Azərbaycanla Özbəkistan arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib FƏRMAN
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 14 avqust, AZƏRTAC
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə Fərman imzalayıb.
Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Respublikası Hökumətinə bildiriş göndərməlidir.
Qeyd edək ki, Saziş cari il iyulun 2-də Bakı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə imzalanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 14 Avqust 2025 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















