Azərbaycanla Italiya arasında hərbi təhsil sahəsində əməkdaşlıq üçün yeni imkanlar müzakirə olundu FOTO
Icma.az bildirir, Bizim media portalına istinadən.
İtaliyada səfərdə olan Milli Müdafiə Univetsitetinin rektoru general-mayor Gündüz Əbdülov və onun rəhbərlik etdiyi numayəndə heyəti Müdafiə üzrə Ali Tədqiqatlar Mərkəzini ziyarət edib.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib.
Bildirilib ki, əvvəlcə mərkəzin direktoru general-polkovnik Stefano Mannino Azərbaycan nümayəndə heyətini salamlayaraq onları ölkəsində qəbul etməkdən böyük məmnunluq duyduğunu bildirib. O, iki ölkə arasında hərbi təhsil sahəsində formalaşmış əməkdaşlığın etibarlı tərəfdaşlıq və qarşılıqlı etimada əsaslandığını xüsusi olaraq diqqətə çatdırıb.
General-mayor Gündüz Əbdülov qonaqpərvər münasibətə görə təşəkkür edərək, aparılan görüşlər və müzakirələrin hər iki ölkənin hərbi təhsil sahəsində formalaşmış əməkdaşlığı üçün yeni imkanlar yaradacağını vurğulayıb. O, əməkdaşlıq istiqamətində atılan addımların təcrübə mübadiləsinə töhfə verəcəyini və gələcək birgə fəaliyyət üçün əhəmiyyət daşıdığını qeyd edib.
Daha sonra Azərbaycan nümayəndə heyətinə İtaliyanın Müdafiə üzrə Ali Tədqiqatlar Mərkəzinin yaranma tarixi, tədris modeli, həmçinin qurumun qarşısında duran strateji hədəflər və əsas fəaliyyət istiqamətləri barədə geniş təqdimat keçirilib. Heyətin üzvlərini maraqlandıran məqamlara dair suallar ətraflı şəkildə cavablandırılıb.
Gorusun sonunda general-mayor Gündüz Əbdülov xatirə kitabına oz səmimi fikirlərini qeyd edib.


Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 17 Noyabr 2025 23:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















