Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Xarici ticarət: ixrac və idxal azalır

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Azərbaycanla Qazaxıstan münasibətlərinə YENİ SƏHİFƏ “Yaşıl dəhliz”in PERSPEKİTVLƏRİ

Azərbaycanla Qazaxıstan münasibətlərinə YENİ SƏHİFƏ “Yaşıl dəhliz”in PERSPEKİTVLƏRİ

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məlum oluğu kimi Azərbaycanla Qazaxıstan arasında əməkdaşlıq bütün sahələrdə inkişaf edir və dərinləşir. Mövcud əlaqələrin daha üst səviyyəyə daşınması üçün hər iki ölkənin hökumətləri davamlı layihələr həyata keçirirlər.
Bu günlərdə iki ölkə arasında yeni bir layihənin icrasına başlanılacaq. Belə ki, bundan sonra Azərbaycan və Qazaxıstan bir-birinə meyvə-tərəvəzi "yaşıl dəhliz"lə daşıyacaqlar. Bu barədə Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Ayjan Bijanova məlumat verib.
Onun sözlərinə görə, ölkəsi Azərbaycandan kənd təsərrüfatı məhsulları idxalını artırmaq istəyir:
"Bizim mövsümlərarası dövrdə meyvə-tərəvəzə böyük ehtiyacımız olur. Buna görə gömrük orqanlarımız arasında "yaşıl dəhliz" açırıq. Bu dəhliz vasitəsilə meyvə-tərəvəz Azərbaycandan Qazaxıstana maneəsiz daşınacaq. Daxili bazarımız təmin olunacaq. Eyni zamanda məhsulların bir hissəsini emal edib Avropa İttifaqına, Çinə, Rusiyaya ixrac etməyi planlaşdırırıq".
Nəzərə alaq ki, iki ölkə arasındakı iqtisadi əlaqələrdə yüksək dinamika var. İki qardaş ölkə həm qarşılıqlı ticarət həyata keçirir, həm də bir-birlərinin ərazisindən tranzit üçün faydalanırlar.
Ötən 5 ilin statistikası
Bu illərdə Azərbaycanın Qazaxıstandan idxal etdiyi əsas məhsullar arasında buğda, düyü, iribuynuzlu heyvanlar, quş əti, süd məhsulları, bitki yağları və qənnadı məmulatları xüsusi yer tutur. Ümumi idxal dəyəri 2020-ci ildə 7.502,5 min ABŞ dolları səviyyəsində olub, 2022-ci ildə 109.622,5 min ABŞ dollarına qədər artıb, lakin sonrakı illərdə tədricən azalaraq 2024-cü ildə 42.370,8 min ABŞ dolları təşkil edib. Bu, ticarət əlaqələrinin sürətli artım mərhələsindən sonra normallaşma və bazar tarazlığının formalaşması ilə bağlıdır.
 

Eyni zamanda, bu göstəricilər sübut edir ki, Azərbaycan-Qazaxıstan kənd təsərrüfatı məhsulları üzrə ticarət əlaqələri həm həcmin, həm də məhsul çeşidlərinin artması baxımından diqqətəlayiqdir. Bu dinamika gələcəkdə birgə aqroparkların yaradılması, ixrac potensialının genişləndirilməsi və yeni logistika marşrutlarının inkişafı üçün əlverişli zəmin yaradır.


Etiraf etməliyik ki, Azərbaycanın ərzaq təhlükəsizliyində Qazaxıstan müstəsna rol oynayır. Məsələn 2022-ci ildə Qazaxıstandan ölkəmizə buğda idxalının dəyəri 96.150 min ABŞ dolları, 2023-cü ildə isə 51.077,9 min ABŞ dolları olub. Xüsusilə taxıl məhsullarına artan tələbat regionda istehsalın inkişafını stimullaşdırır.
İribuynuzlu heyvanlar, quş əti və süd məhsulları idxal-ixrac əməliyyatlarının əsas komponentləridir. 2024-cü ildə iribuynuzlu heyvan idxalının dəyəri 3.2 milyon, quş ətinin idxal dəyəri isə 178,7 min ABŞ dolları olub. Bu sahə yerli istehsalın inkişafına və əhalinin protein tələbatının ödənməsinə xidmət edir.
Təzə meyvə və tərəvəz, eləcə də meyvə-tərəvəz konservləri ixracın əsas hissəsini təşkil edir. 2023-cü ildə təzə meyvə ixracının dəyəri 5.763,6 min, konserv məhsullarının ixrac dəyəri isə 453,6 min ABŞ dolları təşkil edib. Bu əməkdaşlıq qida təhlükəsizliyi və davamlı aqrar istehsal üçün strateji əhəmiyyət daşıyır. Bu sahədə əməkdaşlığın şaxələndirilməsində "yaşıl dəhliz"in xüsusi rolu ola bilər.
Məlumdur ki, Azərbaycan meyvə-tərəvəzi əsasən Rusiyaya ixrac edir. Lakin bəzi hallarda tətbiq olunan məhdudiyyətlər Azərbaycan şirkətlərini çətin duruma salır. Ona görə də Qazaxıstanda azərbaycanlı fermerlər üçün yeni imkanlar açır. Artıq bundan sonra təkcə ticari əlaqələr genişlənməyəcək, həm də birgə emal müəssislələri yaradılacaq və dünyaya yeni Türk brendləri təqdim ediləcək.
Qeyd edək ki, müstəqilliyin ilk illərində iki qardaş ölkə arasında iqtisadi əlaqələr o qədər də güclü deyildi. Bir sıra siyasi-iqtisadi və regional məsələlər iki ölkə arasında soyuqluq yaratmışdı.
Nəhayət 1999-cu ildə yaradılmış Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticari-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası Komissiya buzları əritdi. Komissiya iki qardaş ölkə arasında mühüm koordinasiya rolunu oynadı. Komissiyanın fəaliyyəti nəticəsində iki ölkə arasında ticarət və investisiya əlaqələri davamlı şəkildə genişlənib.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, ölkələr arasında 2023-cü ildə ticarət dövriyyəsi 314,1 milyon ABŞ dolları olub, 2024-cü ildə bu göstərici 50 faiz artaraq 470 milyon dollara yüksəlib. 2025-ci ilin birinci yarısında isə 501 milyon dollara çatıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2 dəfə çoxdur.
Uğurların təməli - siyasi iradə
Azərbaycan və Qazaxıstan arasında yüksək səviyyədə qarşılıqlı hörmət və etimada əsaslanan siyasi dialoq bütün sahələrdə əməkdaşlığın inkişafına stimul verir. Tək bir faktı deyək ki, Azırbaycan Prezidenti İlham Əliyev son üç ildə qardaş ölkəyə yeddi dəfə səfər edib. Həmin müddət ərzində Prezident Kasım-Jomart  Tokayevsə Azərbaycana altı dəfə səfərə gəlib. Qarşılıqlı səfərlər təbii ki, ölkələrimiz arasında hərtərəfli tərəfdaşlıq və qarşılıqlı strateji fəaliyyətin inkişafına müştərək səyləri ortaya qoyub.
 

Azərbaycan Prezidenti İlham Əliyevlə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında olan səmimi qardaşlıq münasibəti iki ölkə arasında bütün sahələrdə əlaqələrin dərinləşməsi üçün yeni bir səhifə açdı. Xüsusilə 2022-2025-ci illərdə dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri münasibətlərə yeni dinamika gətirib. Bu görüşlər zamanı imzalanmış sənədlər iki ölkə arasındakı strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinin yüksəldiyini təsdiqləyir.


Prezident İlham Əliyev ötən ay Qazaxıstanın dövlət agentliyi olan “Kazinform”a eksklüziv müsahibəsində qeyd edib ki, Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir:
“İqtisadi-ticari qarşılıqlı fəaliyyətin davamlı artımını məmnunluqla qeyd edirik. Hər iki ölkə ardıcıl olaraq birgə təşəbbüslər həyata keçirir, iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı genişləndirir. Bu proses məqsədyönlü dövlət siyasəti, biznes icmalarının nümayəndələri arasında fəal dialoq, qarşılıqlı faydalı və tərəfdaşlıq münasibətlərinin inkişafına ümumi sadiqlik sayəsində mümkün olub”.
Təbii ki, dövlət başçılarının qarşılıqlı, müntəzəm təmasları iki ölkə üçün gündəlikdə duran aktual məsələləri operativ şəkildə həll etməyə və əməkdaşlığın əsas istiqamətləri üzrə razılaşdırılmış mövqeləri müəyyənləşdirməyə imkan verir.
Təsadüfi deyil ki, iki ölkə son zamanlar beynəlxalq platformalarda eyni mövqedən çıxış edir, ortaq maraqlar nümayiş etdirirlər. TDT çərçivəsindəki fəaliyyət isə iki ölkə arasındakı münasibətlərə yeni perspektiv qazandırır.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana son səfəri zamanı çıxışında qeyd edib ki, ikitərəfli əməkdaşlığın inkişafı üzrə kompleks proqram plana uyğun icra edilir:
 

“Danışıqların gedişində iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirildi, razılığa gəldik ki, ən yaxın perspektivdə ikitərəfli əmtəə dövriyyəsini ikiqat artıraq və onu 1 milyard dollara çatdıraq. Kənd təsərrüfatı, energetika, emal sənayesi, inşaat sektoru, rəqəmsallaşma sahələrində böyük imkanlar mövcuddur”.


Bütün bunlarsa onu göstərir ki, iki ölkə arasında tarixi köklərə söykənən əlaqələr bu günün çağırışlarına uyğun olaraq yeni müstəvidə daha uğurla inkişaf edir. Bu isə təkcə iki qardaş ölkələrin dövlət və xalqlarının maraqlarına xidmət etmir, həm də Türk dünyasının birliyinə böyük töhfələr verir.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Noyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see223

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see206

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see195

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see195

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see186

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see185

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see180

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see164

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see163

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see157

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see155

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see154

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see153

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see151

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see147

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see147

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri