Icma.az
close
up
RU
Rəqsanə yenidən həbs oluna bilər

Rəqsanə yenidən həbs oluna bilər

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müğənni Rəqsanə İsmayılova ilə aparıcı Səidə Bəkirqızı arasında qalmaqal səngimək bilmir.

Rəqsanənin aparıcını təhqir etməsi onun hazırda ev dustağı olması məsələsini yenidən gündəmə gətirib.

Müğənni Rəqsanə İsmayılova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Rəqsanə İsmayılovanın ev dustaqlığında ola-ola video-görüntüdəki formada ifadələr işlətməsi qətimkan tədbirinə təsir edə bilərmi?

Milli.Az xəbər verir ki, bununla bağlı vəkil Asim Abbasov Musavat.com-a açıqlama verib.

Onun sözlərinə görə, əgər Rəqsanə İsmayılovanın ifadələrində təhqir və böhtan cinayətinin əlamətləri mövcuddursa, bu zaman Səidə Bəkirqızı tərəfindən xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edilməlidir:

"Məhkəmə tərəfindən təhqir və böhtan cinayəti təsdiq edilərsə və Bakı Apellyasiya Məhkəməsi tərəfindən hökm qüvvəsində saxlanılarsa, Rəqsanə İsmayılova barəsində azadlıqdan məhrumetmə cəzası seçilə bilər (imperativ deyil, başqa cəza da seçilməsi mümkündür). Həmçinin xüsusi ittiham qaydasında şikayət icraata götürülsə, ittiham tərəfinin vəsatəti əsasında Rəqsanə İsmayılovanın barəsində həbs qətimkan tədbiri seçilə bilər.

AR CM-nin 147.1, 148-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan əksər hallarda məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmir. Lakin Rəqsanə İsmayılova tərəfindən səsləndirilən ifadələrin hazırda barəsində ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi hissəsində qanunvericiliyin konkret tələbləri mövcuddur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 163-cü maddəsinə əsasən, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək-vəzifəsi mütləq qoyulur.

Həmçinin müəyyən şəxslərlə ünsiyyətdə olmamaq; təqsirləndirilən şəxsin lazımi davranışını və cəmiyyətdən qismən təcrid olunmasını təmin edən digər vəzifələr məhkəmə tərəfindən təqsirləndirilən şəxsin üzərinə qoyula bilər. Bu hallar isə məhkəmə tərəfindən konkret şəkildə müəyyən olunaraq ev dustaqlığı qətimkan tədbirinin seçilməsi barədə qərarda əks olunmalıdır.

Yəni Rəqsanə İsmayılova tərəfindən səsləndirilən ifadələr barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas vermir.

Bununla belə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsinə əsasən, 388-1.1. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni: 388-1.1.1. informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə - fiziki şəxslər beş yüz manatdan min manatadək cərimə, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinin tələbləri və Rəqsanə İsmayılovanın barəsində xüsusilə ağır cinayət hesab olunan iş üzrə araşdırmanın aparılması, yəni şəxsiyyəti nəzərə alınmaqla barəsində məhkəmə tərəfindən 1 ayadək müddətdə inzibati həbs seçilə bilər".

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 Yanvar 2026 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see392

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see338

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see279

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see279

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see273

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see251

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see243

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see226

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see210

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see196

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see194

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see194

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see192

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see186

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see185

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see184

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see163

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri