Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Azərbaycanla Macarıstan yeraltı suların xəritələşdirilməsini müzakirə etdi

Azərbaycanla Macarıstan yeraltı suların xəritələşdirilməsini müzakirə etdi

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan və Macarıstan arasında yeraltı suların xəritələşdirilməsi müzakirə edilib.

Modern.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bu gün qurumun tabeliyindəki Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin rəisi Rafiq Aslanov Macarıstanın Azərbaycandakı səfiri Tamas Tarmanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə xidmətin rəis müavini Tural Abbasov, səfirin attaşesi Daniel Brenner, "Geogold Karpatia" şirkətinin rəhbərliyi və digər nümayəndələr iştirak ediblər.

Görüş zamanı əsas müzakirə mövzular sırasında yeraltı suların xəritələşdirilməsi,  bu çərçivədə yeraltı sularla bağlı faktiki materialların toplanması, onların yatma dərinliyi və minerallaşma səviyyəsinə dair xəritələrin hazırlanması məsələləri diqqət mərkəzində olub. Həmçinin tədbir iştirakçılarına yerüstü və yeraltı suların idarə olunması ilə bağlı ətraflı məlumat təqdim edilib.

R.Aslanov beynəlxalq təcrübənin öyrənilməsinin və tətbiqinin vacibliyini xüsusi vurğulayaraq bildirib ki, müasir çağırışlara cavab vermək üçün bu sahədə geniş və səmərəli əməkdaşlıq zəruridir. O qeyd edib ki, xidmət bu istiqamətdə bir sıra strateji prioritetlər müəyyənləşdirib. Xüsusilə, yeraltı su ehtiyatlarının yenidən və daha dəqiq qiymətləndirilməsi, müşahidə və monitorinq sistemlərinin avtomatlaşdırılması, eləcə də müasir tələblərə cavab verən hidrogeoloji xəritələrin hazırlanması əsas hədəflər kimi qarşıya qoyulub. Xidmət rəisi vurğulayıb ki, bu tədbirlər yalnız xidmətin fəaliyyətinin səmərəliliyini artırmaqla kifayətlənməyəcək, eyni zamanda ölkənin su təhlükəsizliyi və ekoloji balansının qorunmasına da mühüm töhfə verəcək.

Səfir isə qeyd edib ki, Macarıstan suların idarə olunması sahəsində dünyada qabaqcıl ölkələrdən biridir, "Geogold Karpatia" şirkəti Bosniya və Herseqovina, Özbəkistan, Rumıniya və Tanzaniya kimi ölkələrdə mühüm layihələr həyata keçirib. Bunlara Tanzaniyanın şimalında və Rumıniyanın kəndlərində içməli su axtarışları, eləcə də Bosniya və Herseqovinada su qıtlığı olan ərazilərdə su tədqiqatları daxildir.

Şirkət nümayəndəsinin təqdimatında isə yeraltı və yerüstü su ehtiyatlarının qiymətləndirilməsi və idarə olunması, MAR texnologiyasının tətbiqi ilə yeraltı su ehtiyatlarının artırılması, quraqlığın monitorinqi sisteminin qurulması, təlim və bacarıqların artırılması istiqamətində təkliflər səsləndirilib.

"Geogold Karpatia" 2002-ci ildən fəaliyyət göstərir və 2005-ci ildən struktur dəyişikliyi ilə hidrologiya, geologiya və geofizika sahələrində ixtisaslaşıb. Şirkət Macarıstanın Xarici Ticarət və Əlaqələr qurumu ilə sıx əməkdaşlıq edərək beynəlxalq layihələr həyata keçirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Aprel 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri