Azərbaycanla Ümumdünya Yaşıl İqtisadiyyat Təşkilatı arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Report.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 15-də Ümumdünya Yaşıl İqtisadiyyat Təşkilatının sədri Səid Məhəmməd Əl Tayerlə görüşüb.
Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə Bakıda keçirilən COP29-un önəmi qeyd edilib, tədbirdə qlobal miqyasda yaşıl keçidin sürətləndirilməsi ilə bağlı vacib qərarların qəbul ediləcəyinə əminlik ifadə olunub.
Ölkədə “yaşıl iqtisadiyyat”ın genişləndirilməsi, ətraf mühitin sağlamlaşdırılması, istixana effekti yaradan qaz emissiyalarının azaldılması, işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılması istiqamətində aparılan işlər, həmçinin bərpaolunan enerji sahəsində həyata keçirilən uğurlu layihələr barədə məlumat verilib.
Söhbət əsnasında yaşıl enerjiyə keçidlə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 15 Noyabr 2024 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















