhvini təkrarlamayacaq: Azərbaycanla bağlı

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Bu il Azərbaycan-Suriya münasibətlərinin qurulması istiqamətində müəyyən addımlar atıla bilər. 

2024-ci ilin dekabrın 29-da Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyaya səfər edib. 

Xarici İşlər Nazirliyinin məlumatına görə, 2024-ci ilin 29 dekabr tarixində səfər çərçivəsində nazir müavini Yalçın Rəfiyev Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani ilə görüş keçirib. 

Görüş zamanı Azərbaycan tərəfi Suriya dövlətinin istiqrarı və xalqın rifahı üçün yeni mərhələnin başlaması, habelə xalqın nümayəndələrinin hakimiyyətə gəlməsi münasibətilə Azərbaycan rəhbərliyinin təbriklərini çatdırıb.

Azərbaycanın bu yeni yaranmış vacib mərhələdə Türkiyə Respublikası ilə birlikdə Suriyanın yanında olduğu bildirilib. Suriyanın bərpası prosesində ölkəmiz tərəfindən mümkün dəstəyin veriləcəyi bəyan olunub.

Eyni zamanda, humanitar məqsədli yardım fəaliyyətləri ilə yanaşı, Azərbaycanın diplomatik müstəvidə də yeni hakimiyyətə zəruri dəstək göstərəcəyi vurğulanıb.

Maraqlıdır, yaxın gələcəkdə Azərbaycan Suriya ilə münasibətlərini hansı istiqamətdə yönəldəcək? 

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Azərbaycan Yaxın Şərqdə, xüsusilə Suriyada hazırki geosiyasi proseslərə maraq göstərir:

“Azərbaycan Yaxın Şərqdə baş verən proseslərə kənardan müşahidə etmək yox, həmin proseslərə təsir etmək imkanlarına malik olmaq istəyir. Bu baxımdan, Azərbaycan nümayəndə heyətinin Suriyaya səfəri, eyni zamanda Dəməşqdə Azərbaycan səfirliyinin fəaliyyətinin bərpa olunması istiqamətində atılacaq addımlar təqdirəlayiqdir". 

Onu da nəzərə almaq lazımdır ki, Əsəd rejimi mövcud olduğu dövrlərdə hər zaman Ermənistanın yanında olub:

"Ermənistanın mövqeyini dəstəkləyib. Rəsmi Bakı Suriyanın yeni hakimiyyətinin Azərbaycan-Ermənistan münasibətlərində ədalətli mövqe tutmasını istəyir. 

Ona görə də rəsmi Bakının Suriyanın yeni hakimiyyəti ilə münasibətlər qurmaqda maraqlı olması başadüşüləndir. Eyni zamanda, Azərbaycan Suriyanın beynəlxalq mövqeyinin İranla paralel şəkildə təşkil etməsində maraqlı deyil.

Bu baxımdan, yeni Suriya ilə yaxın və sıx münasibətlərin qurulması rəsmi Dəməşqin Azərbaycana münasibətdə İrandan fərqli olaraq daha ədalətli və düzgün mövqe sərgiləməsinə gətirib çıxara bilər. Bu səbəbdən Azərbaycanın diplomatik-siyasi fəallığı olduqca böyük əhəmiyyət kəsb edir". 

Digər tərəfdən, Suriya məsələsində Azərbaycan-Türkiyə tərəfdaşlığı böyük əhəmiyyət kəsb edir:

"Çünki yaxın gələcəkdə Türkiyə Suriyada geosiyasi, geostrateji və geoiqtisadi cəhətdən daha da möhkəmlənəcək. Buna heç kəs şübhə etməsin. Suriyanın bir dövlət olaraq yenidən qurulmasında Türkiyə çox mühüm rol oynayacaq və açar roluna malik olacaq. Türkiyə Suriyanın yeni konstitusiyasının yazılmasında, dövlət sisteminin formallaşmasında və ordusunun qurulmasında öz sözünü deyəcək.  Bu prosesdə Azərbaycan Türkiyəyə dəstək verəcək və qardaş dövlətin mövqeyindən çıxış edəcək”. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Yanvar 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri